KAFKASSAM – Kafkasya Stratejik Araştırmalar Merkezi

  1. Anasayfa
  2. »
  3. İran
  4. »
  5. Kəlam Hüseynov: Azərbaycan – İran münasibətləri haqqında

Kəlam Hüseynov: Azərbaycan – İran münasibətləri haqqında

Kafkassam Editör Kafkassam Editör - - 8 dk okuma süresi
30 0

Azərbaycan – İran münasibətləri haqqında danışarkan ilk öncə əlaqələrə Bakı və Tehrandan baxmaq lazımdır . Təəssüflər olsun ki , bəzi natiqlər iki qonşu dövlətin münasibətlərinə kənar güclərin nəzərində baxır . Bu da təbii olaraq Bakı və Tehranın ixtilafına səbəb olur . Həqiqət budur ki , Azərbaycan respublikası qonşu ölkələrlə o cümlədən İran islam respublikası ilə tam bərabər hüquqlu beynəlxalq hüquq çərçivəsində qarşılıqlı maraqlara xidmət edən əməkdaşlığın tərəfdarıdır . Lakin görünən budur ki , cənub qonşumuzun məqsədi fərqlidir . Beləki , ikinci Qarabağ müharibəsi zamanı və müharibədən sonra Tehran hökumətinin davranışları demək olarki , 180 dərəcə dəyişdi . Bu dəyişikliyə səbəb nədir ? Niyə islam respublikası haqqı , ədaləti deyil , işğalçı qüvvəni dəstəklədi ?
Birinci – Avropa və qərbdə olduğu kimi , şərqdə də xüsusi ilə Livan , Suriya və İranda erməni lobbisi kifayət qədər güclüdür və müəyyən nüfuza malikdir . Böyük ehtimalla rəsmi Tehran erməni lobbisinin imkanlarından öz maraqları üçün istifadə edir və bu baxımdanda haqqı , hüququ , ədaləti deyil işğalçı ermənistanı müdafiə edir və öz qırmızı xətti hesab edir .
İkinci – Bu gün hər kəs bilir ki , Ermənistanın Azərbaycan torpağını işğalda saxladığı zaman , İran islam respublikası işğalçı Ermənistanla yurd yuvamızı talana məruz qoymuş və həmin ərazilərdən narkotranzit kimi istifadə etmişlər . Ola bilsinki , Tehran hökuməti bu baxımdan işğalçını dəstəkləyir .
Bütün hallarda Tehran hökumətinin Azərbaycana münasibəti müsbət deyil və heç bir hüquqa sığmır .Tehran rəsmləri və siyasi bilm adamları öz əməl və fikirlərində tərs mütənasiblik nümayiş etdirirlər . Bu da ənənəvi fars diplomatiyasına xarakterikdir .
Təxminən 44 ildir rəsmi Tehran hökuməti gecə – gündüz avropaya , qərbə və israilə bəd dualar edir . Bu onların öz işidir . Kimə nə arzu edirlər etsinlər . Bəs əməli fəaliyyətləri nədir ? İngiltərə və Fransa avropa qitəsinin əsas oyunçularındandır . Tarixdən məlumdur ki , İranda şah rejiminin devrilməsi və islam cümhuriyyətinin qurulmasında qoca qitənin rolu nə qədər olub . Eyni zamanda qeyid etmək lazımdır ki , son günlər beynəlxalq mətbuatdan iran məmur evladlarının amerikada və avropada lükus həyat yaşadıqlarıda məlum olmuşdur . Deməli belə bir nəticəyə gəlirik ki , Tehran hökumətinin sözü və əməli antonimdir .
Son günlər Tehran hökuməti Azərbaycanı əsasən iki məsələdə günahlandırır .
1. Ermənistanla iki yüz illik tarixi dövlət sərhədlərinin dəyişdirmək istəməsində .
2 . NATO və İsraili regiona gətirməkdə .
Birinci – Dünyanın siyasi xərtəsində Ermənistan adlı ölkənin yaranma tarixi 29 may 1918 ci ildir . Yəni Tehran hökuməti yanlışdır .
ikinci – Avropa birliyinin üzvləri demək olarki NATO nun üzvləridir . Avropa birliyinin müşahidəçilərini Ermənistan öz ərazisinə gətrib . Deməli NATO nu regiona Gürcüstandan sonra Ermənistan gətrib . Bu məsələdə də İran düz mövqeydə deyil .
İsrail – Azərbaycan münasibətlərinə gəldikdə isə İran ən böyük yanlışlığını burda edir . Çünki , bizim münasibət üçüncü ölkəyə dəqiq desək İrana qarşı yönəlməyib . Hər iki ölkə İsrail və Azərbaycan beynəlxalq hüquq çərçivəsində qarşılıqlı hörmət və marağlara uyğun əlaqələr qurub . İran hökuməti başa düşməlidir ki , Azərbaycan – İsrail əlaqələrini əlində bayraq tutaraq , Azərbaycana qarşı düşmən mövqey sərgiləmək özünə daha çox ziyandır .
Bu günlərdə İranın Azərbaycandakı keçmiş səfirlərindən Əhəd Qəzayi və Mohsen Pakayin “ETTELAAT (İnformasiya) İnstitutunda keçirilən “Dialoq yolu” adlı forumda “İran-Azərbaycan əlaqələri və iki ölkə arasında gərginliyin yaranmasına xarici amillərin təsiri” mövzusunda qismən həqiqətləri deyə biliblər . Beləki , Pakayin hesab edir: “İranla Azərbaycan arasında maksimum ortaq cəhətlər var və dünyada bu qədər çox sayda ortaq cəhətləri olan başqa iki ölkə tapmaq mümkün deyil. Reallıq budur ki, bizim Azərbaycandakı imkanlarımız və onların İrandakı imkanları təhdidlərdən qat-qat artıqdır.Diplomatlar effektiv işləməyiblər ” .
Əhəd Qəzayi də Azərbaycanın İran üçün çox yaxşı fürsət olduğunu bildirərək əlavə edib: “Azərbaycan İranın MDB-yə çıxışı üçün əlverişli platforma sayılır ; Ona görə də düzgün davranmayan, fürsəti təhlükəyə çevirən bizik . İndi bəzi analitiklər deyirlər ki, İranın Avropa ilə yolu Ermənistandan keçir, bu, heç də belə deyil. Ermənistanın dənizə çıxışı yoxdur; şimalında Gürcüstan, şərqində Azərbaycan, qərbində isə Naxçıvan yerləşir və Avropa ilə heç bir əlaqəsi yoxdur. Yəni əgər İran öz yüklərini Ermənistan üzərindən daşıyırsa və Gürcüstan buna razılıq verməsə, orada kor nöqtə yaranmış olur. Amma burada (İran) elə təbliğat aparıblar ki, guya Azərbaycan Avropa ilə yolumuzu bağlamaq istəyir . Halbuki bizim Avropaya çıxış yolumuz Azərbaycan, Gürcüstan və Türkiyə vasitəsilə də mümkündür”.

Kəlam HüseynovKafkassam

İlgili Yazılar

Bir cevap yazın

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir