Prezident İlham Əliyev “Euronews” telekanalına müsahibəsində bir çox mühüm məqamlara toxunmaqla yanaşı, həm də ABŞ-la münasibətlər barədə danışıb. O,
Donald Trampın dövründə ABŞ ilə münasibətlərin güclü tərəfdaşlığın yenidən qurulmasına çox nikbin baxdığını bildirib.
Dövlət başçısı vurğulayıb ki, geosiyasi dəyişikliklərdən bəhs edəndə daha dəqiq danışmaq lazımdır: “Bu, Vaşinqtonda baş verən hadisələrdir. Amerikanın yeni administrasiyasının siyasəti ilə bağlı nələr baş verir və bu, bir daha bütün dünyanın Ağ Evdə qəbul olunmuş qərarlardan necə asılı olduğunu nümayiş etdirir. Beləliklə, bu, qlobal geosiyasi dəyişikliyin mənbəyidir. O, yenicə başlayıb və biz bu geosiyasi dəyişikliyin ilk aylarını yaşayırıq”.
Dövlət başçısı xatırladıb ki, Azərbaycan tərəfi ABŞ-nin əvvəlki administrasiyası və Azərbaycan arasında münasibətlərin pisləşməsindən məyusluq hissi keçirib.
“Onların mövqeyi bizim milli maraqlarımıza ədalətsiz yanaşmadan ibarət idi. Buna görə biz Tramp administrasiyası dövründə ABŞ ilə münasibətlərimizin və güclü tərəfdaşlığımızın yenidən qurulmasına çox nikbin baxırıq”.
Məlum olduğu kimi, ABŞ-nin bundan əvvəlki hakimiyyətinin dövründə Azərbaycanla münasibətlər kifayət qədər “soyuqlamışdı”. Bunun əsas səbəbi rəsmi Vaşinqtonun, o cümlədən keçmiş prezident Cozef Baydenin və sabiq dövlət katibi Antoni Blinkenin rəsmi Bakıya və bütövlükdə Cənubi Qafqaz olan qeyri- obyektiv münasibəti idi. Halbuki Trampın əvvəlki hakimiyyəti dövründə Azərbaycanla münasibətlər daha yaxşı olub.
Ümumiyyətlə, Respublikaçılar Demokratlara nisbətən həmişə Azərbaycana daha loyal münasibətdə olublar. Qeyd etmək yerinə düşər ki, Azərbaycana ABŞ-nin birbaşa dövlət yardımını qadağan edən 907-ci düzəliş məhz Demokratların dövründə qəbul olunub.
Trampa gəldikdə bildirməliyik ki, onun hakimiyyəti dövründə Azərbaycanla münasibətlərin normallaşacağına dair güclü ümidlər var. Bu, əsasən bir neçə səbəblə bağlıdır. Birincisi, artıq Azərbaycan əvvəlki Azərbaycan deyil. Bu gün rəsmi Bakı regionunda reallıqları diktə edən, beynəlxalq müstəvidəki proseslərə ciddi təsir imkanı olan aktordur. Vaşinqton öz siyasətində, əlbəttə, bu məqamı nəzərə alacaq.
İkincisi, ABŞ başa düşür ki, Türkiyə həmişə Azərbaycanın yanındadır. Deməli, Vaşinqtonun Bakı ilə münasibətləri həm də Ankaraya ilə əlaqələrə təsir edə bilər.
Üçüncüsü, ABŞ Rusiya və İranla münasibətlərdə Azərbaycan faktorunu nəzərə alacaq.
Dördüncüsü, ABŞ – İsrail münasibətləri, sözsüz ki, Azərbaycanla münasibətlərə də təsir edəcək. Perspektivdə Vaşinqton- Təl- Əviv- Bakı üçbucağında əməkdaşlığın güclənməsi mümkündür.
Beşincisi, ABŞ Rusiya- Ukrayna müharibəsinin başa çatmasında Azərbaycanın imkanlarından, o cümlədən rəsmi Bakının hər iki dövlətlə normal münasibətlərindən yararlana bilər. İndiki məqamda savaşa son qoymaq istəyən Tramp administrasiyası üçün Azərbaycan kimi Rusiya və Ukrayna arasında ilə bərabər səviyyəli münasibətlrə malik oyunçu çox önəmlidir.
Bütün bunları nəzərə alsaq, deyə bilərik ki, qarşıdalkə dövrdə Vaşinqton- Bakı xəttində ciddi proseslərin, o cümlədən 907-ci düzəliş ləğvinin şahidi ola bilərik.
Kənan Novruzov
- Anasayfa
- »
- Azerbaycan
- »
- Kənan Novruzov: Azərbaycan ABŞ üçün niyə vacibdir?-
Kənan Novruzov: Azərbaycan ABŞ üçün niyə vacibdir?-
32 0

Kafkassam Editör
Yeni bir dünyaya uyanmak, dünyayı yeniden okumak isteyenler için, söylenecek sözü olanlar için merkezi Ankara’da olan KAFKASSAM’ı kurduk. Erivan, Bakü, Tiflis, Tebriz, Grozni, Moskova, Mahaçkale, Nazrin, Nalçik, Saratov, Ufa ve Sochi’de ofislerimiz temsilcilerimiz var. Kafkassam genelde kafkasya çalışmak için kuruldu Kafkasya genelinde çalışır. Ermenice Rusça Gürcüce İngilizce dillerinde yayın yapan kafkassam genç akademisyen ve stratejistlerle çalışmaya özen gösterir. KAFKASSAM’ın internet sitesi 2 Ocak 2010’da yayına girdi. İnternet sitesinde Kafkasya’daki ülkeler ve Türkiye ile ilişkileri hakkında makaleler, ropörtajlar, analizler ve yorumlara yer verilmektedir.