KAFKASSAM – Kafkasya Stratejik Araştırmalar Merkezi

  1. Anasayfa
  2. »
  3. Gündem
  4. »
  5. İslam dünyası çarəsizlik sindromu yaşayır”

İslam dünyası çarəsizlik sindromu yaşayır”

Hasan Oktay Hasan Oktay - - 6 dk okuma süresi
457 0

“İslam dünyası çarəsizlik sindromu yaşayır”
Hasan Oktay: “Bu məsələdə bütün məsuliyyəti xarici qüvvələrin üzərinə yükləmək doğru deyil”

Suriyada baş verən olaylar, xüsusən də Hələbin hökumət qüvvələrinin nəzarətinə keçməsi bu şəhərdə müharibə faciələri ilə yanaşı, Yaxın Şərqdə yenidən məzhəbçi çağırışlara səbəb oldu. Xüsusən də Hələbin ərazi olaraq yaxınlığında yerləşən Türkiyədə bu çağırışlar daha qabarıq görünməyə başladı.

Hələbdə mühasirədə olan əhaliyə qarşı hücumları İrana bağlı, yəni şiələrin həyata keçirdiyi ilə bağlı propoqanda aparıldı. Kimlər tərəfindən başladıldığı dəqiq bilinməyən bu təbliğat kampaniyası ötən həftə Türkiyənin islamçı mediası və nüfuzlu şəxsləri tərəfindən davam etdirildi. Nəticədə şiəlik, ələviliyə qarşı çağırışlar oldu. Bir universitet müəllimi Türkiyədə şiə və ələvilərdən qisas alınacağını yazdıqdan sonra vəziyyətin daha təhlükəli olduğu göründü. Həmin universitet müəllimi işdən çıxarılsa da, bu, çağırışlara təsir etmədi.

Vəziyyətin bu həddə çatması hökumət rəsmilərini də narahat etməyə başladı. Türkiyə prezidentinin müşaviri Yalçın Topçu məzhəb nifrətinin yayılması təbliğatının planlı olduğunu, müsəlmanlar arasında nifrət yaymağa hesablandığını bildirib. İŞİD-in əsas hədəfinin Yaxın Şərqdə məzhəb savaşı törətmək olduğunu, bunu İraq, Suriya və Yəməndə bacardığını, indi isə Türkiyə və İran arasında məzhəb savaşı baş verməsinə çalışdığını deyib. Hələbdə olanları bir tələ kimi qiymətləndirən prezident müşaviri şəhərdə olanların məqsədli şəkildə məzhəb toqquşmasına çevrildiyini deyib. Bu səbəbdən də o, tədbirli və soyuqqanlı olmağa çağırıb.

Qeyd edək ki, Türkiyə prezidenti baş verənlərə açıq münasibət bildirməsə də, yayılan yazılı açıqlamada Türkiyə vətəndaşlarını birlik və bərabərliyə çağırıb. Vəziyyətin bu həddə çatması, Yaxın Şərqdə siyasi və hakimiyyət mübarizələrinin dini düşmənçiliyə yönəldilməsi Türkiyədə də ağıllı insanlarda narahatlıq doğurmağa başlayıb.

Ankarada yerləşən “Kafkassam” Strateji Araşdırmalar Mərkəzinin direktoru Hasan Oktay baş verənləri bir dönüm nöqtəsi olaraq qeyd edir. Ekspertin fikrincə, bu vəziyyət Yaxın Şərqi xarici müdaxilələr üçün rahat vəziyyətə gətirir: “Son günlərdə İslam dünyası çarəsizlik sindromu yaşayır. Şiə-sünni davası İslam dünyasının qarşısında bəlkə də yox olmanın dönüm nöqtəsidir. Bu məsələdə bütün məsuliyyəti xarici qüvvələrin üzərinə yükləmək tam olaraq doğru deyil, amma o da var ki, xarici qüvvələr bundan davamlı olaraq istifadə edir. İslam dünyası şiə-sünni məsələsini bir savaş səbəbi deyil, fəaliyyətdə bəsit bir fikir ayrılığı olaraq görmədiyi müddətdə bu məsələ hər zaman xarici müdaxilənin əlində vasitə olacaq. Xüsusən də türk müsəlmanlar arasında məzhəb məsələsi inanılası bir şey deyil”.

H.Oktay deyir ki, bu bəladan qurtulmaq üçün ruhi təlimə ehtiyac var. İnsan psixologiyasının problem yaratmağa çox münasib olduğunu deyən ekspertin fikrincə, bu vəziyyətdə təhsilsiz insanlar yırtıcıya çevrilə bilir: “İslam mədəniyyəti tarixində sufi təlimləri insan psixologiyasını bu pis vəziyyətdən qurtarmaq üçün formalaşıb. Türk sufiliyi bunun olduqca uğurlu nümunələrini ortaya qoyub. Şiə-sünni davasını bölücü deyil, mədəniyyət, ənənə zənginliyinə çevrilməsi üçün həm şiə, həm də sünni dünyası sufi təlimlərinə üstünlük verməli, sülh və dostluğu qabartmalıdır”.

Ekspertə görə, əgər İslam dünyası bir mədəniyyət qurmağa iddia edirsə, o zaman məzhəb qarşıdurmalarını bir kənara qoymalıdır. “Bunun üçün mədəniyyət təməllərini yenidən gözdən keçirmək lazımdır” – deyə ekspert əlavə etdi.

H.Oktay deyir ki, hazırda həm sünnilik, həm də şiəlik xarici müdaxiləyə açıq hala gətirilib: “İngilislərin şiəlik və sünnilik məsələsi ilə bağlı fəaliyyətlərini görməzdən gələrək fitnə toxumları üzərindən savaşmaq İslam mədəniyyətinə son qoya bilər. Əgər belə olarsa, baş verəcək İran-Türkiyə savaşı İslam mədəniyyətini yox edə bilər. Bunun məsuliyyətini heç kim daşıya bilməz”.

“Kafkassam” rəhbəri Türkiyədə son çağırışların ölkədə məzhəbi zəmində toqquşmalara gətirəcəyinə inanmasa da, Suriyada İran və Türkiyənin qarşı-qarşıya gəlməsinin bu savaşı körükləyə biləcəyini düşünür. Ölkə içində isə daha çox kürd-türk münaqişəsi təhlükəsinin olduğunu deyən ekspertə görə, bəlli güclər Türkiyədə bu istiqamətdə gərginlik, xaos yaratmağa çlışır.

KƏNAN

İlgili Yazılar

Bir cevap yazın

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir