Suriye’de Rusya ve İran arasındaki rekabet artıyor

ABD’li Yahudiler Trump-Netanyahu ilişkisinden rahatsız

ABD’NİN MÜDAHALECİ DIŞ POLİTİKASI

Kuzey Kore Taktiksel Güdümlü Füze Geliştiriyor

İranla Qərb arasında “nüvə alimi savaşı”

Gündem, İran 13 Şubat 2019
19

Qərb kəşfiyyatı növbəti iranlı nüvə alimini oğurladı, Tehranın 5 nüvə alimi sui-qəsdə qurban gedib, siyahıda başqaları da var
Fevralın 11-də Britaniyanın “Sunday Express” qəzeti növbəti iranlı nüvə aliminin oğurlanması hekayəsini yazıb. “Hekayənin” fevralın 11-də, İran İslam İnqilabının 40 illiyini qeyd etdiyi gündə yayılması da diqqəti cəlb edib. Bir mənada İrana göz dağı mahiyyətində olub.

Qəzetin yazdığına görə, adı açıqlanmayan 47 yaşlı iranlı nüvə alimi İsrailin kəşfiyyat xidməti “Mossad” və ABŞ, Böyük Britaniya kəşfiyyat xidmətləri tərəfindən qaçırılıb. Həmin şəxs İsraildə dindirildikdən sonra bütün Avropadan keçirilməklə Britaniya adalarına, oradan isə Amerikaya aparılıb.

Virtualaz.org saytının təqdim etdiyi materialda qeyd olunur ki, İran hakimiyyəti alimin yoxa çıxmasından tez duyuq düşüb və onun axtarışı üçün İnqilab Keşikçiləri Korpusunun xüsusi dəstəsi ayrılıb. Lakin həmin vaxt alim artıq İranda deyilmiş. Xəbərdə o da qeyd olunur ki, Qərb ölkələri kəşfiyyatına işləyən bu alimin qaçırılması əməliyyatı barədə qərar ötən ilin oktyabrında, alimin ifşa edilməsi təhlükəsi yarananda qəbul edilib.

İsraildən sonra Fransa üzərindən qayıqla gizli şəkildə Britaniyaya aparılan alim Mİ6 tərəfindən dindiriləndən sonra Mərkəzi Kəşfiyyat İdarəsi onu ABŞ-a aparıb.

Məlumata görə İrandan oğurlanaraq Qərbə aparılan nüvə alimi nəinki Tehranın nüvə proqramları haqda sirləri bilir, eyni zamanda bir neçə il əvvəl İranın məşhur nüvə alimi Mustafa Əhmədi Roşanın öldürülməsində də əli var. Roşani “Mossad”ın xüsusi əməliyyatı nəticəsində öldürülmüşdü.

Aparılmış “söhbət” zamanı iranlı alim britaniyalı və amerikalı kəşfiyyat agentlərinə İranın nüvə proqramlarına dair qərblə razılaşdırılmış fəaliyyət planına əməl etdiyini deyib. Alimin dediyinə görə İranın Qum şəhərindən 240 kilometr məsafədə iki nüvə müəssisəsi var və orada nüvə başlıqlarının istehsalı mümkündür. Ancaq həmin mərkəzlər İranla nüvə sövdələşməsinin pozulacağı halda işə düşəcək.

Qeyd edək ki, İran 2000-ci illərin əvvəllərində müstəqil nüvə fəaliyyətini aktivləşdirdikdən sonra Qərb və İsraillə gizli “nüvə müharibəsi” başlayıb. Vaşinqton və Təl-Əviv bir neçə dəfə İranın nüvə obyekttlərini vurmaqla hədələyib. eyni zamanda Qərb ölkələri kəşfiyyat xidmətləri zaman-zaman İranın nüvə fəaliyyətinə zərər vurmağa çalışıb. Məsələn 2010-cu ildə mediada İsrail kəşfiyyatının İranın əsas nüvə mərkəzlərinə “Stuxnet” virusları ilə hücum etdiyi və nəticədə sentrifuq qurğularının fırlanma sürəti əvvəlcə kəskin şəkildə yüksəlib, daha sonra kəskin azalıb və bir neçə dəfə bu cür artıb-azalmadan sonra qurğular işini dayandırıb. Virusun internetə çıxışı olmayan kompüterlərdə də yayıldığı iddia olunurdu.

Bundan başqa yenə həmin il iranlı daha bir nüvə tədqiqatçısı Qərb ölkələri tərəfindən oğurlanıb. 2010-cu il iyulun 14-də İran Xarici İşlər Nazirliyi 10 ay əvvəl Səudiyyə Ərəbistanında yoxa çıxan, sonradan da ABŞ-da olduğu bildirilən gənc nüvə alimi Şəhram Əmirinin İrana qayıdacaq.

Tehranda universitetdə nüvə tədqiqatları ilə məşğul olan Ş.Əmiri 2009-cu ildə Səudiyyə Ərəbistanına həcc ziyarətində olarkən yoxa çıxdığı, daha sonra isə Amerikaya qaçırıldığı bildrilmişdi. Əmiri özü isə daha sonra gözlənilmədən Pakistanın Vaşinqtondakı səfirliyinə sığınaraq Tehrana göndərilməsini istəyib.

Bundan əvvəl 2007-ci ildə isə İranın aparıcı nüvə alimi zəhərlənmədən ölüb və hökumət bunu sui-qəsd olduğunu bəyan edib. 2010-cu ildə isə iranlı nüvə alimi Məsud Əli Məhəmməd qətlə yetirilib. Hökumət bu hadisədə xarici kəşfiyyat və ya hökumətə müxalif qüvvələri ittiham edib.

2012-ci ildə isə Tehranda baş verən terror aktı nəticəsində nüvə sahəsi üzrə mütəxəssis Mustafa Əhmədi Rövşən avtomobilinin yanındakı motosikletdə quraşdırılmış bombanın partlaması nəticəsində həlak olub. 32 yaşlı Əhmədi Roşən Natanzda uranın zənginləşdirilməsi ilə məşğul olan nüvə mərkəzindəki bölməyə rəhbərlik edib.

Bu hadisədən bir qədər sonra isə “Taym” jurnalı Əhməd Rövşənin İsrail xüsusi xidmət orqanları tərəfindən öldürüldüyünü iddia edib. Bu barədə jurnala müshibəsində İsrailin kəşfiyyat xidmətinin yüksək vəzifəli hərbçisi etiraf edib. Adının çəkilməsini istəməyən həmin vəzifəli şəxs vurğulayıb ki, bu plan uğurla həyata keçirilib.

Ötən il isə İsrail mediası İranın nüvə proqramının beyni olaraq xarakterizə etdiyi iranlı alim Möhsün Faxrzade Mehabadinin adının sui-qəsd siyahısında olduğu haqda xəbər yayıb. Ümumilikdə ötən illərdə İranda 5 nüvə alimi müxtəlif formada sui-qəsdə qurban gedib. Bu cinayətlərlə əlaqəsi olan 4 nəfər edam olunub. Son hadisə göstərir ki, İranla İsrail və Qərb arasında “nüvə savaşı” davam edəcək.

Kənan Rövşənoğlu

Yorumlar