KAFKASSAM – Kafkasya Stratejik Araştırmalar Merkezi

  1. Anasayfa
  2. »
  3. Azerbaycan
  4. »
  5. Kənan Novruzov: Azərbaycandan Ermənistana sülh “resepti”: Dörd əsas tələb

Kənan Novruzov: Azərbaycandan Ermənistana sülh “resepti”: Dörd əsas tələb

Kafkassam Editör Kafkassam Editör - - 6 dk okuma süresi
27 0

Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Ayxan Hacızadə Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan tərəfindən İran İslam Respublikasının xarici işlər naziri Seyid Abbas Ərağçi ilə birgə mətbuat konfransında səslənmiş münasibət bildirib.

Qeyd olunub ki, 25 mart 2025-ci il tarixində Ermənistanın xarici işlər naziri Ararat Mirzoyanın İran İslam Respublikasının xarici işlər naziri Seyid Abbas Ərağçi ilə birgə mətbuat konfransında guya Azərbaycanın sülh müqaviləsinin mətni üzrə razılaşma əldə edildikdən sonra yeni şərtlər irəli sürdüyü barədə iddiaları tamamilə əsassızdır:
“Ermənistan xarici işlər nazirinə yaxşı məlumdur ki, Ermənistan konstitusiyasında Azərbaycanın ərazi bütövlüyü və suverenliyinə qarşı müddəanın aradan qaldırılması, habelə Minsk Qrupunun rəsmən ləğvi tələbi son iki il yarım ərzində danışıqlar prosesinin vacib mövzuları sırasında olub.

Ermənistanın Azərbaycana qarşı ərazi iddialarının əks olunduğu Konstitusiya, Ermənistan milli qanunvericiliyi, məhkəmə iddiaları və siyasi bəyanatlar barədə faktlar hələ 2023-cü ilin may ayında Vaşinqton görüşü zamanı Ermənistan tərəfinə təqdim olunub. Bu barədə üçüncü ölkələr də tam olaraq məlumatlıdırlar.

Qeyd edilənləri nəzərə alaraq, Ermənistan tərəfinin guya Azərbaycanın bu şərtləri yeni irəli sürdüyü barədə iddiaları beynəlxalq ictimaiyyəti çaşdırmaq məqsədi daşıyır və bu taktika heç bir nəticə verməyəcək.

Ermənistan tərəfi sülh müqaviləsinin imzalanmasında maraqlıdırsa, vaxt itirmədən Konstitusiyasında dəyişiklik edərək Azərbaycana qarşı ərazi iddialarından əl çəkməli, Minsk Qrupunun rəsmən ləğvi istiqamətində əməkdaşlıqdan boyun qaçırmamalıdır”.
Məlum olduğu kimi, İkinci Qarabağ müharibəsi və birgünlük antiterror tədbirləri nəticəsində Azərbaycanın regionda terrora son qoymasından, ərazi bütövlüyünü təmin etməsindən sonra bölgədə yeni reallıqlar yaranıb. Rəsmi Bakı bu reallıqların müəllifidir. Yeni “oyun qaydaları” Cənubi Qafqazda sülhün təmin olunmasını zərurətə çevirir.
Azərbaycan qalib tərəf olmasına baxmayaraq, sülh təşəbbüsü ilə çıxış edib. Bu gün rəsmi Bakı regionda sülhün və əməkdaşlıq mühitinin təmin olunması bütün imkanlardan istifadə edir. Azərbaycan daimi sülhdə maraqlıdır. Bunun üçün konkret və qarşı tərəfə çoxdan məlum olan şərtlər var. Həmin əsas şərtlər bunlardır. Birincisi, Ermənistan Azərbaycan qarşı ərazi iddialarından imtina etməli və bunu konstitusiya səviyyəsində təsdiqləməlidir. Çünki Ermənistanın Azərbaycana qarşı ərazi iddialarının davam etdiyi bir vaxtda sülh sazişinin imzalanması o deməkdir ki, rəsmi İrəvan gələcəkdə qanunvericiliyə istinad edərək revanşa cəhd edə bilər. Bu, Bakının maraqlarına uyğun deyil.

İkincisi, ATƏT-in Minsk Qrupu ləğv edilməlidir. Çünki bu qrupun işi keçmiş Ermənistan- Azərbaycan Dağlıq Qarabağ münaqişəsini ləğv etmək idi. İndi nə belə bir konflikt var, nə da Dağlıq Qarabağ adlı inzibati ərazi vahidi. Deməli, 30 il ərzində heç bir ciddi işlə məşğul olmayan Minsk Qrupuna da daha ehtiyac yoxdur.
Üçüncüsü, Ermənistan 10 noyabr 2020-ci il üçtərəfli bəyanatının şərtini yerinə yetirməli, o cümlədən kommunikasiya xətlərinin açılmasına razı olmalıdır.

Dördüncüsü, Ermənistan hərbi təxribatlarını dayandırmalı, konkret siyasi iradə və mövqe ortaya qoymalıdır. İrəvanın hazırkı qeyri-müəyyənliyi heç bir halda sülhə aparan yol ola bilməz. Çünki qarşı tərəf sözdə dediklərini əməldə təsdiqləyə bilmir. Bu isə Ermənistanın səmimiliyinə şübhə yaradır.
Rəsmi Bakının şərtləri aydındır. Həm Ermənistan, həm də beynəlxalq ictimaiyyət onlara məlum olan bu tələblərin məntiqli və ədalətli olduğunu anlayır.
Azərbaycan sülhlə maraqlıdır və bunun üçün çalışır. Amma indi sülh Bakıdan çox İrəvana lazımdır. Çünki Azərbaycan artıq ərazi bütövlüyünü təmin edib və balanslı, müstəqil xarici siyasət kursuna sahibdir.

Ermənistan isə Qərblə Rusiya arasında siyasi poliqona çevrilib. Gələcəkdə Ukraynanın taleyini yaşayaraq hərbi poliqona da çevrilə bilər. Belə bir vaxtda rəsmi İrəvana ciddi təhlükəsizlik zəmanəti lazımdır. Bunun yeganə yolu isə Azərbaycan və Türkiyə ilə münasibətləri normallaşdırmaqdır. Ermənistan ən qısa zamanda bunu anlamalı və vaxtı uzatmaq əvəzinə, Bakının tələblərini yerinə yetirməlidir.

Kənan Novruzov

İlgili Yazılar

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir