KAFKASSAM – Kafkasya Stratejik Araştırmalar Merkezi

  1. Anasayfa
  2. »
  3. Gündem
  4. »
  5. İslam aləmində nüfuz uğrunda Səudiyyə və İranın mübarizəsi

İslam aləmində nüfuz uğrunda Səudiyyə və İranın mübarizəsi

Gülnara İnanç Gülnara İnanç - - 7 dk okuma süresi
462 0

İslam aləmində nüfuz uğrunda Səudiyyə İranın mübarizəsi

İslamın son 20 ərzində yayılması və fəallaşması Qərbin, ilk növbədə ABŞ-ın qloballaşma siyasətinin nəticədir. Bunun ilk mərhələsi keçən əsrin 80-ci illərin sonunda sovet sisteminin dağılması və İslamın bu coğrafiyada aktivləşməsi ilə başladı.

Yaxın Şərq və Fars körfəzindən keçmiş Sovet İttifaqının ərazisinə yol açan İslamın müxtəlif məzhəb və təriqətləri Qafqazda ikinci Çeçen müharibəsində Rusiyaya qarşı çıxış edən gücə çevrildi.

Əfqanıstandan rus qoşunlarının çıxmasından sonra isə Taliban rejiminin ölkə ərazisinin çoxunu kontrol altına alması ilə İslamın Orta Asiyaya yayılması başladı.

Keçmiş Sovet Birliyi coğrafiyasının İslama açılması ilə paralel ənənəvi olaraq müsəlmanlarla məskunlaşan nəhəng bir ərazi yeni qeyri – ənənəvi İslam cərəyanları ilə üzləşdi.

Daha sonra «Ərəb baharı» adı verilən və ABŞ və koalisiya güclərinin müdaxiləsi ilə Tunis, Yəmən, Misir, Liviyadakı iqtidarların hakimiyyətdən salınması İslami qüvvələrin önə çıxaraq iqtidarı ələ keçirməsi ilə nəticələndi.

Əslində ABŞ Yaxın Şərqdə hakimiyyət dəyişikliklərinə qərar verərkən, bölgədə proseslərin kontroldan çıxmasına təkan verdi. İraqa hərbi müdaxilədən sonra ölkənin İranla sərhəddində şiələrin yaşadığı bölgələr İranın təsiri altına keçdi.

Ərəb ölkələrində milli şüuru dini,tayfa şüuru ilə eyniləşdiyi üçün Qərbin ərəb aləmində inqilabi yolla hakimiyyət dəyişiklikləri insanların dini hisslərini gücləndirdi və nəticədə siyasi İslam partiyalarının hakimiyyətə yolunu açdı. Azadlığın məhdudlaşdırıldığı, demokratik çağırışlara qapalı rejimlərdə yaşayan ərəb ölkələri azadlığı İslama bağlanmaqda və hakimiyyətə siyasi islamın gəlməsində görürlər.

«Ərəb baharı»ndan sonra hakimiyyətə gələn İslami qüvvələr gözlənildiyindən fərqli olaraq (hər halda hələlik), mötədil siyasət nümayiş etdirirlər. Misirin yeni hakimiyyətinin İsrailllə sərhəddə Təl-Əvivlə birlikdə Əl-Qaidə yaraqlılarına qarşı mübarizə aparması buna sübutdur. Amma Misirin yeni hakimiyyətinin ölkəni bölgənin nüfuzlu dövləti kimi dəyərləndirərək, mərkəzi Qüdsdə olmaqla panərəb imperiyası yaratmaq iddiası proseslərin radikallığa doğru dəyişdiyini deməyə əsas verir.

İslamın təşəkkül tapmasının yeni bir mərhələsinə ABŞ-ın İraq əməliyyatı, Yaxın Şərqdə hakimiyyət dəyşiklikləri rəvac verdi. Fələstində «Həməs», Livanda «Hizbullah» ın nümayiş etdirdiyi sərt İslamla yanaşı Türkiyədə mötədil islamyönümlü Ədalət və Dirçəliş partiyasının (AKP) qələbəsi dünya siyasət nizamına dəyişiklik gətirdi. 1979-cu ildən isə İranda İslam inqilabı qələbə çalmış və dünyanı müasir dövrdə dünyəvi və dini qanunların vəhdətindən formalaşan idarəçilik nümayiş etdirib. Bölgədə İslam mərkəzi olmağa iddialı başqa bir dövlət isə Səudiyyə Ərəbistanıdır. Beləliklə , İran, Türkiyə və Səudiyyə Ərəbistanı İslam aləmində nüfuz dairəsini bölüşdürmək uğrunda mübarizəyə qoşulurlar.

Bundan əlavə, «Ərəb baharı» şiə və sünni islam təriqətləri arasında dözümlü rəqabəti silahlı qarşıdurmaya çevirdi. Bunun başqa bir səbəbi isə Yaxın Şərqdə baş verən hadisələr İranın şiələr yaşayan bölgələrdə nüfuzunun artmasına gətirməsidir.

Fars körfəzindən Xəzər hövzəsinə qədər karbohidrat ehtiyatlarının əsas hissəsinin şiələrin sıx yaşadığı bölgələrdə yerləşməsi İsrail və ABŞ-ın beyin mərkəzlərini bu amilə diqqət çəkməyə məcbur edir. Nəticədə, «Şiə zolağı», «Fars və Xəzər hövzəsinin ehtiyatlarının birləşdirilməsi» kimi laiyhələr ortaya çıxıb. Bu amil də Yaxın Şərqdəki siyasi proseslərinin şiə və sünnilər arasında toqquşmalarla nəticələndirən səbəblərdəndir. Bu şəraitdə İranın nüfuzunun

Digər tərəfdən isə nə qədər təzadlı olsa da Yaxın Şərqdəki proseslər, xüsusilə də Suriyanın taleyi İslam ölkələrinin öz aralarında münasibətlərə yenidən baxmağa məcbur etdi. Qeyd edək ki, ötən ilin payızında Tehranda keçirilən Qoşulmayan ölkələrin sammitində İranla Səudiyyə Ərəbistanını arasında son illərin gərginliyin aradan qaldırılmasına cəhd və münasibətlərin ilıqlaşmasının müşahidə olunması bu fikri təsdiqləyən amillərdəndir. Amma bu məcburi yaxınlaşma iki bölgə gücü arasında Fars körfəzində və İslam aləmində nüfuz dairəsi uğrunda mübarizədən əl çəkməsi kimi anlaşılmamalıdır.

Suriyada dirənən «Ərəb baharı»nin ərəb ölkələrində də baş verməsi təhlükəsi qaldığından, bu prosesləri birlikdə adlamaq üçün Səudiyyə Ərəbistanı İranla uzun illər davam edən soyuqluq buzunu qıraraq etimad qurmağa meylli olduğunu nümayiş etdirir. Digər tərəfdənsə, ərəb ölkələrində devrilmiş hakimiyyətlərin yerinə İslam partiyaların hakimiyyətə gəlməsi və sələfi təriqətinin təsirinn artması Səudiyyə krallığını bölgədə gücləndirir və İrana qarşı ikili oyun oynadığını nümayiş etdirir. Sələfi liderlərindən şiəliyə qarşı açıq-aydın təhdidlər səslənir.

Qeyd edək ki, «Ərəb baharı» Türkiyədə də ələvilərin etirazları və təriqətlərarası məişət zəminində münaqişələrin qızışması, Əl-Qaidənin ölkəyə ayaq açmasına gətirdi. Əd-Qaidə «ərəb baharının» nəticəsində sələfiliyinin bölgəyə yayılmasından istifadə edərək nüfuzunu genişləndirməyə başladı. Əl-Qaidənin arxasında isə bölgədə İranla bərabər nüfuz dairəsi uğrunda mübarizə aparan Səudiyyə krallığı gəlir. Bu mübarizə hələ ilkin mərhələdədir. Daha irəlidə isə İslam təriqətlərinin, əslində isə onun arxasında duran bölgə dövlətlərinin rəqabəti daha sərt mərhələyə keçəcək.

Gülnara İnanc, «Etnoqlobus» Beynəlxalq informasiya və analitik mərkəzinin direktoru

İlgili Yazılar

Bir cevap yazın

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir