KAFKASSAM – Kafkasya Stratejik Araştırmalar Merkezi

  1. Anasayfa
  2. »
  3. Türkiye
  4. »
  5. Kənan Novruzov: Ankara- İrəvan münasibətlərində yeni mərhələnin əsası qoyula bilər

Kənan Novruzov: Ankara- İrəvan münasibətlərində yeni mərhələnin əsası qoyula bilər

Kafkassam Editör Kafkassam Editör - - 4 dk okuma süresi
355 0

Ermənistan baş naziri Nikol Paşinyan onlayn keçirdiyi mətbuat konfransında Türkiyə və Azərbaycanla münasibətlər barədə danışıb. O, bir çox mühüm məqamlara toxunub. Paşinyan heç bir ön şərt olmadan Türkiyə ilə münasibətlər qurmağı istədiyini bildirib: “Sərhədlərin açılmasında maraqlıyıq. Xüsusi nümayəndələrimiz görüşüb. Bu müddet belə davam edərsə, Ermənistan böyük ehtimalla Antalyadakı Diplomatiya Forumunda iştirak edəcək. Əvvəl uğurlu ola bilmədik. İndi həmin təcrübədən yararlanmalıyıq. Müzakirələri davam etdirmək fürsətini əldən vermək məntiqsizlik olar”. Bu açıqlamalar bizim və regionun maraqlarına cavab verir. Hər şeydən əvvəl onu deyək ki, əvvəl proqnozlaşdırdığımız kimi, Ankara ilə İrəvan əlaqələrinin normallaşması prosesi davam edir. Bunun gələcəkdə daha da sürətlənəcəyi mümkündür. Çünki regiondakı yeni reallıqlar, daxili kataklizmlər və xarici aktorlarn mövqeləri fonunda Paşinyan administrasiyası başqa çıxış yolunun olmadığını anlayır. O, başa düşür ki, Türkiyə ilə yaxınlaşmasa Qərb və Rusiya arasında manevrlərini davam etdirməyə məcbur qalacaq. Bu isə işi onsuz da çətin olan Paşinyanı daha mürəkkəb duruma salacaq.
Müşahidələr göstərir ki, erməni xalqı da İrəvanla Ankara arasında diplomatik münasibətlərin əleyhinə deyil. Əks halda, indiyədək daxildə aksiyalar olardı. Müharibə vaxtı hakimiyyətə etiraz edən edən ictimaiyyət də dincliyin, sabitliyin Türkiyə ilə əlaqələrdən keçdiyini bilir.
Şübhəsiz, Ermənistan- Türkiyə əlaqələrinin inkişafı həm də Ermənistan- Azərbaycan münasibətlərinin normallaşması üçün yeni imkanlar, perspektivlər yaradır. Daha sadə dillə desək, əslində bu iki proses yanaşı gedir. Təsadüfi deyil ki, Paşinyan keçirdiyi mətbuat konfransında rəsmi Bakı ilə sülh müqaviləsi imzalamağa hazır olduğunu bildirib. O, həmçinin bunun üçün müzakirələrə ehtiyac olduğunu əlavə edib. Əlbəttə, baş nazirin yekun sülh müqaviləsinə “iki əlli” hazır olması ilə bağlı verəcəyi açıqlama daxildə ona qarşı istifadə oluna bilərdi. Odur ki, Paşinyan müzakirələrə ehtiyac olduğunu söyləyib. Bunun vaxt qazanmaqdan ötrü deyildiyini də düşünmək olar. Çünki son vaxtlar erməni rəsmilərinin dilindən ATƏT- in Minsk Qrupunun yenidən “oyuna” daxil olmasına dair bəyanatlar eşidilir. Bəlkə də, baş nazir məhz buna çalışır. Lakin, fikrimcə, bundan sonra regional əlaqələrin, o cümlədən Bakı- İrəvan, Ankara- İrəvan münasibətlərinin inkişafı ehtimalı daha çoxdur. Ermənistandakı bəzi siyasilər, o cümlədən keçmiş prezident Armen Sarkisyan da bunu hiss edir. Elə ona görə də, Paşinyanın siyasəti ilə barışmadı və tutduğu postundan getdi. Əslində bu, baş nazirin işini daha da asanlaşdıracaq faktordur. Yuxarıda da dediyimiz kimi, bundan sonra əlaqələrin normallaşmasının prosesi sürətlənəcək. Çox böyük ehtimalla Ermənistan Antalya diplomatiya forumunda iştirak edəcək. Beləliklə, tərəflər arasındakı münasibətlərdə yeni mərhələnin əsası qoyulacaq.
Kənan Novruzov Kafkassam

İlgili Yazılar

Bir cevap yazın

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir