KAFKASSAM – Kafkasya Stratejik Araştırmalar Merkezi

  1. Anasayfa
  2. »
  3. Türkiye
  4. »
  5. Kənan Novruzov: Ankara və Dəməşq bir-birinin “əlinə oynayır”: Terrora son qoyulur

Kənan Novruzov: Ankara və Dəməşq bir-birinin “əlinə oynayır”: Terrora son qoyulur

Kafkassam Editör Kafkassam Editör - - 4 dk okuma süresi
11 0

Türkiyənin xarici işlər naziri Hakan Fidan bu barədə yerli və beynəlxalq media nümayəndələri üçün keçirilən brifinqdə ölkəsinin Suriya ilə bağlı mövqeyini xatırladıb. Nazir söyləyib ki, Türkiyə özünə qarşı bütün təhdidləri yox etmək gücünə malikdir.
Onun sözlərinə görə, Suriyanın terrordan tamamilə təmizlənməsi Türkiyənin 2025-ci ildə əsas hədəflərindəndir.

“Məlumdur ki, Suriya xalqı ölkənin yenidən qurulmasında ciddi sınaqlarla üz-üzədir. Türkiyə cərəyan edən son proseslərdə də Suriyanın yanındadır. Türkiyənin heç bir ölkənin torpağında gözü yoxdur və gizli vəzifələrinin olması müzakirə mövzusu deyil”, – H.Fidan əlavə edib.

H.Fidan brifinqdə region ölkələrinə çağırış edib.

“Türkiyənin bölgə ölkələrindən gözləntisi basqı və xalqı yoxsulluğa aparma strategiyasından əl çəkməkdir”, – o bildirib.

Əvvəl də dediyimiz kimi, Bəşər Əsəd rejiminin devrilməsindən sonra Suriyada yeni reallıq yaranıb. Bu yeni reallıq Türkiyə üçün indiyə qədər mövcud olan terror təhdidinə qarşı mübarizənin gücləndirilməsinə şərait yaradır.
İndiyədək mövcud olan Əsəd rejimi Türkiyənin terrorla mübarizəsini qismən çətinləşdirirdi. Amma daha elə bir problem yoxdur.

Türkiyənin Suriyanın yeni hakimiyyəti ilə təmasları intensivləşdirməsi birbaşa olaraq terrorla mübarizə məsələsi ilə bağlıdır. Hətta istisna deyil ki, üsyançılar hakimiyyətə gəlməzdən əvvəl Ankara ilə müəyyən gizli sövdələşmə əldə olunmuşdu.
İndi Suriya hakimiyyəti ilə Türkiyə bir- birilərinin “əllərinə oynayacaqlar”. Təsadüfi deyil ki, Ankara beynəlxalq ictimaiyyətin Dəməşqə qarşı təzyiqlərini azaltmağa çalışır və Suriyanın bərpasına dəstək verir. Bunun müqabilində Suriya da Türkiyənin təhlükəsizlik maraqlarına müvafiq olaraq terrorla mübarizəsinə dəstək verəcək.

Türkiyənin Suriyada genişmiqyaslı antiterror əməliyyatına başlaması tamamilə mümkündür. Artıq anonsu verilən əməliyyatların qarşıdakı dövrdə başlamasının şahidi ola bilərik.

Amma bundan əvvəl həm Suriyadakı yeni hakimiyyət, həm də ABŞ, Rusiya və İranla diplomatik təmaslar intensivləşəcək. Əgər yeni rejim terrorçuların ölkə ərazisindən tamamilə çıxarılmasına söz verməsə, əməliyyatlar başlayacaq.

H. Fidanın dediklərindən belə məlum olur ki, Türkiyə bu il terror təhdidinə tamamilə son qoymaqda israrlıdır. Bunun üçün münbit şərait var. Odur ki, Ankara bütün diplomatik və hərbi imkanlardan istifadə edəcək.

Nazirin “Türkiyənin bölgə ölkələrindən gözləntisi basqı və xalqı yoxsulluğa aparma strategiyasından əl çəkməkdir” fikirləri də əslində beynəlxalq ictimaiyyətə çağırış kimi qiymətləndirilməlidir. Bu, o deməkdir ki, beynəlxalq oyunçular Suriya xalqının rifahı naminə Türkiyənin terrorla mübarizəsinə mane olmamalı, əksinə, dəstək göstərməlidirlər.

Ehtimal etmək olar ki, Türkiyə cari ildə terror təhlükəsinə tamamilə son qoymağı və ya əhəmiyyətli dərəcədə nəticə qazanmağı bacaracaq.

Kənan Novruzov

İlgili Yazılar

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir