Avropa İttifaqının (Aİ) Xarici işlər və təhlükəsizlik siyasəti üzrə Ali nümayəndəsi Kaya Kallas aprelin 25-də Azərbaycana səfər edəcək. Bu barədə Aİ-nin rəsmi saytında yerləşdirilən məlumatda deyilir.
Qeyd olunub ki, o, Azərbaycan Prezidenti İlham Əliyevlə görüşəcək.
Kallas xarici işlər naziri Ceyhun Bayramovla da görüşəcək. Görüşdən sonra mətbuat konfransı keçiriləcək.
Bu, K.Kallasın ali nümayəndə kimi Azərbaycana ilk səfəri olacaq. Odur ki, əsas məsələlərdən biri, sözsüz ki, tanışlıq olacaq. Başqa sözlə desək, səfər həm də tanışlıq məqsədi daşıyacaq.
Aİ rəsmisinə Cənubi Qafqazdakı son durum, o cümlədən Azərbaycan- Ermənistan normallaşması barədə məlumat veriləcək.
Əlbəttə, həm Azərbaycan lideri, həm də nazir gözlənilən görüşdə Ermənistanla yekun sülh sazişinin şərtləri barədə qarşı tərəfə məlumat verəcək, o cümlədən konstitusiya dəyişikliyi və Minsk Qrupunun ləğvinin zəruriliyi diqqətə çatdırılacaq.
Həmçinin Ermənistanın konstrukiv mövqeyi, eyni zamanda son zamanda intensivləşən hərbi təxribatlar barədə qarşı tərəfə məlumat veriləcək.
Bundan başqa, əlbəttə, ikitərəfli durumun perspektivi, o cümlədən Aİ-nin Cənubi Qafqazla bağlı siyasəti də müzakirən olunacaq. ABŞ-la gərginləşən münasibətləri, həmçinin Rusiyanın Ukrayna ilə müharibədə ən azı hələlik uduşlu tərəf olduğunu nəzərə alsaq, deməliyik ki, Avropanın işi xeyli çətinləşib və daha da çətinləşəcək. Belə bir vaxtda Avropanın xüsusilə enerji təhlükəsizliyi ilə bağlı olaraq Azərbaycana ehtiyacı var. Həmçinin Avropa rəsmi Bakının nəinki regionda, dünyada artan geosiyasi rolunu da nəzərə almalıdır. Bütün bunlar Aİ-nin Azərbaycanla bağlı siyasətinə redəkləri zəruri edir. Bu, əlbəttə, özünü həm Aİ-nin monitorinq missiyasının fəaliyyətində göstərir. Heç şübhəsiz, görüşlər zamanı bu məsələ də gündəmdə olacaq.
Bundan başqa, digər regionlarla bağlı da fikir mübadiləsi aparılacaq, mövcud perspektivlər qiymətləndiriləcək.
Kənan Novruzov