KAFKASSAM – Kafkasya Stratejik Araştırmalar Merkezi

  1. Anasayfa
  2. »
  3. Gürcistan
  4. »
  5. Kənan Novruzov: Baş katib anonsu verdi: Müharibə bitməyəcək

Kənan Novruzov: Baş katib anonsu verdi: Müharibə bitməyəcək

Kafkassam Editör Kafkassam Editör - - 4 dk okuma süresi
369 0

“Ukraynanın uzunmüddətli dəstəyə ehtiyacı olacaq”. Bunu NATO-nun Baş katibi Yens Stoltenberq Alyansa üzv dövlətlərə müraciət edərək bildirib.
“Buna hazır olmağa çağırıram”, – o vurğulayıb.
Baş katib qeyd edib ki, 13 həftəlik müharibə zamanı Rusiya çox ciddi straterji səhvlərə yol verib: “Kremlin başçısı Valdimir Putin özünün sürətli işğal planını həyata keçirə bilmədi. Eyni halda Ukrayna müqavimət göstərməyə hazır və imkanı olduğunu sübut etdi”.
Y.Stoltenberq söyləyib ki, NATO-nun əsas, vacib tapşırığı uzunmüddətli perspektivdə Ukraynaya yardım etməkdir: “Bu səbəbdən müttəfiqləri təchizat ehtiyatlarını artırmağa çağırıram. Müharibə uzunmüddətli olacaq. Ona görə də NATO-nun ilk vəzifəsi Ukraynaya uzun müddətə dəstək verməkdir. Çünki bu, getdikcə daha çox yorucu müharibə olur”.
Baş katib xatırladıb ki, NATO münaqişənin heç bir tərəfində deyil və gərginliyin artmasını istəmir.
Məlum olduğu kimi, savaş üç aydan çoxdur davam edir. Bir çox ekspertin düşündüyü kimi, baş verənlərin “rejissoru” NATO-dur. Alyans əvvəlcə Ukraynada “bataqlıq” yaratdı, sonra isə Rusiyanı bu “bataqlığa” çəkdi.
İndi NATO-nun Ukraynaya dəstək verdiyi məlumdur. Rəsmi Kiyev özü də bunu gizlətmir. Hətta müxtəlif rəsmilər, o cümlədən Prezident Volodimir Zelenski çıxışlarında Alyansdan silah istəyirlər. Və bu silah tədarükü davam edir. Qərbin məqsədi aydındır: müharibəni mümkün qədər uzatmaq, beləliklə, Kremlin zəifləməsinə mane olmaq. Qərb yaxşı bilir ki, “əlini Ukraynanın üstündən çəksə”, Rusiya bir neçə gün ərzində istədiyinə nail olacaq.
Bu baxımdan Stoltenberqin son açıqlamasını əslində NATO- nun planı kimi də qiymətləndirmək olar. Baş katib, həmçinin müharibənin uzunmüddətli olacağı barədə proqnoz verib. Çox güman ki, doğrudan da, hərbi əməliyyatlar yaxın vaxtda başa çatmayacaq. Əksinə, savaşın daha da gərginləşəcəyi istisna deyil. Beləliklə, NATO- nun Kiyevə daha ciddi dəstəyinə və hətta Ukraynaya canlı qüvvə göndərməyinə bəhanə yaranacaq. Alyans müharibənin birbaşa iştirakçısı olmaqda maraqlı deyil. Amma Ukraynanın “əli ilə” Rusiyaya təzyiqi artırmaq qurumun maraqlarına tam uyğundur. Daha dəqiq desək, bu, NATO-nun əsas niyyətdir.
Əvvəllər də dediyimiz kimi, müharibə artıq tərəflərin nəzarətindən çıxır. Rusiya və Ukrayna dövlət başçılarının savaşı dayandırmaq imkanları tədricən azalır. Həmçinin əsas vasitəçilərdən biri olan Türkiyənin təsir gücü də hər ötən gün məhdudlaşır. Bunun əksinə olaraq, NATO proseslərinin “dirijoruna” çevrilir. Odur ki, həm Ukrayna, həm də Finlandiya və İsveç məsələsinə görə Türkiyə ilə Alyans arasında ziddiyyətlərin artacağı gözləniləndir.
Yəqin ki, növbəti həftələrdə, hətta qarşıdakı günlərdə NATO- nun Kiyevə daha ciddi dəstəyinin şahidi olacağıq. Bununla əlaqədar olaraq Rusiyanın işğal etdiyi bəzi ərazilərdən çıxması istisna deyil. Lakin bütün hallarda savaş hələ davam edəcək. Və əvvəllər də dediyimiz kimi, müharibənin nəticəsi dünyanın xəritəsini dəyişəcək.

Kənan Novruzov

İlgili Yazılar

Bir cevap yazın

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir