KAFKASSAM – Kafkasya Stratejik Araştırmalar Merkezi

  1. Anasayfa
  2. »
  3. Rusya
  4. »
  5. Kənan Novruzov: Əks- hücumun ən ciddi nəticəsi Rusiyada hərbi- siyasi elitasında yaranan qarşıdurmadır

Kənan Novruzov: Əks- hücumun ən ciddi nəticəsi Rusiyada hərbi- siyasi elitasında yaranan qarşıdurmadır

Kafkassam Editör Kafkassam Editör - - 3 dk okuma süresi
270 0

ABŞ dövlət katibi Antoni Blinken Ukraynaya F-16 raketlərinin tədarük ediləcəyini təsdiqləyib. Onun sözlərinə görə, Ukrayna F-16 qırıcılarını əldə edəcək, lakin onların tədarükü bir neçə ay çəkəcək.

Həmçinin, onun sözlərinə görə, Kiyev işğal edilmiş ərazilərin 50 %-ni azad edə bilib.

Ukraynaya F- 16 – ların verilməsi uzun müddətdir müzakirə olunur. Bu məsələ ilə bağlı Qərb ölkələrində tərəddüdün olması mümkündür. Çünki sözügedən qırıcıların Ukraynaya tədarükü hazırda davam edən müharibənin daha ciddi fazaya keçməsi deməkdir. Hətta bu zaman üçüncü dünya müharibəsinin rəsmi şəkildə elan olunması da istisna deyil.

Təyyarələrin yaxın aylarda Ukraynaya tədarük ediləcəyini düşünmürəm. Bu, ən yaxşı halda qarşıdakı yarım il ərzində olacaq. Çünki ukraynalı pilotlar əvvəlcə təlim keçməlidirlər. İkinci bir tərəfdən isə görünən odur ki, Qərb bu qırıcıların Ukraynaya tədarükü üçün tələsmir və Rusiyanın bir az da zəifləməsini gözləyir.

F- 16 – ların tədarükü ilə bağlı konkret vaxtın açıqlanmaması və bu prosesin ləng getməsi onu deməyə əsas verir ki, müharibə hələ uzun müddət davam edəcək. Qırıcıların Ukraynaya təhvil verilməsindən sonra isə döyüş meydanındakı vəziyyət ciddi mənada dəyişə bilər. Bundan sonra Ukraynanın əks- hücum əməliyyatının ikinci mərhələsinin başlanması da mümkündür.

Blinkenin toxunduğu məqamlardan biri də Ukraynanın əks- hücumu ilə bağlıdır. O, nikbin danışıb. Maraqlıdır ki, daha əvvəl həm rəsmi Kiyev, həm də Vaşinqton əks- hücumun gözlənildiyindən daha ləng getdiyini bildirmişdi. Hətta bunun səbəbləri açıqlanmışdı. Dövlət katibinin müharibədən bəri işğal edilmiş ərazilərin yarısının azad olunduğunu açıqlaması isə onu deməyə əsas verir ki, proses uğurla gedir. Hərçənd bu məlumatın dəqiqliyi məlum deyil.

Davam edən əks- hücum əməliyyatlarının ən ciddi nəticələrindən biri də Rusiyanın hərbi – siyasi elitasında yaranan qarşıdurmadır. Çox güman, bu xaos artan templə davam edəcək. Bu isə cəbhədə Kiyevin əlini gücləndirəcək.
Ümumiyyətlə, zaman Ukraynanın lehinə işləyir. Müharibə hələ uzun çəkəcək. Amma hər ötən gün durumu Kiyevin xeyrinə dəyişir.
Kənan Novruzov

İlgili Yazılar

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir