KAFKASSAM – Kafkasya Stratejik Araştırmalar Merkezi

  1. Anasayfa
  2. »
  3. Azerbaycan
  4. »
  5. İTALİYA PREZİDENTİ AZƏRBAYCANDAN SONRA NİYƏ DƏRHAL ERMƏNİSTANA GETDİ?

İTALİYA PREZİDENTİ AZƏRBAYCANDAN SONRA NİYƏ DƏRHAL ERMƏNİSTANA GETDİ?

Kafkassam Editör Kafkassam Editör - - 1 dk okuma süresi
366 0

İtaliya prezidenti Azərbaycandan sonra Ermənistana da səfər etdi. Maraqlıdır ki, İtaliya prezidentinə həm Bakıda, həm də İrəvanda medal verdilər. Hansısa prezidentin Azərbaycandan dərhal sonra Ermənistana səfər etməsi bizim xoşumuza gəlmir. Ancaq indiki halda İtaliyanın ATƏT-in hazırki sədri olduğunu nəzərə almalıyıq. Bu təşkilat sözdə də olsa Dağlıq Qarabağ münaqişəsinin həlli ilə məşğul olur. Ona görə də ATƏT-ə sədrlik edən dövlət bir-biri ilə müharibə vəziyyətində olan Azərbaycanla Ermənistan arasında balans saxlamağa çalışır. Əgər ATƏT sədri ölkənin prezidenti bu dövlətlərdən yalnız birinə səfər etsəydi, bu onun vasitəçi kimi mövqeyinə mənfi təsir edərdi.

Buna baxmayaraq, İtaliya ilə Azərbaycan arasındakı əməkdaşlıq imkanları İtaliya-Ermənistan arasındakı əməkdaşlıq imkanlarından daha genişdir. İtaliya ilə Azərbaycan arasında ticarət mübadiləsi milyardlarla dollarla ölçülür. Buna görə də İtaliya prezidenti Ermənistanda daha çox humanitar əlaqələrdən və tarixi yaxınlıqdan danışa bilirdi.
Elhan Şahinoğlu

İlgili Yazılar

Bir cevap yazın

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir