Avropa İttifaqının xarici işlər nazirləri bu gün Ukraynaya silah istehsalı üçün 1 milyard avro ayrılacağını elan edəcəklər. Bu barədə Avropa İttifaqının xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Kaya Kallas Aİ xarici işlər nazirlərinin Varşava görüşündən sonra keçirilən mətbuat konfransında bildirib.
Onun sözlərinə görə, Aİ xarici işlər nazirləri bu gün Ukraynaya səfər edəcək.
“Mayın 9-da Kiyevə səfəri zamanı Avropa İttifaqının xarici işlər nazirləri Ukraynaya silah istehsalı üçün 1 milyard avro ayrılacağını elan edəcəklər”, – o qeyd edib.
Kallas əlavə edib ki, Avropa Komissiyası mayın 20-dək Rusiyaya qarşı 17-ci sanksiyalar paketini qəbul etmək niyyətindədir.
Əslində Avropanın Ukraynaya dəstəyi artıcağı gözlənilən idi. Məsələ burasındadır ki, Rusiya- Ukrayna müharibəsi ilə bağlı ABŞ və Avropanın mövqeyi üst-üstə düşmür. Avropa rəsmi Vaşinqtondan fərqli olaraq savaşın bitməsini istəmir. Çünki müharibə bitəcəyi təqdirdə Rusiya Avropa paytaxtları üçün yenidən təhdidə çevriləcək.
Bu baxımdan Avropa birbaşa və dolayısı yolla ABŞ-nin danışıqlarla bağlı planlarına qarşı çıxır. Ukraynaya birdən- birə 1 milyard avrop həcmində yardımın ayırılması da bu konteksdən qiymətləndirilməlidir. Avropa çalışır ki, Ukrayna gücdən düşməsin və mübarizəni davam etdirsin. Gələcəkdə Avropanın Ukraynaya dəstəyi bir az artırması mümkündür.
Beləliklə, Avropanın ABŞ arasında çox ciddi rəqabət gedir. Bu mübarizənin gələcəkdə daha da dərinləşməsi gözləniləndir.
Kənan Novruzov
Kənan Novruzov: Avropa Ukraynaya maliyyə ayırdı: Müharibə uzanır
11 0

Kafkassam Editör
Yeni bir dünyaya uyanmak, dünyayı yeniden okumak isteyenler için, söylenecek sözü olanlar için merkezi Ankara’da olan KAFKASSAM’ı kurduk. Erivan, Bakü, Tiflis, Tebriz, Grozni, Moskova, Mahaçkale, Nazrin, Nalçik, Saratov, Ufa ve Sochi’de ofislerimiz temsilcilerimiz var. Kafkassam genelde kafkasya çalışmak için kuruldu Kafkasya genelinde çalışır. Ermenice Rusça Gürcüce İngilizce dillerinde yayın yapan kafkassam genç akademisyen ve stratejistlerle çalışmaya özen gösterir. KAFKASSAM’ın internet sitesi 2 Ocak 2010’da yayına girdi. İnternet sitesinde Kafkasya’daki ülkeler ve Türkiye ile ilişkileri hakkında makaleler, ropörtajlar, analizler ve yorumlara yer verilmektedir.