Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu ilə iranlı həmkarı Hüseyn Əmirabdullahianın keçirdikləri birgə mətbuat konfransı maraqlı açıqlamalarla yadda qaldı. Regionda vacib proseslərin baş verdiyini xatırladan türkiyəli nazir bildirdi ki, Cənubi Qafqazın sabitliyi üçün xüsusilə 3+3 formatı ilə bağlı İranla dialoq davam edir. O, həmçinin rəsmi Tehrana qarşı birtərəfli sanksiyaların ləğv olunmasının əhəmiyyətini diqqətə çatdırdı: “İrana qarşı birtərəfli sanksiyalar yanlışdır. Bunu bütün platformalarda deyirik. Bunu bu gün burda bir daha vurğulamaq istəyirəm”.
Çavuşoğlu, həmçinin bildirib ki, ilin sonuna kimi Prezident Rəcəb Tayyib Ərdoğanla iranlı həmkarı İbrahim Rəisi arasında görüşün baş tutması da gözlənilir.
Görünür, cənub qonşumuzun regionla bağlı xarici siyasətində müəyyən yumşalmalar var.
Son vaxtlar Ermənistan- İran münasibətlərində bəzi ziddiyyətlər yaranıb. Çox güman, bu, Rusiyanın iki dövlət arasındakı münasibətlərə müdaxiləsi ilə bağlıdır. Şübhəsiz, İrəvanın Tehranla bu qədər yaxınlığı Moskvanın xoşuna gəlmir. Çünki o, öz for- postunu itirir.
Rusiyanın narazılığı fonunda İranın Türkiyə ilə daha çox yaxınlaşmaq istəməsi təəccüblü deyil. Böyük ehtimalla ikitərəfli münasibətlər bundan sonra daha yaxşı olacaq. Beləliklə, Rusiya və Ermənistan yenə öz- özləri ilə kifayətlənməli olacaq. Hərçənd Paşinyan hökumətinin Qərbə meyil göstərməsi də məlumdur. Bu isə o deməkdir ki, Kreml Cənubi Qafqaz regionunda tədricən sıxışdırılacaq.
Fikrimcə, proseslər regionda altılıq platformasının yaranmasına doğru gedir. Sadəcə bəzi tərəflər buna məcbur olduqlarını başa düşməli, bunun üçün isə fakt qarşısında qalmalıdırlar. Sözsüz, Qərbin regiona gəlişi altı dövlətdən heç birinin ürəyincə deyil. Sadəcə Rusiya, Ermənistan və bəzən də İran hələlik buna mif kimi yanaşır. Onlara başa salmaq lazımdır ki, vaxtında adekvat addım atmasan, sonradan bütün region təhlükə altında qala bilər. Zənnimcə, Ankara bunu bacaracaq.
Kənan Novruzov kafkassam
Kənan Novruzov: 3+3 formatı ilə bağlı İranla dialoq davam ediyor mu
406 0
Kafkassam Editör
Yeni bir dünyaya uyanmak, dünyayı yeniden okumak isteyenler için, söylenecek sözü olanlar için merkezi Ankara’da olan KAFKASSAM’ı kurduk. Erivan, Bakü, Tiflis, Tebriz, Grozni, Moskova, Mahaçkale, Nazrin, Nalçik, Saratov, Ufa ve Sochi’de ofislerimiz temsilcilerimiz var. Kafkassam genelde kafkasya çalışmak için kuruldu Kafkasya genelinde çalışır. Ermenice Rusça Gürcüce İngilizce dillerinde yayın yapan kafkassam genç akademisyen ve stratejistlerle çalışmaya özen gösterir. KAFKASSAM’ın internet sitesi 2 Ocak 2010’da yayına girdi. İnternet sitesinde Kafkasya’daki ülkeler ve Türkiye ile ilişkileri hakkında makaleler, ropörtajlar, analizler ve yorumlara yer verilmektedir.