KAFKASSAM – Kafkasya Stratejik Araştırmalar Merkezi

  1. Anasayfa
  2. »
  3. Gündem
  4. »
  5. Kənan Novruzov: ABŞ sülh müqaviləsi üçün tələsir, nazirlərin görüşü yaddaqalan ola bilər…

Kənan Novruzov: ABŞ sülh müqaviləsi üçün tələsir, nazirlərin görüşü yaddaqalan ola bilər…

Kafkassam Editör Kafkassam Editör - - 5 dk okuma süresi
164 0


Azərbaycan Prezidenti İlham Əliyevlə ABŞ dövlət katibi Entoni Blinken arasında telefon danışığı olub. Telefon danışığı zamanı Blinken Ermənistanla Azərbaycan arasında sülh müqaviləsi üzrə danışıqların əhəmiyyətini vurğulayıb, bu xüsusda ABŞ-ın dəstəyinin davam edəcəyini bildirib.
ABŞ dövlət katibi sülhün əldə edilməsinin mümkünlüyünə inandığını deyib və Azərbaycan-Ermənistan sərhədində sərhəd-buraxılış məntəqəsinin qurulmasına toxunub.
O, daha əvvəl Ermənistan baş naziri Nikol Paşinyanla da danışmışdı. Liderlərlə təmasların Azərbaycan və Ermənistan xarici işlər nazirləri Ceyhun Bayramovla Ararat Mirzoyanın görüşündən əvvəl baş tutması diqqət çəkir. Görünür, rəsmi Vaşinqton sülh müqaviləsi istiqamətində müəyyən nəticələrin əldə olunmasında nəinki maraqlı, həm də israrlıdır.
Məlum olduğu kimi, Ermənistanla Azərbaycan arasında ehtimal edilən sülh müqaviləsi ilə bağlı üç əsas platforma var. Bunlar Vaşinqton, Brüssel və Moskva formatlarıdır. Son zamanlar ABŞ digər iki gücü qabaqlayıb və daha real vasitəçiliyə çevrilib. Bunun bir neçə əsas səbəbi var.
Birincisi, Rusiyanı vasitəçilik səyləri biz istədiyimiz sürətlə davam etmir. Bu da iki səbəblə bağlıdır; Moskva regionda “daşların yerinə oturmasını” istəmir. Çünki belə olarsa, bölgədə rus sülhməramlılarına və Rusiyanın vasitəçilik səylərinə ehtiyac qalmayacaq. Bu isə o deməkdir ki, Kremlin Cənubi Qafqazdakı təsir gücü ən azı minimuma enəcək. Başqa bir tərəfdən, Ukrayna davam edən müharibə və Qərbin təzyiqləri Rusiyanın sarsıdıb. İndi Rusiya üçün prioritet özünün gələcəyidir.
İkincisi, əslində Avropa İttifaqı(Aİ) ilk vaxtlar vasitəçilik səylərində səmimi görünürdü. Amma Fransa bu qurumunun sədri kimi çox vaxt olduğu kimi yenə də “suların dutulmasına” mane olur. Parisin açıq – aydın ermənipərəst mövqeyi Aİ- nin vasitəçiliyində də hiss olunur. Çoxlarına məlum olduğu kimi, Fransanın bu mövqeyini kökündə dayanan isə daxildəki güclü erməni lobbisidir.
Üçüncüsü, ABŞ Rusiyaya nisbətən sülh müqaviləsində daha maraqlıdır. Çünki Ağ evi düşündürən regiondakı iqtisadi maraqlarıdır. Bu maraqların reallaşması üçün isə isə bölgədə təhlükəsizliyin təmin olunması və nəqliyyat – kommunikasiya xətlərinin açılması vacibdir.
Bu mənada Ağ ev sülh müqaviləsi istiqamətində müəyyən nəticələrin əldə olunması üçün tələsir. Çünki hazırkı geosiyasi durum, o cümlədən Rusiya və İranın başının öz daxili işlərinə qarışması buna imkan verir. Yeri gəlmişkən, bildirək ki, ABŞ Cənubi Qafqazda məqsədlərinə çatmayanadək Ukraynadakı müharibənin və İrandakı aksiyaların davam etməsinə çalışacaq.
Amma onu da unutmamalıyıq ki, Fransa və Rusiya kimi ABŞ da Minsk Qrupunun həmsədri kimi “sinifdə qalan” tərəfdir. Bu günlərdə ABŞ Prezidenti Cozef Baydenin yenə “erməni soyqırımı” ifadəsini işlətməsi onu deməyə əsas verir ki, bu dövlət də səmimi deyil. Biz indiki situasiyada Vaşinqtonun cəhdlərindən öz maraqlarımız, həmçinin Moskvanın neytrallaşdırılması üçün istifadə etməliyik. Amma həm də elə etməliyik ki, vasitəçiliyə iddialı digər tərəflər kimi ABŞ – ın da proseslərə təsir imkanı minimum olsun.
Nazirlərin görüşündə hansısa nəticələrin əldə olunması mümkündür. Blinkenin görüşdən əvvəl liderlərlərlə telefon danışığı da bunu deməyə əsas verir.
Blinkenin iştirakı ilə nazirlərin görüşünün nəticəsində sülh müqaviləsinin ilkin variantının müəyyən tarixədək hazırlanması, həmçinin nəqliyyat – kommunikasiya əlaqələrinin perspektivi, Qarabağdakı ermənilərin Azərbaycana inteqrasiyası istiqamətində müzakirələrin aparılması və müəyyən razılıqların əldə olunması mümkündür. Bu mənada görüşün nəticəsinin rəsmi Bakının maraqlarına uyğun olacağını təxmin edə bilərik.
Kənan Novruzov

İlgili Yazılar

Bir cevap yazın

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir