Demokratlar partiyasından prezidentliyə namizəd Kamala Harris seçici dəstəyinə görə hələ də respublikaçı rəqibi Donald Trampı bir qədər qabaqlayır. Belə ki, “The Economist” jurnalı və “YouGov” ictimai rəyi araşdırma institutunun keçirdiyi sorğunun nəticələrinə əsasən, bir həftə ərzində fərq 1 faiz azalaraq 2 faiz bəndi təşkil edib.
Sorğu iştirakçılarının 47 faizi prezident seçkilərində Harrisi dəstəkləməyə hazırdır, respondentlərin 45 faizi Trampa üstünlük verir. Digər 8 faiz isə öz seçimini etmədiyini və ya səs verməyi planlaşdırmadığını bildirib. Bundan əvvəl (9-11 avqust) keçirilən sorğuda Harris Trampı 3 faiz qabaqlayırdı.
Rəy sorğusu avqustun 25-dən 27-dək aparılıb və yaşı 18-dən yuxarı olan 1,5 minə yaxın Amerika vətəndaşının namizədlərlə bağlı fikri öyrənilib.
Noyabrın 5-də keçiriləcək prezident seçkilərinə təxminən iki ay vaxt qalıb. Seçki prosesi kifayət qədər gərgindir.
ABŞ-nin hazırkı prezidenti Cozef Baydenin namizədliyini geri götürməsi Trampın işini xeyli çətinləşdirib. Bayden Tramp üçün daha zəif rəqib idi, nəinki Harris.
C.Baydenin seçki kampaniyasından çəkilməsi əslində düşünülmüş addım idi. Belə ki, çox güman, prezident öz şanslarının az olduğunu başa düşüb, Demokratların qalib gəlməsi üçün K.Harrisə “pas ötürüb”.
Qarşıdan gələn seçkilərdə kimin qalib gələcəyini indidən dəqiq demək çətindir. Hər iki halda siyasətçi yerli ictimaiyyətə yaxşı tanışdır. Üstəgəl, onların xarici siyasət kursları da beynəlxalq ictimaiyyət üçün sirli deyil. Məlumdur ki, D.Tramp seçkilərdə qalib gələrsə, ABŞ Rusiya, İran və Çinə qarşı daha loyal davranacaq. K.Harris isə, yəqin ki, təxminən C.Baydenin siyasətini davam etdirəcək. Amma bu, onların özlərinin deyil, Respublikaçıların və Demokratların xarici siyasət kursu kimi qiymətləndirilməlidir.
Qadın və qaradərili olması K.Harrisin şanslarını artırır. Üstəgəl, nəzərə almaq lazımdır ki, hazırda hakimiyyətdə olanlar K.Harrisin təmsil olunduğu Demokratlardır. Bu, əlbəttə, qadın siyasətçi üçün əlavə dividenddir. Nəzərə almaq lazımdır ki, K.Harris qalib gələrsə, ABŞ-nin ilk qadın siyasətçisi olacaq. Bununla belə, bir fakt da var ki, 1993-cü ildə Respublikaçı Corc Buş hakimiyyətdən gedəndən sonra ölkə iqtidarında Demokratlar və Respublikaçılar bir-birini əvəz edirlər. Bu isə ölkənin həm daxili, həm də xarici siyasəti üçün müəyyən ahəngdarlıq yaradır.
Bütün hallarda qarşıdakı aylarda ABŞ-də seçki kampaniyası gərgin şəraitdə davam edəcək. Tərəflər qalib gəlmələri üçün bütün imkanlardan istifadə edə bilərlər. Dediyimiz kimi, seçkilərdə hansı tərəfin qalib gələcəyini proqnozlaşdırmaq çətindir. Amma böyük ehtimalla nəticələr arasındakı fərq cüzi olacaq.
Onu da deyək ki, seçkilərdə Demokratların, yaxud Respublikaçıların qalib gəlməsindən asılı olmayaraq, ABŞ xarici siyasət kursun artıq “daşlaşıb”. Ölkədə xarici siyasət kursunu müəyyənləşdirən konkret güclər var. Prezidentlər isə sadəcə mövcud məzmuna forma verirlər.
Tramp- Harris rəqabətində xarici siyasət faktoru- Kim qalib gələcək?
ABŞ-nin vitse-prezidenti Kamala Harris və keçmiş prezident Donald Tramp arasında seçki yarısı bərabər irəliləyir. Belə ki, “The Wall Street Journal”ın keçirdiyi son sorğuda seçki mübarizəsinin liderini müəyyən etmək mümkün olmayıb. Seçicilər arasında aparılmış sorğuya əsasən, Harris 48 faiz, Tramp isə 47 faiz seçicinin rəğbətini qazanıb. Sorğuda Demokratların 90 faizi öz yeni namizədləri ilə bağlı həvəsli olduqlarını desələr də, Respublikaçılar arasında bu rəqəm 82 faizdir.
Sorğuda Kamala Harrisin mənfi və müsbət reytinqi bərbərdir. Rəyi soruşulanların 49 faizi onun barəsində müsbət, 49 faizi mənfi düşünür. İyul sorğusunda bu rəqəm 46 faizə qarşı 52 faiz təşkil edirdi. Trampla bağlı isə müsbət düşünənlər 45 faiz, mənfi düşünənlər isə 53 faizdir. İyul ayında bu göstərici 47 faiz müsbət və 50 faiz mənfi təşkil edib.
Görünən odur ki, ABŞ-a seçki kampaniyası kifayət qədər gərgindir. Bu rəqabət getdikcə daha da güclənəcək. Həm Demokratlar, həm də Respublikaçılar xal qazanmaq üçün xarici siyasətlə bağlı manevrlərdən istifadə edəcəklər. Bu, artıq indidən hiss olunur.
Hər iki siyasətçinin şansları və imici kifayət qədər çoxdur. Odur ki, indidən seçkilərin nəticəsi ilə bağlı konkret proqnoz vermək çətindir.
Bununla belə bir neçə məqama nəzər salmaq maraqlı olar. Belə ki, qadın və qaradərili olması K.Harrisin şanslarını artırır. Üstəgəl, nəzərə almaq lazımdır ki, hazırda hakimiyyətdə olanlar K.Harrisin təmsil olunduğu Demokratlardır. Bu, əlbəttə, qadın siyasətçi üçün əlavə dividenddir. Nəzərə almaq lazımdır ki, K.Harris qalib gələrsə, ABŞ-nin ilk qadın siyasətçisi olacaq. Bununla belə, bir fakt da var ki, 1993-cü ildə Respublikaçı Corc Buş hakimiyyətdən gedəndən sonra ölkə iqtidarında Demokratlar və Respublikaçılar bir-birini əvəz edirlər. Bu isə ölkənin həm daxili, həm də xarici siyasəti üçün müəyyən ahəngdarlıq yaradır.
Bütün hallarda qarşıdakı aylarda ABŞ-də seçki kampaniyası gərgin şəraitdə davam edəcək. Tərəflər qalib gəlmələri üçün bütün imkanlardan istifadə edə bilərlər. Dediyimiz kimi, seçkilərdə hansı tərəfin qalib gələcəyini proqnozlaşdırmaq çətindir. Amma böyük ehtimalla nəticələr arasındakı fərq cüzi olacaq.
Onu da deyək ki, seçkilərdə Demokratların, yaxud Respublikaçıların qalib gəlməsindən asılı olmayaraq, ABŞ xarici siyasət kursun artıq “daşlaşıb”. Ölkədə xarici siyasət kursunu müəyyənləşdirən konkret güclər var. Prezidentlər isə sadəcə mövcud məzmuna forma verirlər.
Kənan Novruzov, siyasi şərhçi, “Report” İA- nın əməkdaşı