İranın xarici işlər naziri Hüseyn Əmir Abdullahiyan dünən Moskvada rusiyalı həmkarı Sergey Lavrovla görüşüb. Baş diplomatlar bir sıra regional və ikitərəfli məsələləri müzakirə ediblər. Onlar Cənubi Qafqazdakı durum barədə də danışıblar. Məlumdur ki, Avropa İttifaqının regiondakı rolu getdikcə artır. Bölgədə “daşların yerinə oturması da” bunun nəticəsidir. Həm Moskva, həm də Tehran Qərbin Cənubi Qafqazda artan fəallığından narahatdır. Həm şimal, həm da cənub qonşumuz konfliktdə maraqlıdır. İran Azərbaycanın güclənməsini istəmir. Bunun səbəbləri məlumdur. Rusiya isə düşünür ki, onun Cənubi Qafqazdakı mövcudluğu üçün münaqişə ocağı daim qalmalıdır. Əslində doğrudur. “Sular durulsa”, nə Kremlin vasitəçiliyinə ehtiyac olacaq, nə də sülhməramlıların Qarabağdakı fəaliyyətinə. Bu baxımdan İran və Rusiya XİN başçılarının regionla bağlı xoş niyyətlə olduqlarını düşünmürəm. Ən azından hələlik.
Lavrovla Abdullahiyanın fikir mübadiləsi apardığı ikinci mövzu Ukraynadakı durumdur. Qərb, o cümlədən ABŞ bu dövlətlərdən hər ikisinin rəqibdir. Bu baxımdan davam edən müharibədə Tehranın Moskvanı dəstəkləməsi təbiidir. Maraqlı məqam isə İranın Rusiyaya satdığı PUA- ların keyfiyyətsizliyinə dair yayılan məlumatlardır. Əgər bu, gerçəkdirsə, çox güman, nazirlər sözügedən məsələni də müzakirə ediblər. Əslində İranın Rusiyaya keyfiyyətsiz silah satdığına inanmıram, lakin əgər belədirsə, bu, tərəflər arasında gərginliyə səbəb ola bilər.
Rusiya və İran regionla bağlı hansısa planlar qura bilərlər. Lakin “onların qatarı artıq keçib”. İndi Azərbaycanın iradəsi olmadan Cənubi Qafqazda hansı dəyişikliyin baş verməsi mümkün deyil.
Kənan Novruzov Kafkassam
Kənan Novruzov: Abdullahiyanı Rusiyaya aparan səbəblər: Regionla bağlı xoş niyyətli deyillər
339 0
Kafkassam Editör
Yeni bir dünyaya uyanmak, dünyayı yeniden okumak isteyenler için, söylenecek sözü olanlar için merkezi Ankara’da olan KAFKASSAM’ı kurduk. Erivan, Bakü, Tiflis, Tebriz, Grozni, Moskova, Mahaçkale, Nazrin, Nalçik, Saratov, Ufa ve Sochi’de ofislerimiz temsilcilerimiz var. Kafkassam genelde kafkasya çalışmak için kuruldu Kafkasya genelinde çalışır. Ermenice Rusça Gürcüce İngilizce dillerinde yayın yapan kafkassam genç akademisyen ve stratejistlerle çalışmaya özen gösterir. KAFKASSAM’ın internet sitesi 2 Ocak 2010’da yayına girdi. İnternet sitesinde Kafkasya’daki ülkeler ve Türkiye ile ilişkileri hakkında makaleler, ropörtajlar, analizler ve yorumlara yer verilmektedir.