Kurtları seven Rus işadamı, Türklerin desteği sayesinde internetin yıldızı oldu

AVRUPA KOMİSYONU BAŞKANININ MEŞRUİYETİNİ TARTIŞABİLİRİZ… AMA ŞİMDİ DEĞİL!

ABD yeni savunma sekreter vekili Mark Esper

Esper: F 35 tam kapasite kullanılamayacak

İstanbul seçkiləri Türkiyənin taleyini dəyişəcək

Türkiye 8 Mayıs 2019
88

Hasan Oktay: “AKP-nin CHP ilə ittifaqa gedəcəyi məsələsi gündəmə gəlmişdi, amma Baxçalı…”

Türkiyə Yüksək Seçki Qurumu (YSK) mayın 6-da keçirilən toplantıda İstanbul bələdiyyə sədri seçkilərinin nəticələrini ləğv edib. YSK-nın 4 səsə qarşı 7 səs fərqi ilə qəbul etdiyi qərara əsasən, İstanbul bələdiyyə sədri seçkisinin nəticələri ləğv olunub və iyunun 23-də növbədənkənar seçki təyin olunub.

Qaydalara əsasən, bələdiyyə sədri seçkisinin nəticəsi ləğv olunduqdan sonra sədr, yəni Əkrəm İmamoğlu sədr vəsiqəsini təhvil verməli və bundan sonra Bələdiyyə Məclisində gizli səsvermə ilə müvəqqəti sədr seçilməlidir. İlk səsvermə turunda üçdə iki səs çoxluğu əldə edən namizəd müvəqqəti olaraq bələdiyyə sədri seçilir. Birinci turda nəticə əldə olunmasa ikinci turda sadə səs çoxluğu ilə qalib gələn şəxs bələdiyyə sədri seçilir. Hazırda İstanbul Bələdiyyə Məclisində AKP çoxluğu olduğu üçün keçid sədrinin də hakim partiyanın namizədi olacağı ehtimal edilir.

Bu arada “Sabah” qəzeti İstanbul bələdiyyəsinə yeni seçkilərə qədər İstanbul valisi Əli Yerlikayanın rəhbərlik edəcəyini yazıb.

Türkiyə seçki qurumunun İstanbul qərarı Avropada ciddi etiraz doğurub. Avropa Şurası baş katibi Troyborn Yaqland, həmçinin Avropa İttifaqı xarici siyasət və təhlükəsizlik siyasəti üzrə ali təmsilçisi Federika Moqerini, Avropa Komissiyasının genişlənmə üzrə təmsilçisi Yohannes Han İstanbul qərarını tənqid ediblər. Avropa Komissiyası isə İstanbulda keçiriləcək təkrar seçkilər üçün beynəlxalq müşahidəçilərin iştirakını təklif edib.

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan da İstanbulla bağlı qərara münasibət bildirib. Türkiyə prezidenti deyib ki, AKP YSK-nın qərarına hörmətlə yanaşır və yeni seçkilərə hazırlaşacaq. Eyni zamanda o, AKP-nin 23 iyun seçkilərində namizədinin Binəli Yıldırım olacağını deyib.

CHP sədri Kamal Kılıçdaroğlu da qərara münasibət bildirib. Artıq Əkrəm İmamoğlunun yalnız CHP-nin deyil, bütün İstanbulun namizədi olduğunu deyən Kılıçdaroğlu seçkilərdə iştirak edəcəklərini

Türkiyə bələdiyyə seçkilərindən 37 gün sonra nəticələrin ləğv olunması təbii ki, ciddi müzakirə və mübahisələrə səbəb olub. Tanınmış sənətçilər, incəsənət, media və siyasət adamları YSK-nın İstanbul qərarını tənqid edib və sosial mediada nəticələri ləğv olunmuş Əkrəm İmamoğluna dəstək verib. Bir sıra analitiklərə görə, bu qərar Türkiyədə siyasi qütbləşməni, düşmənçiliyi daha da dərinləşdirəcək. Hətta ölkəni siyasi böhrana çəkə biləcəyini iddia edənlər də var.

Politoloq, “Kafkassam” Strateji Araşdırmalar Mərkəzinin direktoru Hasan Oktay “Yeni Müsavat”a açıqlamasında bildirdi ki, İstanbul seçki nəticələrinin ləğv olunması hakim partiyanın iradəsi ilə baş verib. H.Oktay deyir ki, 31 mart seçkilərində AKP Hatay, Adana, Mersin, Antalya, Ankara və İstanbul kimi böyük şəhərləri itirib. Bu isə partiya üçün ciddi zərbə olub: “Bu səbəbdən də hakim partiya İstanbul üzərində dayandı və əgər AKP İstanbul məğlubiyyətini qəbul edərdisə, hakim partiya daxilində bölünməyə səbəb verə bilərdi. Bu arada Əhməd Davudoğlunun partiya quracağı ilə bağlı xəbərlərin mediaya sızması bu qərarda təsirli oldu. Bu səbəbdən də YSK-nın İstanbul qərarı önəmli məsələyə çevrildi”.

Bəs MHP-nin bu qərarda rolu nədən ibarət olub? H.Oktay deyir ki, seçkilərdən sonra Türkiyədə iqtisadi vəziyyətin daha da ağırlaşacağı siqnalları verilməyə başladı və bu mərhələdə AKP-nin CHP ilə ittifaqa gedəcəyi məsələsi gündəmə gəldi. Məhz bu mərhələdə MHP proseslərə müdaxilə edərək bu ittifaqın qarşısını alıb: “MHP bu prosesdən narahat idi və Dövlət Baxçalı İstanbul seçkilərinin ləğv edilməsi mövzusunda israr etdi. Hətta AKP-nin İstanbul rəhbərliyi seçkinin ləğv olunması üçün etdikləri cəhdi seçki zamanı etsəydilər, yəqin ki, qazanmışdılar. YSK-nın qərarı hüquqi baxımdan xeyli mübahisəlidir, xüsusən də təkrar seçkilərdə yalnız sədrin yenidən seçilməsi qərarı mübahisəli məsələ kimi tarixə düşəcək. Üstəlik, bu seçkinin hansı hissəsinin, yəni eyni zərfə qoyulan bülletenlərdən hansının saxta olduğu, hansının olmadığını sənədlərlə bilmək mümkün deyil”.

Bu mövzuda manipulyasiyaların olmasını istisna etməsə də, H.Oktaya görə xalq bu provokasiyaların qarşısını ala biləcək. Xüsusən də ekspertə görə, təkrar seçkilərə qədər maliyyə bazarında qeyri-sabitliyin olması, küçə etirazlarının artması müşahidə oluna bilər: “AKP demokratiya mübarizəsinin qəhrəmanlarını deyil, İstanbulu əldən verərsə itirə biləcəyi qazancını düşünür. Bu isə istər-istəməz əhalinin nəzərində hakim partiyanın mövqelərinə mənfi təsir edir. Xüsusən də Binəli Yıldırımın yenidən namizəd olması Əkrəm İmamoğlunun şansını daha da artırır. Yox, əgər Yıldırımın yerinə Süleyman Soylu kimi birinin namizədliyi verilərsə, o zaman AKP daxilində partiyanın gələcəyi ilə bağlı mübahisələr daha da dərinləşə bilər. Hətta bu mübarizənin nəticəsində AKP bölünə bilər. Yox, əgər İstanbul seçkilərində yenidən İmamoğlu qalib gələrsə, o zaman bu hadisə AKP üçün ağır zərbə olacaq. Məhz bu səbəbdən də hakim partiya İstanbulu yenidən qazanmaq üçün bütün gücünü və imkanlarını ortaya qoyaraq mübarizə aparacaq”.

Hasan Oktay deyir ki, İstanbul seçkilərinin əsas qalibi hələlik İmamoğludur: “Əkrəm İmamoğlu qalib gəlib və ya məğlub olmasından asılı olmayaraq siyasətdə yerini tutacaq kimi görünür. Yəni obrazlı deyilsə, təkrar seçkilər fitili çəkilmiş qumbara kimidir, kimin əlində partlayacağını maraqla gözləyirlər. Əlbəttə, hər kəs düşünür ki, seçkiləri kimin qazanmasından asılı olmayaraq nəticədə Türkiyə demokratiyası qalib gələcək. Ancaq eyni zamanda hər kəs anlayır ki, bu seçkinin qalibi Türkiyənin gələcəyində mühüm rol oynayacaq kimi görünür”.

Kənan RÖVŞƏNOĞLU,
“Yeni Müsavat”

Yorumlar