KAFKASSAM – Kafkasya Stratejik Araştırmalar Merkezi

  1. Anasayfa
  2. »
  3. Azerbaycan
  4. »
  5. Kənan Novruzov: Azərbaycan əleyhinə antitəbliğat

Kənan Novruzov: Azərbaycan əleyhinə antitəbliğat

Kafkassam Editör Kafkassam Editör - - 4 dk okuma süresi
31 0

Qərbdən COP29-la bağlı riyakar addım: Azərbaycan əleyhinə antitəbliğat

Milli Məclisin Xarici müdaxilələrə və hibrid təhdidlərə qarşı komissiyasının və Medianın İnkişafı Agentliyinin (MEDİA) birgə açıqlama yayıb. Bildirilib ki, “X” sosial media platformasında Azərbaycan Respublikasında keçiriləcək BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransı (COP29) əleyhinə genişmiqyaslı aktiv kampaniya aparan əksər profillərin koordinasiya olunmuş şəkildə və kütləvi formada saxta hesablardan istifadə etməsi faktları aşkarlanıb.
Qeyd edilib ki, saxta profillər #COP29 həştəqi altında eyni anda, eyni məzmunlu avtomatlaşdırılmış cavablar yerləşdirərək bot sistemləri vasitəsilə məzmun manipulyasiyası həyata keçirir və beləliklə də, ictimai rəyi çaşdırmağa cəhd göstərir.
Məlumata görə, saxta məlumatlar əsasında təşkil olunmuş bu fəaliyyətlərin əsas məqsədi COP29 ərəfəsində guya Azərbaycanın ev sahibliyi ilə bağlı kütləvi narazılığın olması illüziyasını yaratmaqdır.
“Qeyd edək ki, bu ilin noyabrında Bakı şəhərində təşkil ediləcək COP29-la bağlı effektiv kommunikasiya strategiyası həyata keçirilir və ictimaiyyət operativ qaydada məlumatlandırılır.
Vətəndaşlarımızı və beynəlxalq ictimaiyyəti bu tip çaşdırıcı məlumatların təsirinə düşməməyə və yalnız rəsmi mənbələrdən əldə olunan informasiyaya istinad etməyə çağırırıq.
Azərbaycan Respublikası Milli Məclisinin Xarici müdaxilələrə və hibrid təhdidlərə qarşı komissiyası və Medianın İnkişafı Agentliyi “X” sosial media platformasını saxta məlumatlar əsasında aparılan bu informasiya kampaniyasını araşdırmağa çağırır”, – məlumatda vurğulanıb.
Öncə onu deyək ki, anti-təbliğat məqsədilə sosial media platformalarından istifadə edilməsi təsadüfi deyil. Çünki sosial şəbəkələr daha çox ictimai rəy yaratmaq qabiliyyətinə malikdir. Bu da onun auditoriyasının daha geniş olması ilə izah edilir. Əlbəttə, texnoloqlar bu məsələni yaxşı bilirlər. Odur ki, sosial medianın imkanlarından istifadə etməyə çalışırlar.
Məsələnin digər tərəfinə gəldikdə bildirməliyik ki, Qərb dövlətləri zamanında COP-29-un Azərbaycanda keçirilməsini dəstəkləyib və bununla bağlı yekdil qərar veriblər. Bu, o deməkdir ki, Qərb dairələri rəsmi Bakıya inanır, etibar edir. Əgər Azərbaycana etimad göstərilməsə idi, onda niyə COP29-un Bakıda keçirilməsi ilə bağlı yekdil qərar verilirdi?
Ancaq hazırda Qərb dairələrinin COP29-la bağlı ortaya qoyduqları mövqe onların müvafiq qərarlarına ziddir. Bu isə riyakarlıq və ikiüzlülük nümunəsidir.
Ümumiyyətlə, Qərb Azərbaycanın COP29 kimi mötəbər tədbirə ev sahibliyini həzm edə bilmir. Odur ki, COP29 ərəfəsində Bakının ev sahibliyinə, həmçinin Azərbaycanın artan nüfuzuna kölgə salmaq məqsədilə bütün imkanlardan istifadə edilir.
İstisna deyil ki, belə təzyiqlər, qarayaxma kampaniyaları gələcəkdə də davam edəcək. Həmçinin COP29 dövründə də oxşar cəhdlərin olması mümkündür.
Ancaq, əlbəttə, bu cəhdlər nəticə verməyəcək, Qərb ictimai rəyi mənfi istiqamətdə dəyişməyi bacarmayacaq, Azərbaycan COP29-a uğurla ev sahibliyi edəcək.
Kənan Novruzov

İlgili Yazılar

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir