Şimdi yükleniyor

Kənan Novruzov: Azərbaycan- Özbəkistan münasibətlərinin tarixi səviyyəsi

Azərbaycan- Özbəkistan münasibətlərinin tarixi səviyyəsi

Azərbaycan Prezidenti İlham Əliyev iyulun 2-də Özbəkistan Prezidenti Şavkat Mirziyoyev ilə mətbuata birgə bəyanatla çıxış edib.
O, bildirib ki, Azərbaycan beynəlxalq arenada Özbəkistanın imicinin artmasına ürəkdən sevinir:
“Biz Özbəkistanın sürətli inkişafını, bütün sahələrdə genişmiqyaslı islahatların həyata keçirilməsini böyük maraq və sevinclə müşahidə edirik. Özbəkistanın beynəlxalq arenada imicinin ildən-ilə artmasına, iqtisadi potensialının güclənməsinə, sosial həyatın bir çox məsələsinin həll olunmasına şadıq”.
Dövlət başçısı vurğulayıb: “Bütün bunlar Prezidentin, Özbəkistan rəhbərliyinin düşünülmüş siyasətinin nəticəsidir. Bunların hamısı konkret proqramlarda da öz əksini tapır. Biz, dost və qardaşlar olaraq buna ürəkdən sevinirik”.
Məlum olduğu kimi, iki ölkə arasında əlaqələr yüksək səviyyədədir. Keçmiş SSRİ dağılandan sonra müstəqil dövlətlərə çevrilən Azərbaycan və Özbəkistan arasında əlaqələr tarixi səciyyə daşıyır və getdikcə daha da inkişaf edir.

İkitərəfli münasibətlər bütün sahələrdə inkişaf edir. Bu, qarşılıqlı səylər nəticəsində mümkün olur.

Azərbaycanla Özbəkistanı birləşdirən təkcə tarixi əlaqələr deyil. Ortaq dil amili, mədəni yaxınlıq, iqtisadi əməkdaşlıq kimi amillər də iki dövlət arasında inteqrasiyaya töhfə verir.
Eyni zamanda nəzərə almaq lazımdır ki, Daşkənd və Bakı bir çox təşkilatlarda, o cümlədən Türk Dövlətləri Təşkilatında (TDT) təmsil olunur. Bu, iki dövlətin ortaq maraqlarının kifayət qədər olmasına şərait yaradır.

Nəzərə almaq lazımdır ki, bu gün həm Azərbaycan və Özbəkistan ayrı- ayrılıqda, həm də iki dövlətin təmsil olunduğu TDT qlobal geosiyasi məkanın aparıcı oyunçuları sırasındadır. Bu, belə düşünməyə əsas verir ki, Azərbaycanla Özbəkistan arasında əməkdaşlıq bundan sonra da davam edəcək və daha yüksək pilləyə qalxacaq.

Kənan Novruzov.

Share this content:

Yorum gönder