KAFKASSAM – Kafkasya Stratejik Araştırmalar Merkezi

  1. Anasayfa
  2. »
  3. Türkiye
  4. »
  5. Kənan Novruzov: Bayramovla Çavuşoğlu görüşəcək- Böhranı fürsətə çevirmək imkanı

Kənan Novruzov: Bayramovla Çavuşoğlu görüşəcək- Böhranı fürsətə çevirmək imkanı

Kafkassam Editör Kafkassam Editör - - 4 dk okuma süresi
322 1

“Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov gələn həftə Türkiyəyə səfər edəcək”.
Bunu Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu dünən “Anadolu”ya müsahibəsində söyləyib.
“Gələn həftə İranın xarici işlər naziri Hüseyn Əmirabdullahian, Azərbaycanın XİN başçısı Ceyhun Bayramov, eyni zamanda, Şimali Makedoniya, Rusiya, Almaniya və Niderlandın XİN başçıları da Türkiyəyə səfər edəcək”, – nazir bildirib.
Səfərin dəqiq tarixi hələlik açıqlanmayıb. Lakin regionda baş verən hadisələr fonunda diplomatların görüşü gözlənilən idi.
Şübhəsiz ki, diplomatların müzakirə edəcəyi iki əsas məsələ var. Bunlardan birincisi, Cənubi Qafqazdakı durumdur. Çox güman, nazirlər İrəvanla Bakı və İrəvanla Ankara araasında diplomatik əlaqələrin bərpası barədə bir-birilərini məlumatlandıracaqlar. Ermənistanla münasibətlərin normallaşması istiqamətində nazirlərin bundan sonra da koordinasiyalı addım atamaları barədə razılıq əldə etmələri mümkündür. Yəqin ki, dioplomatlar həm də regiondakı fəaliyyətlərinə dair prioritetləri haqqında fikir mübadiləsi aparacaqlar.
İkinci mövzu isə, çox güman, Rusiya ilə Ukrayna arasında davam edən müharibə olacaq. Böyük ehtimalla nazirlər neytral mövqelərini davam etdirmək barədə razılığa gələcək, Ukraynanın ərazi bütövlüyünü dəstəklədiklərini növbəti dəfə ifadə edəcəklər. Diplomatların birgə mətbuat konfransında həm Bakı, həm də Ankaranın vasitəçiliyə hazır olmasına dair bəyanatların səsləndirilməsi də mümkündür.
Əlbəttə, Moskva ilə Kiyev arasında davam edən müharibə fonunda Bakının regiondakı rolu bir az da artıb. Azərbaycan tərəflər arasında atəşkəsə nail olmaqla gələcək məqsədləri istiqamətində ciddi dividentlər əldə edə bilər. Bunu Türkiyədə də yaxşı bilirlər. Odur ki, ola bilsin, nazirlərin ehtimal edilən görüşündə bu məsələ, yəni böhranı fürsata çevirmək barədə də fikir mübadiləsi aparılsın.
Nəzərə almaq lazımdır ki, qarşıdakı günlərdə, daha dəqiq desək, iyunun 8-də Rusiya xarici işlər naziri Sergey Lavrovun da Türkiyəyə səfəri planlaşdırılır. Əgər Bayramov Lavrovdan daha tez (red: elan edilən təxmini tarixlər belə olacağını deməyə əsas verir), yəqin ki, Çavuşoğlu azərbaycanlı nazirlə əldə olunmuş razılıqlar barədə rusiyalı həmkarını məlumatlandıracaq.
Hər bir halda həm Ukrayna, həm də Cənubi Qafqaz məsələsində Bakı- Ankara- Moskva üçbucağı mühüm rol oynayır. Bu isə o deməkdir ki, Bayramov və Lavrovun bir neçə gün fərqlə Türkiyəyə səfəri təsadüfi deyil və bu səfərlər bir- biri ilə əlaqəlidir.
Bu görüşlərdən sonra liderlər, həmçinin XİN başçıları arasında növbəti təmasların baş tutması istisna deyil. Hətta Bayramovla ermənistanlı həmkarı Ararat Mirzoyanın növbəti dəfə telefonda danışmaları da mümkündür.
Kənan Novruzov

İlgili Yazılar

1 Yorum

  1. Serpil uz - -

    Yeni bir dünya keşfetmek, dünyayı yeniden okumak için kurulan Kafkas sam gençler için gayet avantajlı olacak heleki bir de Türkiye kurulmuş ne güzel..

Bir cevap yazın

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir