Türkiyə ilə Pakistan arasında “sulur durulur”: Abdulahiyanın İslamabada səfərinin “pərdəarxası”
İranın xarici işlər naziri Hüseyn Əmir Abdullahian yanvarın 29-da Pakistana səfər edəcək.
Bu barədə Pakistan Xarici İşlər Nazirliyindən bildirilib.
Qeyd olunub ki, səfər Pakistan xarici işlər naziri Cəlil Abbas Cilaninin dəvəti ilə baş tutacaq.
Nazirlərin ikitərəfli münasibətləri müzakirə edəcəkləri gözlənilir.
Məlum olduğu kimi, bir neçə gün əvvəl İran İslam İnqilabı Keşikçiləri Korpusu (Sepah) Pakistanda yerləşən “Ceyş əl-Adl” qruplaşmasına zərbələr endirib. Yanvarın 17-də Pakistan buna cavab olaraq İran ərazisinə zərbələr endirib. Nəticədə 9 nəfər həlak olub. Pakistan Silahlı Qüvvələri yüksək hazırlıq səviyyəsinə gətirilib.
C. A.Cilani daha əvvəl Pakistanın İranla əməkdaşlığa hazır olduğunu bildirib. Pakistanın Milli Təhlükəsizlik Komitəsi isə İranla diplomatik münasibətləri tam bərpa etmək qərarına gəlib.
Tərəflər arasında gərginliyin uzun müddət davam edəcəyi ağlabatan görünmürdü. Aydın məsələ idi ki, bir neçə günə “sular durulacaq”. Məsələ ondan ibarətdir ki, indiki həssas məqamda İslamabadla gərginlik Tehrana sərf etmir. Bu, İrana baha başa gələ bilərdi.
Böyük ehtimalla İranla Pakistan arasında gərginlikdə maraqlı olan üçüncü qüvvələr var. Həmin güclər “Tehranın halvasının çalınmasını” istəyirdi. Amma, görünür, cənub qonşumuz reallıqları anladı və soyuqqanlı davranmağa başladı.
Əlbəttə, İranla Pakistan arasında bir neçə gün davam edən gərginliyin davam etməsi və gələcəkdə müharibəyə çevrilməsi daha çox birincinin ziyanına olardı. Tehran İslamabadla mübarizə aparacaq səviyyədə deyil. Birincisi və hər şeydən əvvəl, Pakistan nüvə silahına malik dövlətdir. İkincisi, əhalisi daha çoxdur. Üçüncüsü, imkanları daha artıqdır. Dördüncüsü, müasir geosiyasi mənzərə onu deməyə əsas verir ki, gərginlik daha çox davam etsə idi, xüsusilə Qərb dövlətləri Pakistanı dəstəkləyəcəkdi. Bu isə İran üçün bataqlıq olardı.
İranlı nazirin Pakistana səfəri çərçivəsində artıq keçmişdə qalmış gərginlik və onun səbəbləri, həmçinin ikitərəfli münasibətlərin perspektivi müzakirə olunacaq. Tehran və İslamabad gələcəkdə oxşar situasiyanın təkrarlanmaması üçün çalışacaqlar. Çünki bu, tərəflərdən heç birinin maraqlarına uyğun deyil.
Eyni zamanda, əlbəttə, bu səfər digər regional məsələlərin, həmçinin Yaxın Şərqdəki durumun müzakirəsi üçün də yaxşı imkan olacaq.
Bundan başqa, ola bilsin, nazirlər məhz onların üzərindən oyun qurmağa çalışan üçüncü güclərə qarşı da mübariz barədə müzakirə aparsınlar.
Kənan Novruzov
Kənan Novruzov: Abdulahiyanın İslamabada səfərinin “pərdəarxası”
165 0
Kafkassam Editör
Yeni bir dünyaya uyanmak, dünyayı yeniden okumak isteyenler için, söylenecek sözü olanlar için merkezi Ankara’da olan KAFKASSAM’ı kurduk. Erivan, Bakü, Tiflis, Tebriz, Grozni, Moskova, Mahaçkale, Nazrin, Nalçik, Saratov, Ufa ve Sochi’de ofislerimiz temsilcilerimiz var. Kafkassam genelde kafkasya çalışmak için kuruldu Kafkasya genelinde çalışır. Ermenice Rusça Gürcüce İngilizce dillerinde yayın yapan kafkassam genç akademisyen ve stratejistlerle çalışmaya özen gösterir. KAFKASSAM’ın internet sitesi 2 Ocak 2010’da yayına girdi. İnternet sitesinde Kafkasya’daki ülkeler ve Türkiye ile ilişkileri hakkında makaleler, ropörtajlar, analizler ve yorumlara yer verilmektedir.