İslam dünyasında qlobal maarifçiliyə ehtiyac var. Heç kim iddia etməsin ki, bu, sovet coğrafiyasının müsəlmanlarına aid deyil. Hər bir müsəlman ölkəsinə aiddir və bütün İslam dünyasına aiddir. Dinçilər anlamalıdırlar ki, dünyanın modernləşməsinin önünü kəsmək mümkün olmayacaq və bunu, əslində 5-6 yüz il əvvəl anlamalı idilər. Dinçi olmayan müsəlman ziyalılar anlamalıdırlar ki, orta əsr standartları bir daha heç zaman geriyə qayıtmayacaq. Müsəlman siyasətçilər anlamalıdırlar ki, demokratiyanı Yer üzündən silib şəriət üsul- idarəsi və ya “xalis İslam” quruluşu adlandırdıqları idarəetməni yarada bilməyəcəklər. İslam dünyası hər gün sivil dünya ilə ünsiyyətdə və ya müqayisədə daha cahil görünür. Terrorla, avtoritar rejimləri bərkitməklə, “bizə qarşı olanlar” kompleksi ilə, heç nəyə nail olmaq mümkün olmayacaq. Din fərdi vicdan üzərində daha səmimi görünür və bundan sonra onu İctimai zərurət kimi cəmiyyətə sırımaq ya mümkün olmayacaq, ya da bu zor, sadəcə olaraq İslam dünyasını qəhr edəcək. Dövlət mentalitetlə deyil, qanunlarla idarə edilməlidir. İnsan haqları anlayışını Yer üzündən silmək heç kimə nəsib olmayacaq. İslam dünyası ya arınıb özünü bəşəri tərəqqiyə uzlaşdıracaq, ya da qan və cəhalət içində boğulub məhv olacaq. Ganimet zayidov
- Anasayfa
- »
- Azerbaycan
- »
- İslam dünyasında qlobal maarifçiliyə ehtiyac var
İslam dünyasında qlobal maarifçiliyə ehtiyac var
513 0