KAFKASSAM – Kafkasya Stratejik Araştırmalar Merkezi

  1. Anasayfa
  2. »
  3. Gündem
  4. »
  5. Kənan Novruzov: ABŞ və Aİ arasında gərginlik artır: NATO parçalana bilər

Kənan Novruzov: ABŞ və Aİ arasında gərginlik artır: NATO parçalana bilər

Kafkassam Editör Kafkassam Editör - - 3 dk okuma süresi
33 0

NATO-nun üzvü olan Avropa ölkələri Qrenlandiyaya ordu qüvvələrinin yerləşdirilməsi barədə müzakirələr aparır.
Bu barədə “Telegraph” nəşri məlumat yayıb.
Yazıda bildirilib ki, bunda məqsəd ABŞ Prezidenti Donald Trampın həmin ərazini hərbçilərin dəstəyi ilə nəzarət altına almaqla bağlı planlarının qarşısını almaqdır.
Alyansın tərkibindəki bir sıra dövlətlər isə Şimali Atlantika Müqaviləsinin 5-ci maddəsinin aktivləşdirilməsi məsələsini nəzərdən keçirir.
Məlum olduğu kimi, ABŞ-nin yeni hakimiyyəti xeyli vaxtdır Qrelandiyaya iddia edir. Prezident Donald Tramp hələ hakimiyyətə gəlməzdən əvvəl ada ilə müəyyən bəyanatlar verirdi. Görünən odur ki, o, iddialıdır və əl çəkməyəcək. Rəsmi Vaşinqton Qrelandiyanı özünə tabe etmək üçün müxtəlif vədlər verir.
ABŞ-nin Qrelandiya ilə bağlı iddiası, həmçinin Rusiya- Ukrayna müharibəsinə dair mövqeyi və digər məqamlar Ağ Evlə Avropa İttifaqı (Aİ) arasında ziddiyyət yaradır. Bu ziddiyyətin təzahürü artıq hiss olunur. Perspektivdə gərginliyin daha da artması mümkündür.
Gələcəkdə NATO-ya üzv olan Avropa ölkələrinin Qrelandiyaya ordu qüvvələri yerləşdirməsi mümkündür. Əgər belə olsa, bu, tərəflər arasındakı gərginliyi daha da artıracaq. Bu isə, əlbəttə, Alyans daxilindəki sabitliyə təsir edə bilər. Gələcəkdə hansısa dövləltərin, elə ABŞ-nin özünün də NATO-dan imtina etməsi mümkündür.
Şimali Atlantika Müqaviləsinin 5-ci maddəsinin aktivləşdirilməsi məsələsinə gəldikdə isə bildirməliyik ki, bu maddədə özünümüdafiə məsələlərindən bəhs olunur. Həmin müddəa BMT Nizamnaməsində də nəzərdə tutulub. Maddədə qeyd olunur ki, NATO-nun bir və ya bir neçə üzvünə silahlı hücum olarsa, buna təşkilatın bütün üzvlərinə yönəlmiş hücum kimi baxılacaqdır. Burada söhbət, əlbəttə, daha çox Danimarkadan gedir. Belə ki, Qrelandiya Danimarkanın tərkibindəki muxtar ərazidir. Bu mənada ABŞ Qrelandiya uğrunda Danimarkaya hücum edərsə, onda Alyansın 5-ci maddəsi işə düşə bilər. Amma bu, indiki məqam üçün ağlabatan görünmür. Belə ki, NATO-nun əsas üzvlərindən biri kimi ABŞ-da mümkün riskləri yüksək qiymətləndirir.
Buna baxmayaraq, ABŞ Qrelandiyanı özünə birləşdirməklə bağlı qeyri- hərbi səylərini davam etdirəcək.
Kənan Novruzov

İlgili Yazılar

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir