KAFKASSAM – Kafkasya Stratejik Araştırmalar Merkezi

  1. Anasayfa
  2. »
  3. Gündem
  4. »
  5. Kənan Novruzov: ABŞ Ukraynaya necə xəyanət etdi?: Mühüm sənəd imzalanır

Kənan Novruzov: ABŞ Ukraynaya necə xəyanət etdi?: Mühüm sənəd imzalanır

Kafkassam Editör Kafkassam Editör - - 3 dk okuma süresi
31 0

Ağ Ev yaxın vaxtlarda Ukraynanın ABŞ ilə nadir torpaq metallarına dair saziş imzalamasını gözləyir.
Bunu Ağ Evin milli təhlükəsizlik üzrə müşaviri Mayk Vals deyib.

Vals söyləyib ki, o, Prezident Volodimir Zelenskinin Ukrayna və ABŞ arasında nadir torpaq mədənləri sazişini tezliklə imzalamasını gözləyir.

Diplomat həmçinin xatırladıb ki, 2024-cü ilin sentyabrında Ukraynanın mineral ehtiyatlarının işlənilməsini məhz Zelenski təklif edib. Bununla belə, bu metal ehtiyatları işlənməyib və hasilatı üçün ABŞ sərmayəsi tələb olunur.
Əvvəl də dediyimiz kimi, Tramp müharibəyə biznesmen təfəkkürü ilə yanaşır. O, başa düşür ki, hər iki tərəfin- həm Rusiyanın, həm də Ukraynanın işi çətindir. Vaşinqtonun Moskvadan da, Kiyevdən də gözləntiləri var. Trampın Rusiyadan əsas istədiyi İran və Çinlə münasibətləri zəiflətməyi, həmçinin Yaxın Şərqdəki proseslərə müdaxilə etməməsidir. Ukraynanın isə torpaqlarına və təbii sərvətlərinə göz dikib. İndi hansı tərəf ABŞ- nin maraqlarını təmin etsə, ABŞ da ona güzəşt edəcək.

Amma məsələ burasındadır ki, Rusiyaya nisbətən Ukraynanın işi daha çətindir. Bu isə o deməkdir ki, Kiyevin Vaşinqtonun şərtləri ilə barışması daha realdır, nəinki Moskvanın.

Əslində Kiyevin ABŞ – la təbii sərvətlərin hasilatına dair saziş imzalaması Ağ Evin faktiki olaraq Ukraynanı işğal etməsinin başlanğıcı ola bilər. Başqa sözlə desək, əgər Tramp Ukraynadan istədiyini alsa, kifayətlənməyəcək və daha çoxunu istəyəcək. Bu, perspektivdə Ukraynanın suverenliyini itirməsi demək olar.
Ukrayna ABŞ – a güzəştə getməsə, onda dəstəkdən məhrum olacaq. Avropa rəsmi Kiyevi axıra qədər dəstəkləyə bilməyəcək. Bu da Ukrayna üçün arzuolunmaz ssenaridir.

Qısası, Ukraynanın işi çox çətindir. Ya ABŞ-la razılaşmalı və müstəqilliyini müəyyən mənada itirməsi qarşılığında müharibədən qismən qalib ayrılmalı, ya da Vaşinqtona müqavimət göstərərək sona qədər Moskva qarşıaında dirənməlidir. Çox güman, Ukrayna birinci variantı seçəcək.
Yaxın gələcəkdə Ukrayna ilə ABŞ arasında təbii sərvətlərin hasilatına dair sazişin imzalanması mümkündür.

Kənan Novruzov

İlgili Yazılar

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir