KAFKASSAM – Kafkasya Stratejik Araştırmalar Merkezi

  1. Anasayfa
  2. »
  3. Türkiye
  4. »
  5. İrfan Kaya Ülger: İstanbul danışıqları: “Rusiyanın maraqları Türkiyə ilə yaxınlıq tələb edir”

İrfan Kaya Ülger: İstanbul danışıqları: “Rusiyanın maraqları Türkiyə ilə yaxınlıq tələb edir”

Kafkassam Editör Kafkassam Editör - - 5 dk okuma süresi
344 0

Kocaeli Universitetinin professoru İrfan Kaya Ülgerin “Yeni Sabah”a müsahibəsi:

– Bu gün İstanbulda Rusiya-Ukrayna danışıqlarının növbəti raundu başlayıb. Bu görüşə Türkiyənin vasitəçilik etməsi önəmlidir. Bununla bərabər, danışıqların getdiyi müddətdə müharibə davam edir.

– Rusiyanın Ukraynaya hücumu ilə başlayan müharibədən bir aydan çox vaxt keçir. Hər kəsin bildiyi bir həqiqəti təkrar edək: təcavüzkar Rusiya, müdafiəçi isə Ukraynadır. Amma hələ də bilmirik ki, Rusiyanın bu hücumda son məqsəd nədir.

Rusiya rəsmiləri açıqlamalarında “Birinci mərhələ başa çatdı” ifadəsini işlədir. O zaman ikinci mərhələ nədir? Əməliyyatın üçüncü mərhələsi varmı? Rusiya Ukraynanın şərq hissələrini tamamilə işğal etməyi planlaşdırırmı? Yoxsa o, Ukraynanın Qara dəniz və Azov dənizi ilə əlaqəsini tamamilə kəsmək istəyir?

Bildiyimiz odur ki, atəşkəs danışıqları İstanbulda davam edir. Döyüşən tərəflərin XİN rəhbərlərinin martın 10-da Antalyada keçirilən görüşü heç bir konkret nəticə verməsə də, danışıqların ən yüksək səviyyəsi kimi diqqəti cəlb edib.

Ukrayna tərəfi əvvəldən atəşkəs danışıqları üçün İstanbulu seçib. Rusiya bu istəyi qəbul edib. İlk növbədə, ona görə ki, Putin bu müharibə ilə Rusiya daxilində və beynəlxalq aləmdə nüfuzunu itirib. Putin bu vəziyyətdən qısa zamanda çıxmaq və əvvəlki reputasiyasını bərpa etmək istəyir. Digər tərəfdən, sanksiyalar Rusiya iqtisadiyyatına və xalqına dərindən təsir edib.

– Sizcə, İstanbul danışıqları Türkiyənin bölgədəki gücünə necə təsir edəcək?

– Atəşkəs danışıqlarının İstanbulda aparılması, ilk növbədə, Türkiyənin hər iki tərəfin etimadını qazandığını göstərir. Təbii ki, Türkiyə NATO ölkəsidir. BMT-də Ukraynanın müstəqilliyi və suverenliyi ilə bağlı həssaslığını açıq şəkildə ortaya qoyub. Xarici İşlər Nazirliyinin bəyanatlarında Krımın ilhaqının beynəlxalq hüquqa zidd olduğu da tez-tez vurğulayır.

Türkiyə Rusiya ilə həssas münasibətlərə malik olduğundan və iqtisadi zərərdən qaçmaq üçün sanksiyalara qoşulmayıb. Rusiya ilə Türkiyə arasında konkret münaqişələr var. Bunu Orta Asiyada, Cənubi Qafqazda, hətta Suriya və Liviyada da görürük. Məsələn, Rusiya Əsəd rejimini dəstəkləyir və İdlibdə rejim müxaliflərinə hücum edən Suriyanın yanındadır. Əgər o bölgədə münaqişə yaranarsa, bundan Türkiyə zərər görəcək. Nəticədə Türkiyənin milli maraqları Rusiya ilə həssas münasibətlərə diqqət tələb edir.

Ankaranın Ukraynada müharibəni qısa zamanda dayandırılmasını tələbinin digər səbəbi də bu münaqişədən ən çox zərər çəkən ölkə olmasıdır. Ölkəmizin hər iki tərəflə ticarət əlaqələri var. Digər tərəfdən, müharibə ətraf mühitin çirklənməsi və təhlükəsizlik baxımından Türkiyəyə mənfi təsir göstərir. Odessa limanı hövzəsində döşənmiş minaların bir qismi artıq Qara dəniz axınları ilə İstanbul sahillərinə çatıb.

– Türkiyənin vasitəçiliyinə Qərbin rəyi necədir?

– Ankaranın vasitəçilik və danışıqlara ev sahibliyi etməsi Qərbdə də müsbət qarşılanır. Ancaq Türkiyə Qərbin üzvü kimi deyil, yalnız milli maraqlarına önəm verən bir ölkə kimi görünür.

Digər bir məsələ lider diplomatiyasıdır. Ərdoğan siyasi cəhətdən təcrübəli liderdir və xarici siyasətdə az qala şahmat oyunçusu kimi davranır.

Türkiyənin ABŞ və Qərbi Avropa ilə münasibətlərində də böyük problemlər var. Alyansın üzvü olsa da, keçən həftə Brüssel sammitində gizli hərbi boykot və sanksiyaları gündəmə gətirib.

Ərdoğan faktorunun önəmli olduğunu düşünürəm. Qərbin təcrid etdiyi Putin Ərdoğanla şəxsi dialoqa önəm verir. Digər tərəfdən, Rusiyanın maraqları da Türkiyə ilə yaxınlaşmanı tələb edir.

Bütün bunlara əsasən, Rusiya və Ukrayna nümayəndə heyətləri arasında İstanbulda aparılan danışıqlardan dərhal təəccüblü nəticə gözləmək lazım deyil. Danışıqların mərhələli şəkildə davam etdirilməsi də mümkündür. Türkiyə öz milli maraqları əsasında sülh və təhlükəsizliyə töhfə verməyə çalışır. Çox da uzaq olmayan gələcəkdə Türkiyənin diplomatik uğuru kimi qiymətləndiriləcək atəşkəs sazişi imzalanacaq.

Rafi MÜSLÜMOV

İlgili Yazılar

Bir cevap yazın

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir