KAFKASSAM – Kafkasya Stratejik Araştırmalar Merkezi

  1. Anasayfa
  2. »
  3. Gündem
  4. »
  5. İranlı generalın ölümü və farsların Bakıda şənlik keçirməyi

İranlı generalın ölümü və farsların Bakıda şənlik keçirməyi

Kafkassam Editör Kafkassam Editör - - 4 dk okuma süresi
286 0

ran İslam İnqilabı Keçikçiləri Korpusunun Qüds Qüvvələrinin başçısı general Qasim Süleymaninin Bağdad beynəlxalq aeroportunun ABŞ tərəfindən bombalanması nəticəsində öldürülməsi xəbəri ilə səhərimizi açdıq. Hadisədən sonra İranda Sleymaninin şərəfinə 3 günlük matəm başlayıb, ABŞ, İsrail və digər dövlətlər isə təhlükəsizlik tədbirlərini gücləndiriblər. Bir sözlə regionda vəziyyət yenidən gərginləşib.

Bununla bağlı xəbərləri oxuyarkən dünyanın ən güclü dövlətlərinin İrandan ehtiyat etməsinin, cənub qonşumuzla “baş edə” bilməmələrinin səbəbini düşünməyə başladım. Yadıma bir neçə gün bundan əvvəl Bakıda səfərdə olan 50-yə qədər İran vətəndaşının Qız qalasının yanında özünəməxsus tərzdə şənlik keçirmələri düşdü. Ətrafdakıların, əsasən Azərbaycan Respublikası vətəndaşlarının təəccüblü, maraq dolu, istehzalı, o cümlədən təqdiredici baxışlarına məhəl qoymayan iranlılar öz aləmlərində idilər. Danışıqlarından və oynadıqları musiqilərin sözlərindən fars olduqları hiss olunurdu. Öz musiqilərini dinamik vasitəsilə, yüksək səslə qoyub oynayır, deyib-gülürdülər. Bir “vur-çatlasın” var idi ki, gəl görəsən.

Yaşlısından, gəncindən, uşağından, qadınından, kişisindən asılı olmayaraq hər kəs oynayır, əylənir, stres atır, bayramı əsl bayram ovqatıyla keçirirdilər. Danışıqlarını başa düşməsəm də onların hər bir hərəkətini, davranışını, dinamik tərzdə oynamalarını, ucadan gülüşmələrini, bir sözlə komplekssiz davranışlarını izləyir, paralel olaraq ətrafda toplaşan vətəndaşlarımızla müqayisə edirdim. Azərbaycan vətəndaşlarından heç kim onlara qoşulmadı, ucadan deyib-gülmədi, ürəklə oynayanların cərgəsinə qatılmadı, heç əl də çalmadı. Sakit, səssiz-səmirsiz izləməyə üstünlük verdi. Elə bu məqamda farslar kollektiv bir oyuna başladılar. Bizim “Yallı” rəqsinə oxşayırdı və bu oyunu ilk dəfə gördüyüm üçün diqqətlə tamaşa etməyə başladım. Dinamik və kollekviçilik ruhu aşılayan bir musiqi idi, oyun idi. Qonaqların əyləncəsi çox çəkdi, vaxt məhdudluğundan sona qədər izləyə bilmədim.

Oradan düşüncələr içində ayrıldım. Bizim cəmiyyətimizdə çatışmayan məqamları farsların bu davranışı ilə müqayisədə müəyyən etməyə çalışırdım. Gəldiyim nəticələri sizinlə də bölüşürəm:

1. Bizim auditoriyamız daha passiv, süst, ölgün, dinamikadan uzaq, daxili gərginliklərlə doludur. Biz ürəkdən gülməyə, sevinməyə, oynamağa, əl çalmağa, auditoriyanı və səhnədə olan şəxsi coşdurmağa, bir sözlə hisslərimizi nümayişkaranə şəkildə ifadə etməyə çəkinirik. Bu da sonradan yersiz gərginliklərə və aqressiyaya səbəb olur.

2. Şənliklərimizdə yallı rəqsiylə daha az rastlaşmaqdayam. Bu isə özlüyündə yaxşı hal deyil. Yallı rəqsi kollektivçilik, komanda şəklində çalışmaq, birlik aşılayan bir rəqsdir.

Üzərimizə gələn kütləvi mədəniyyət adət-ənənələrimizi, milli musiqlərimizi, oyunlarımızı, bir sözlə milli olan nəyimiz varsa hamısını məhv etməklə məşğuldur. Nəticədə cəmiyyətimiz soyuq, aqressiv, laqeyd bir duruma düşərək, mənəvi dəyərlərindən uzaqlaşmış bir topluma çevrilib. Birlik ola bilməməyimizin, bir əsrdir ki, ermənilərə uduzmağımızın səbəblərindən bir neçəsi də bununla bağlıdır.

Yazını iranlı generalın öldürülməsiylə başlamışdım. Onunla da bitirirəm. İran və iranlılar nə olsa da belə qarşılaşdıqları problemləri həll etməyi bacaracaqlar. Çünki toplum çox dinamikdir və kollektivçilik ruhu güclüdür. Biz onun-bunun, ABŞ-ın, İranın, Avropanın və s. məsələlərini daha çox müzakirə etməkdənsə öz problemlərimizi araşdırmalı və onun həlli üçün hər kəs bacardığı qədər töhfə verməlidir.
Mübariz Göyüşlü
Dialoq.info saytının baş redaktoru,
Müasir İnkişaf Birliyinin sədri

İlgili Yazılar

Bir cevap yazın

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir