KAFKASSAM – Kafkasya Stratejik Araştırmalar Merkezi

  1. Anasayfa
  2. »
  3. Rusya
  4. »
  5. Kənan Novruzov: ABŞ F- 16 qırıcılarının Ukraynaya tədarükünü ləngidir, çünki

Kənan Novruzov: ABŞ F- 16 qırıcılarının Ukraynaya tədarükünü ləngidir, çünki

Kafkassam Editör Kafkassam Editör - - 4 dk okuma süresi
200 0

ABŞ F-16 qırıcı təyyarələrinin Ukraynaya tədarükü ilə bağlı şərtini açıqlayıb. Bu barədə ABŞ Müdafiə Nazirliyindən (Pentaqon) bildirilib. Qeyd olunub ki, təlimlər başa çatandan sonra Konqres F-16-ların Ukraynaya verilməsini təsdiqləyəcək, amma əvvəlcə sözügedən şərtlər yerinə yetirilməlidir: “ABŞ ukraynalı pilotların hazırlanmasına kömək etməyə hazırdır. Ukraynanın təlim üçün göndərəcəyi pilotların sayı ilə bağlı hələ qərar qəbul olunmayıb”.
Məlum olduğu kimi, ukraynalı pilotların hazırlanması proqramına Danimarka və Niderland rəhbərlik edir.
Avqustun 20-də Niderland və Danimarka hökumətləri Kiyevə F-16 qırıcıları verəcəklərini açıqlayıb. Ukraynalı pilotlar və mühəndislər artıq bu təyyarələrdən istifadə qaydalarını öyrənməyə başlayıblar. Danimarka gələn ilə qədər ilk F-16-ları Ukraynaya göndərməyi planlaşdırır.
Ukraynanın müdafiə naziri Oliksiy Reznikov bildirib ki, F-16-ların ilk partiyası qarşıdakı 6-7 ərzində Ukraynaya təhvil veriləcək. Amma bu müddətin daha da uzadılması istisna deyil. Çünki Qərb nümayəndələrinin verdiyi açıqlamalar göstərir ki, ABŞ qırıcıların tədarükünü mümkün qədər ləngitməyə çalışır. Əslində bu, gözlənilən mövqedir.
Məsələ ondan ibarətdir ki, F-16 kifayət qədər güclü texnikalardır. Bu təyyarələr döyüş meydanında müharibənin taleyinə birbaşa təsir göstərə bilər. Ukrayna Hərbi Hava Qüvvələrinin sözçüsü Yuri İqnat da bu günlərdə bu barədə danışdı. O, F-16-lar sayəsində cəbhədə vəziyyətin dəyişəcəyinə əminliyini ifadə etdi.
Qərb hələ ki, müharibənin uzanmasında maraqlı görünür. Elə buna görə də Kiyevə silah tədarükündə xəsisliyə yol verilir.
İkinci bir tərəfdən, Rusiya F-16-ların Ukraynaya ehtimal edilən tədarükü ilə bağlı bir neçə dəfə xəbərdarlıq edib. Nəzərə almaq lazımdır ki, sözügedən qırıcılar NATO silahlarıdır. Bu texnikaların birdən – birə Ukraynada peyda olması isə müharibənin miqyasının genişlənməsi üçün ciddi səbəb ola bilər.
F-16-ların Ukraynaya tədarükünün ABŞ-la Rusiya arasında birbaşa toqquşma ilə nəticələnməsi ehtimalı çox böyükdür. Görünür, rəsmi Vaşinqton bundan narahatdır. Ona görə də qırıcıların tədarükü məsələsini ləngitməyə çalışır. ABŞ, bəlkə də, Rusiyanın bir az da zəifləməsini gözləyir.
Reznikovun dediklərindən belə qənaətə gəlmək olar ki, müharibə ən azı yarım il davam edəcək. F-16-ların tədarükündən sonra proseslərin necə davam edəcəyini isə indidən proqnozlaşdırmaq çətindir. Bu, Rusiya və Ukraynanın müqavimətindən asılıdır.
ABŞ-ın qırıcıların tədarükü ilə bağlı prosesi uzatması gözləniləndir. Ağ Ev bu addım atmaq üçün tələsməyəcək. Əgər Vaşinqton uzun müddətdir davam edən danışıqlara rəğmən, sözügedən təyyarələri NATO müttəfiqi Türkiyəyə verməyibsə, deməli, indi də ehtiyatlı davranacaq. ABŞ qırıcıları Ukraynaya tədarük etməzdən əvvəl əmin olmalıdır ki, bu, bumeranq effekti verməyəcək, yəni Rusiya adekvat addımlar atmayacaq.
Kənan Novruzov

İlgili Yazılar

Bir cevap yazın

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir