Ermənistan xarici işlər naziri Ararat Mirzoyan dünən avsriyalı həmkarı Aleksandr Şalenberqlə birgə keçirdiyi mətbuat konfransında Türkiyə ilə əlaqələrdən də danışıb. O, Ermənistanın mövqeyində heç bir dəyişikliyin baş vermədiyini bildirib: “İstər son illərdə, istərsə də ötən 25-30 ildə İrəvan hesab edir ki, ilkin şərt olmadan Türkiyə ilə sərhədlər açılmalı və diplomatik əlaqələr qurulmalıdır. İndiyədək Türkiyə və Ermənistan nümayəndələrinin bir görüşü baş tutub. Bir çox məsələlərə toxuna bilmədik. Amma proseslərin müsbət istiqamətdə gedəcəyi ilə bağlı işarələr var. Lakin bu, bir tərəfin mövqeyindən asılı olmayan məsələdir”.
Nazir, həmçinin Antalya diplomatiya forumunda iştirak edib- etməyəcəkləri ilə bağlı sualı da cavablandırıb: “Hələ buna qərar verməmişik. Məsələ müzakirə olunur”. Mirzoyanın açıqlamasında diqqətçəkən məqam onun Antalya diplomatiya forumunu beynəlxalq diplomatik hadisə kimi səciyyələndirməsidir. Bu, əslində İrəvanın proseslərə münasibətindən xəbər verir. Məlum olduğu kimi, Paşinyan administrasiyası Türkiyə ilə münasibətlərin normallaşmasında maraqlıdır. Bu isə o deməkdir ki, İrəvanın Antalya diplomatiya forumunda təmsil olunması da onların mənafəyinə uyğundur. Sadəcə Ermənistan el dili ilə desək, özünü dartır. Və əslində bu, normal qarşılanmalıdır. İkinci bir tərəfdən isə daxili auditoriya sözügedən hadisəyə hazırlanır. Paşinyan administrasiyası xalqı inandırmağa çalışır ki, onlar həmişə Türkiyə ilə normal münasibətlərdə maraqlı olublar. Yəni bu, hazırkı reallıqlardan yaranan məcburiyyət deyil.
Əvvəl də dediyimiz kimi, çox böyük ehtimalla Ermənistan Antalya diplomatiya forumunda təmsil olunacaq. Amma Türkiyəyə Ararat Mirzoyanın yox, xüsusi nümayəndə Ruben Rubinyanın getməsi daha ağlabatandır. Orada tərəflər arasında “pərdəarxası” müzakirələrin keçiriləcəyi, müəyyən razılıqların əldə olunacağı mümkündür. Hətta Azərbaycan nümayəndəsinin iştirakı ilə üçtərəfli və ya ikitərəfli görüş də istisna deyil.
İstənilən halda Antalya diplomatiya forumu regionda münasibətlərin yeni mərhələsinin başlanması üçün daha böyük imkanlar, perspektivlər deməkdir. Bu mənada inanmaq olar ki, sözügedən tədbirdən sonra Bakı- Ankara- İrəvan üçbucağında daha böyük hadisələrin şahidi olacağıq. Bu isə Kremlin təsir dairəsinin nəinki Ermənistan üzərində, bütünlüklə Cənubi Qafqazda zəifləməsi ilə müşahidə olunacaq.
Kənan NovruzovKafkassam
Kənan Novruzov: Antalya diplomatiya forumu Bakı- Ankara-İrəvan üçbucağında yeni imkanlar vəd edir
389 0
Kafkassam Editör
Yeni bir dünyaya uyanmak, dünyayı yeniden okumak isteyenler için, söylenecek sözü olanlar için merkezi Ankara’da olan KAFKASSAM’ı kurduk. Erivan, Bakü, Tiflis, Tebriz, Grozni, Moskova, Mahaçkale, Nazrin, Nalçik, Saratov, Ufa ve Sochi’de ofislerimiz temsilcilerimiz var. Kafkassam genelde kafkasya çalışmak için kuruldu Kafkasya genelinde çalışır. Ermenice Rusça Gürcüce İngilizce dillerinde yayın yapan kafkassam genç akademisyen ve stratejistlerle çalışmaya özen gösterir. KAFKASSAM’ın internet sitesi 2 Ocak 2010’da yayına girdi. İnternet sitesinde Kafkasya’daki ülkeler ve Türkiye ile ilişkileri hakkında makaleler, ropörtajlar, analizler ve yorumlara yer verilmektedir.