KAFKASSAM – Kafkasya Stratejik Araştırmalar Merkezi

  1. Anasayfa
  2. »
  3. Gündem
  4. »
  5. Kənan Novruzov: ABŞ institutu danışıqları əhəmiyyətsiz hesab edir: Ukraynadakı savaş uzanacaq

Kənan Novruzov: ABŞ institutu danışıqları əhəmiyyətsiz hesab edir: Ukraynadakı savaş uzanacaq

Kafkassam Editör Kafkassam Editör - - 4 dk okuma süresi
234 0

ABŞ-ın Müharibə Araşdırmaları İnstitutu Ukraynadakı müharibə ilə bağlı yeni təhlil dərc edib. Bildirilib ki, danışıqlar Rusiyanın Ukraynaya qarşı müharibəsini dayandıra bilməz. Ən yaxşı halda fasilə yarana bilər. Rusiya Prezidenti Vladimir Putin bu və ya digər vasitələrlə Ukraynaya nəzarəti bərpa etmək cəhdindən heç vaxt əl çəkməyəcək.
Analitiklər buna sübut kimi Rusiyanın 2014-cü ildə Krımı işğal etmələrindən sonra 2022-ci ilə, yəni müharibə başlayanadək Ukraynanın mövqelərini atəşə tutmasını göstəriblər. Onlar, həmçinin Qərbi Ukraynanı dəstəkləməyə, Putin rejiminə reallıqları başa salmağa çağırıblar.
İlk növbədə onu deyək ki, ABŞ-ın Müharibə Araşdırmaları İnstitutu Qərb təşkilatıdır. Və təbii ki, yayılan təhlillərdə Qərb dünyasının proseslərə münasibəti də bu və ya digər dərəcədə öz əksini tapıb. Başqa sözlə desək, analizlərdə manipulyasiya, təbliğat elementləri var. Buna baxmayaraq, sözügedən institut kifayət qədər ciddi təşkilatdır və yazılan təhlillərdə həqiqət payı da az deyil.
Son proseslər, o cümlədən Xersona nəzarətin təmin edilməsi göstərir ki, Ukrayna üstünlüyü ələ alıb. Rusiya rəsmiləri bir neçə dəfə danışıqlara hazır olduqlarını xatırladıblar. Baş verən savaş fonunda Rusiyada sosial gərginlik artır. BMT və Türkiyənin iştirakı ilə Ukrayna və Rusiya arasında “Taxıl sazişi”nin müddətinin uzadılması ilə “sülh pəncərəsini açıq saxlayır”.
Əvvəllər də dediyimiz kimi, Qərb, o cümlədən ABŞ müharibənin uzanmasında maraqlıdır. Çünki bu yolla Rusiya zəiflədilir və Qərbin Şərqi Avropadakı mövcudluğu güclənir. Qərbin Ukraynaya silah dəstəyinin bəzən artması, bəzən də azalması məhz bununla, savaşın uzanmasındakı maraqlarla bağlıdır. Qərb Rusiyanın irəlilədiyini görəndə Ukraynaya dəstəyi artırır. Beləliklə, döyüş meydanındakı durum dəyişir.
Qərb hələ Rusiya ilə bağlı məqsədinə çatmayıb. Ona görə də savaşın başa çatmasını, sülh müqaviləsinin imzalanmasını istəmir.
Dediyimiz kimi, İnstitutun məlumatında həqiqilik payı da var. Məsələ ondan ibarətdir ki, savaşın üzərindən 8 aya yaxın vaxt keçib. Əgər tərəflər arasında razılıq əldə olunsa, çox güman, Moskva tutduğu ərazilərdə qalacaq. Razılıq müvəqqəti xarakter daşıyacaq və hər iki tərəf üçün güc toplamaqdan ötrü fürsət olacaq. Tərəflərdən biri özünü hazır hiss etdikdən sonra mütləq hücuma keçəcək. Bu, bir neçə ay və ya bir neçə il sonra baş verə bilər. Amma mütləq olacaq. Ona görə də bir çox siyasətçi düşünür ki, müharibənin taleyi hərb meydanında həllini tapacaq.
Savaşın yaxın vaxtda başa çatacağı və tərəflər arasında sülh sazişinin imzalanacağı ağlabatan deyil. Doğrudur, son sözü diplomatiya deyəcək. Tərəflər əvvəl-axır danışıqlar masası arxasına oturacaqlar. Lakin ya Ukrayna parçalanacaq, ya Rusiya məhv olacaq. Dünya üçün təhdid yaradan, Şərqi Avropadakı geosiyasi mənzərəni dəyişən müharibə başqa cür nəticələnə bilməz.
Kənan Novruzov Kafkassam

İlgili Yazılar

Bir cevap yazın

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir