KAFKASSAM – Kafkasya Stratejik Araştırmalar Merkezi

  1. Anasayfa
  2. »
  3. Gündem
  4. »
  5. Kənan Novruzov: ABŞ “Laçın kartı”ndan istifadə etməyə çalışır: Diqqətli olmalıyıq

Kənan Novruzov: ABŞ “Laçın kartı”ndan istifadə etməyə çalışır: Diqqətli olmalıyıq

Kafkassam Editör Kafkassam Editör - - 3 dk okuma süresi
10 0

ABŞ Dövlət Departamentinin sözçüsü Ned Prays növbəti dəfə Azərbaycan və Ermənistana müraciət edib. O bildirib ki, ABŞ Ermənistan və Azərbaycanla birbaşa müzakirələrdə iştirak etməyə davam edir.
Sözçü Vaşinqtonun vasitəçilik təşəbbüsünü davam etditməyə hazır olduğunu nəzərə çatdırıb.
Ned Prays vurğulayıb ki, ABŞ tərəflər arasındakı danışıqlarda əvvəlcədən gəldiyi qənaət əsasında iştirak etmir.
O əlavə edib ki, Vaşinqton Azərbaycan və Ermənistan arasında uzun müddətdir ayrılıqlara səbəb olmuş məsələlərin həlli və davamlı sülhə nail olunması üçün tərəflər arasında birbaşa dialoq görməyə ümid edir.
Ağ evdən əvvəllər də oxşar bəyanatlar verilib. Ümumiyyətlə, Vaşinqton son zamanlar İrəvanla Bakı arasındakı vasitəçilik məsələsində xüsusi fəallıq göstərir. Bunun üçün isə Laçın yolundakı durumdan istifadə olunur.
Laçın yolundakı durum ABŞ-ın fəallığını artırması üçün bir növ fürsətə çevrilib. Təsadüfi deyil ki, Vaşinqton mövcud durumu problem kimi təqdim etməyə çalışır. Hərçənd əslində Ermənistanın ictimailəşdirməyə çalışdığı kimi humanitar böhrandan söhbət getmədiyini ABŞ rəsmiləri özləri də anlayır.
Yəni ABŞ Laçın yolundakı durumu bilərəkdən, məqsədyönlü şəkildə şişirdir. Və bu vasitəsilə regiondakı təsur gücünü artırmağa çalışır.
Əvvəllər də dediyimiz kimi, ABŞ-ın səyləri səmimi deyil. Vaşinqtonu düşündürən Cənubi Qafqazdakı sabitlik yox, buradakı maraqlarının təmin olunmasıdır. ABŞ səmimi olsa idi, bunu çoxdan göstərərdi.
Ağ ev vasitəçilik təşəbbüslərini bundan sonra da davam etdirməyə çalışacaq. Bunun bizim üçün əsas avantajı Rusiyanın neytrallaşdırılmasıdır. Məhz tərəflər arasındakı mübarizə nəticəsində biz öz təhlükəsizliyimizin və maraqlarımızın təmin olunmasına nail ola bilərik.
ABŞ-la olan münasibətlərimizi qorumalı, soyuqqanlı davranmalı, ehtimal edilən təxribatlara, o cümlədən maraqlarımızın təhdid olunmasına imkan verməməliyik.
Kənan Novruzov

İlgili Yazılar

Bir cevap yazın

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir