Ağ Evin mətbuat katibi Karolin Levitt ABŞ Prezidenti Donald Trampın Ukraynadakı münaqişənin nizamlanmasına dair razılaşmanın bu həftə əldə oluna biləcəyinə əmin olduğunu deyib.
“Prezident qəti şəkildə əmindir ki, biz bu həftə buna nail ola bilərik”, – Ağ Ev rəsmisi vurğulayıb.
Əvvəl də dediyimiz kimi, Tramp müharibəni bitirməkdə israrlı görünür. ABŞ bunun üçün hər iki tərəflə- həm Rusiya, həm də Ukrayna ilə işləyir. ABŞ Rusiya- Ukrayna müharibəsinə son qoya bilər. Mümkündür ki, həqiqətən, bunu istəyir. Amma əgər Tramp savaşı bitirsə, bunu Rusiya və ya Ukraynanın yox, məhz öz ölkəsinin maraqlarına görə edəcək.
İndi Moskvanın da, Kiyevin də işi çətindir. Hər iki tərəf faktiki olaraq Vaşinqtondan asılı vəziyyətdədir. Rusiya da, Ukrayna da başa düşür ki, müharibənin taleyi xeyli dərəcədə ABŞ-dən asılıdır. Bunu Ağ Ev özü də bilir.
Tramp Rusiya- Ukrayna müharibəsinə biznesmen təfəkkürü ilə yanaşır. O, hər iki tərəfin özündən asılı olduğunu başa düşür və bu fürsəti qiymətləndirir. ABŞ-nin həm Rusiya, həm də Ukraynadan gözləntiləri var. Rusiyadan əsas gözləntisi İran və Çinlə əlaqələri zəiflətməkdir. Ukraynanın isə torpaqlarına və təbii sərvətlərinə göz dikib. İndi hansı tərəf ABŞ-nin maraqlarını daha çox təmin etsə və onun şərtlərinə razı olsa, Vaşinqtonda ona güzəşt edəcək.
Əgər Ağ Ev Ukraynadakı münaqişənin nizamlanmasına dair razılaşmanın bu həftə əldə oluna biləcəyinə əmindirsə, deməli, Rusiya və Ukrayna ilə təmaslar nəticə verib. Bu isə o deməkdir ki, tərəflərdən ən azı biri ABŞ-nin şərtlərini qəbul edib.
Ehtimal etmək olar ki, rəsmi Kiyev təbii sərvətlərin hasilatına dair Vaşinqtonla müqavilə imzalamağa razı olacaq. Bu, ABŞ-nin Ukrayna ilə bağlı qismən güzəştli mövqe ortaya qoymasına və Moskvaya qarşı təzyiqlərə səbəb ola bilər.
Müharibənin başa çatması o deməkdir ki, perspektivdə ABŞ Ukraynaya investisiya qoya bilər və qoyacaq. Trampı tələsdirən əsas məsələlərdən biri də elə budur. O, Ukraynaya sərmaye qoymaqla ölkəni öz maraqları naminə istifadə etmək istəyir.
Gələn həftə müəyyən razılaşmaların əldə olunması mümkündür. Əgər bu olarsa, prosesin davamı da gələcək. İndi əsas sual budur: ABŞ Rusiyanın, ya Ukraynanın müqavimətini qırıb?
Kənan Novruzov
Kənan Novruzov: ABŞ Rusiyanın, ya Ukraynanın müqavimətini qırıb?: Gələn həftə bilinəcək
21 0

Kafkassam Editör
Yeni bir dünyaya uyanmak, dünyayı yeniden okumak isteyenler için, söylenecek sözü olanlar için merkezi Ankara’da olan KAFKASSAM’ı kurduk. Erivan, Bakü, Tiflis, Tebriz, Grozni, Moskova, Mahaçkale, Nazrin, Nalçik, Saratov, Ufa ve Sochi’de ofislerimiz temsilcilerimiz var. Kafkassam genelde kafkasya çalışmak için kuruldu Kafkasya genelinde çalışır. Ermenice Rusça Gürcüce İngilizce dillerinde yayın yapan kafkassam genç akademisyen ve stratejistlerle çalışmaya özen gösterir. KAFKASSAM’ın internet sitesi 2 Ocak 2010’da yayına girdi. İnternet sitesinde Kafkasya’daki ülkeler ve Türkiye ile ilişkileri hakkında makaleler, ropörtajlar, analizler ve yorumlara yer verilmektedir.