KAFKASSAM – Kafkasya Stratejik Araştırmalar Merkezi

  1. Anasayfa
  2. »
  3. Gündem
  4. »
  5. Kənan Novruzov: Blinken Bayramov və Mirzoyanla danışacaq: Ağ ev tərəfləri inandırmağa çalışır ki…

Kənan Novruzov: Blinken Bayramov və Mirzoyanla danışacaq: Ağ ev tərəfləri inandırmağa çalışır ki…

Kafkassam Editör Kafkassam Editör - - 2 dk okuma süresi
25 0

ABŞ dövlət departamentindən bildirilib ki, dövlət katibi Entoni Blinken yaxın günlərdə Azərbaycan xarici işlər naziri Ceyhun Bayramovla telefonla danışacaq. Onun sözlərinə görə, Blinken, həmçinin Ermənistan xarici işlər naziri Ararat Mirzoyanla da danışacaq. Müzakirələrin mövzusu açıqlanmayıb.
Bu günlərdə məlum oldu ki, ABŞ Dövlət Departamentinin Qafqaz danışıqları üzrə baş müşaviri Filip Rikerin səlahiyyət müddəti başa çatıb.
Çox güman, tərəflər telefon danışıqları zamanı bu məsələni də müzakirə edəcək, Ağ evin regional siyasətinin perspektivi barədə fikir mübadiləsi aparacaqar. Blinken həmsöhbətlərini ABŞ-ın regionda sülh və təhlükəsizlik idealına sadiq qaldığına inandırmağa çalışacaq.
Bundan başqa, diplomatların telefon danışığında azərbaycanlı ekofəalların Xankəndidən keçən Şuşa- Laçın yolundakı etiraz aksiyaları da müzakirə olunacaq. Yəqin ki, Vaşinqton bu məsələ ilə bağlı narahatlığını bildirəcək.
Ümumiyyətlə, ABŞ etiraz aksiyalarından istifadə edərək regionda mövcudluğunun güclənməsinə çalışa bilər. Vaşinqtonun yeni “rıçak”lar əldə etməyə səy göstərməyi gözləniləndir. Heç bir halda buna imkan vermək olmaz.
Həmçinin Blinken Bayramov və Mirzoyanla sülh müqaviləsinə dair də fikir mübadiləsi apara bilər. Tərəflərin növbəti üçtərəfli görüş barədə razılığa gəlmələri mümkündür. Hər halda bu, Ağ evin marağındadır. Çünki vasitəçilik missiyasını qorumaq istəyir.
Ehtimal edilən telefon danışıqlarında xüsusi bir nəticənin əldə olunacağına inanmıram. Bu təmaslar daha çox ABŞ-ın özünə lazımdır. Azərbaycan isə platformalardan mümkün qədər imtina etməməli, yaranan fürsətlərdən öz xeyrinə istifadə etməyə çalışmalıdır.
Kənan Novruzov

İlgili Yazılar

Bir cevap yazın

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir