KAFKASSAM – Kafkasya Stratejik Araştırmalar Merkezi

  1. Anasayfa
  2. »
  3. Gündem
  4. »
  5. İranlı general Süleymaninin öldürülməsində Xameneyinin əli olub mu

İranlı general Süleymaninin öldürülməsində Xameneyinin əli olub mu

Kafkassam Editör Kafkassam Editör - - 1 dk okuma süresi
351 0

Xəbər verdiyimiz kimi, İranlı general Qasım Süleymani ABŞ tərəfindən İraqda həyata keçirilən hava zərbələri nəticəsində qətlə yetirilib.

İranlı politoloq Kərim Əsgəri İnqilab Keşikçiləri Korpusunun (SEPAH) generalı Qasım Süleymaninin öldürülməsi hadisəsini Eurasia Diary-ə şərh edib.

O şərhində bildirib ki, bu hadisə ABŞ kəşfiyyatı ilə İran Ali Dini Lideri Xameneyi arasında razılaşdırılmış bir əməliyyat idi. Xameneyinin bu əməliyyata icazəsi var idi. Politoloqun sözlərinə görə, bundan əvvəl də Xameneyinin göstərişi ilə onun statusunu kölgə altına salan İran İnqilabının qurucusu Xumeyninin oğlu Mustafa Xumeyni və onu dini lider edən Əli Əkbər Rəfsəncani öldürülmüşdü: “Qazan-qazan prinsipi ilə Tramp və Xameneyi Qasım Süleymaninin aradan götürülməsi məsələsində razılığa gəlmişlər”, deyə K.Əsgəri bildirib.

Qeyd edək ki, Süleymani SEPAH-ın Qüds qanadının komandanı olmaqla İranın Yəmən, Suriya, İraq və Orta Şərqdə ən önəmli adamı hesab olunur

İlgili Yazılar

Bir cevap yazın

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir