ABŞ prezidenti Cozef Baydenlə ukraynalı həmkarı Vladimir Zelenski arasında ilin ilk telefon danışığı olub. Bu barədə Ukrayna lideri özünün tvitter hesabında yazıb. Bildirilib ki, Bayden Ukraynanın ərazi bütövlüyünə dəstəyini ifadə edib.
Ağ Evin yaydığı məlumata görə isə Bayden Ukrayna sərhədindəki vəziyyətin pisləşəcəyi təqdirdə ABŞ və müttəfiqlərinin həlledici cavab verəcəklərini bildirib. Bayden ABŞ-ın Ukraynanın suverenliyinə və ərazi bütövlüyünə sadiqliyini bir daha vurğulayıb. O, Donbasda gərginliyin azaldılması üçün atılan addımları dəstəkləyib.
Baydenin Donbasla bağlı mövqeyi, demək olar, hakimiyyətə gəldiyi ilk gündən məlumdur. Durum yeni mərhələyə keçəndən sonra o, daha qəti bəyanatlar səsləndirdi.
Məlumdur ki, Moskva artıq dünyanın baş ağrısına çevrilib. Kremlin ayrı- ayrı yerlərdə separatçı siyasəti, dünya güclərinin xoşuna gəlmir. Rusiya özünü SSRİ- nin varisi kimi aparmaqda davam edir. Hətta bir neçə dəfə müxtəlif rus siyasətçilərinin dilindən SSRİ- nin bərpası barədə səslənən iddialar da təsadüfi deyil. Əlbəttə, bu, dünya güclərinin, xüsusilə ABŞ- ın xoşuna gəlmir.
Şübhəsiz, Vaşinqton Moskvaya qarşı birbaşa düşmənçilik mövqeyindən çıxış edə bilməz. Bu, beynəlxalq ictimaiyyətdə Bayden administrasiyasının nüfuzuna ciddi zərbə olar. Odur ki, Bayden Putinə qarşı Kiyev “kart” ından istifadə edir. Zelenski bunu başa düşməmiş deyil. Ancaq durum ona da sərf edir. Hazırda Ukraynaya lazım olan ərazi bütövlüyünün bərpası və Rusiyanın zəiflədilməsidir.
Böyük ehtimalla yaxın gələcəkdə Vaşinqtonun bu məsələdəki mövqeyi dəyişməz olaraq qalacaq. Hətta daha sərt, kəskin bəyanatlar səsləndirilə bilər. ABŞ digər regionlarda, o cümlədən Cənubi Qafqazda, Yaxın Şərqdə Rusiyadan istədiyini aldıqdan sonra, bəlkə də, müəyyən qədər neytral davrana bilər. O vaxta kimi isə bu, mümkün görünmür.
Doğrudur, Rusiya proseslərin diplomatik yolla həllində maraqlıdır. Amma Ukrayna hələlik qətiyyətli görünür. Həmçinin Qərbin “suları bulandırmaq” səyləri də mümkündür. Odur ki, hətta lokal xarakterli olsa belə, hərbi toqquşma ehtimalı hər ötən gün artır. Bu isə Rusiya üçün itkisiz başa gəlməyəcək.
Kənan Novruzov Kafkassam
Kənan Novruzov: Bayden Putinə qarşı Kiyev “kartı”ndan istifadə edir
244 0

Kafkassam Editör
Yeni bir dünyaya uyanmak, dünyayı yeniden okumak isteyenler için, söylenecek sözü olanlar için merkezi Ankara’da olan KAFKASSAM’ı kurduk. Erivan, Bakü, Tiflis, Tebriz, Grozni, Moskova, Mahaçkale, Nazrin, Nalçik, Saratov, Ufa ve Sochi’de ofislerimiz temsilcilerimiz var. Kafkassam genelde kafkasya çalışmak için kuruldu Kafkasya genelinde çalışır. Ermenice Rusça Gürcüce İngilizce dillerinde yayın yapan kafkassam genç akademisyen ve stratejistlerle çalışmaya özen gösterir. KAFKASSAM’ın internet sitesi 2 Ocak 2010’da yayına girdi. İnternet sitesinde Kafkasya’daki ülkeler ve Türkiye ile ilişkileri hakkında makaleler, ropörtajlar, analizler ve yorumlara yer verilmektedir.