KAFKASSAM – Kafkasya Stratejik Araştırmalar Merkezi

  1. Anasayfa
  2. »
  3. Azerbaycan
  4. »
  5. İslam həmrəyliyinə” zidd

İslam həmrəyliyinə” zidd

Kafkassam Editör Kafkassam Editör - - 2 dk okuma süresi
494 0

Iran prezidenti Həsən Ruhani Ermənistana etdiyi səfərin Azərbaycanda mənfi qarşılandığını, bunun “İslam həmrəyliyinə” zidd olduğunu ört-basdır etmək üçün rabitə və informasiya texnologiyaları naziri Mahmud Vaezini Bakıya göndərib. Vaizi İran-Azərbaycan hökumətlərarası birgə komissiyanın həmsədridir və bu vəzifəsində ölkəmizlə iqtisadi əməkdaşlığın genişlənməsi üçün çalışır. Ancaq Vaizi bu yaxınlarda Bakıya gəlmiş və Azərbaycan prezidenti İlham Əliyevlə eyni mövzuları müzakirə etmişdi. Yəni ortada qəfil yaranan layihə də yoxdur ki, Mahmud Vaezi Bakıya elə bir mövzu yaranmayıb ki, tələsərdi. Sadəcə, səfərin mahiyyəti Tehranın bizi sakitləşdirməyə çalışmasıdır. Elə aid söhbətlərdə istənilən iranlı diplomat bu sözləri deyəcək: “Baxmayın ki, Ermənistanla əlaqələrimiz var, Azərbaycanla əməkdaşlığa daha çox önəm veririk”. Bu bizi sakitləşdirmək üçün düşünülən cümlədir ki, illərlə təkrarlanır.

Həsən Ruhani Vaeziyə 2017-ci ildə ölkələrimiz arasında əlaqələrin inkişafı ilə bağlı yol xəritəsinin hazırlamağı tapşırıb. Vaezi Bakıda bir də onu dedi ki, İran-Azərbaycan münasibətlərində problemlərin cüzi hissəsi qalıb və bu problemlər də tez bir zamanda həll olunacaq. Daxili işlərə qarışmaq və müsəlman torpaqları işğal edən, məscidləri dağıdan ölkə ilə əməkdaşlıq nə vaxtdan “cüzi problemlər” sinfinə aiddir?Elhan Şahinoğlu

İlgili Yazılar

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir