KAFKASSAM – Kafkasya Stratejik Araştırmalar Merkezi

  1. Anasayfa
  2. »
  3. Gündem
  4. »
  5. İranın növbəti ali dini lideri kim olacaq?

İranın növbəti ali dini lideri kim olacaq?

Kafkassam Editör Kafkassam Editör - - 8 dk okuma süresi
442 0

دیدار مسئولان و فرماندهان نیروی هوایی ارتش

İranda etirazlar başa çatsa da, təsirləri hələ də davam edir. Bu etirazlar Yaxın Şərqin stabil qalmağı bacaran ölkəsi İranın əslində heç də düşünüldüyü kimi stabil olmadığını göstərdi. Əlbəttə ki, İran Yaxın Şərqin digər dövlətlərindən fərqləndirən ən önəmli ünsürü ölkədə höküm sürən teokratik rejimdir. Daha aydın ifadə etsəm şiə molla rejimidir.
1979-cu ildə Şah Məhəmməd Rza Pəhləvinin devrilməsi ilə nəticələn inqilab İranda Ruhullah Musəvi Xomeyni öndərliyində İslam Respublikası yaradılmış və şiəlik dövlət səviyyəsinə qaldırılmışdır. Xomeyninin ardından isə İranın 2-ci Ali Rəhbəri İran İslam Respublikasının 3-cü prezidenti İslam Respublikası Partiyasının lideri əslən azərbaycanlı olan Əli Xamenei İranın dini lideri oldu.İranda baş verən etirazlar sorası İranın ali dini liderinin yaşından iləri gələn xəstəliyi şaiələri yayılmağa başlandı.Bu şaiələr istər dünya istərsədə müsəlman aləmini düşündürən bir sual ordaya çıxartdı.
İranın növbəti Ali dini lideri kim olacaq?
Bu sual indiki gərgin dövrünü yaşayan Yaxın Şərq və müsəlman aləmi üçün də aktual sualdır. Ayətullah Əli Xameneyinin siyasi varisinin kim olacağı mövzusu xeyli zamandır gizli gündəmin ön sırasındadır. İranın növbəti dini liderinin kimliyi mövzusu həddən artıq həssas məsələdir. Məsələ ondadır ki, dini lider dini bilikləri, siyasət təcrübəsindən də daha çox çoxmillətli, mürəkkəb İran cəmiyyətində qəbul olunan bir şəxs olmalıdır. Üstəlik, nəzərə almaq lazımdır ki, söhbət yalnız İrandan deyil, həm də şiə və bütövlükdə müsəlman aləminə mümkün təsirdən gedir.
Növbəti lider azərbaycanlı fars, yoxsa ərəb olacaq?
Nəzərə almaq lazımdır ki, İranda böyük etnik qrup olan azərbaycanlıların hazırkı rejimə bağlılığında indiki dini liderin türk olması amili də rol oynayır. Əvvəla yeni dini liderin kim ola biləcəyi versiyalarından qabaq onu seçəcək Məsləhət Şurası barədə bəhs etmək lazımdır. Məsləhət Şurası İranda ən yüksək dövlət qurumu hesab olunur.Şuranın formal olaraq vəzifəsi Konstitusiyanı Mühafizə Şurası və parlament arasında qanunların təsdiqi ilə bağlı anlaşmazlıqların aradan qaldırılması, həmçinin İranın ali dini liderinə siyasi və hərbi məsələlərlə bağlı məsləhət orqanı funksiyası həyata keçirir. 35 nəfərdən ibarət Şuranın üzvlərini Vatikanda ki “Konklave“ bənzətmək olar.
Qeyd edim ki, “Konklave“ Roma papasının seçilmə şurasıdır. Yeni dini lider kim ola birlər? Sözün düzü bu gün İranda bu posta namizəd çoxdur. Nəzərə alsaq Məsləhət Şurası nəznində 35 şəxs var demək bu 35 namizəd deməkdir. Lakin mən 2 güclü namizədin olduğunu düşünürəm. Bunlar hazırki prezident Həsən Ruhani və hazırki dini liderin nəvəsi Əli Xomeynidir.
İranda son illərdə Ruhani komandası ilə hazırkı dini liderə bağlı camiə arasında bir gərginlik müşahidə olunur. Xüsusən də dini liderə sıx bağlı olan hərbi elita ilə Ruhani komandası arasında müxtəlif mövzularda üzə çıxan anlaşmazlıqlar da qismən təsdiqlənir. Ruhaninin hərbi elitanı öz tərəfinə çəkməyə çalışır. Məsələ ondadır ki, həm daxili idarəçilik, həm də xarici siyasətlə bağlı hazırkı hökumətlə “mühafizəkar” camiə arasında fikri ayrılıqları var.
“İslahatçılar” İranın xaricdəki fəaliyyətlərinə qarşıdır, eləcə də Qərblə güzəşt və anlaşmağa meyllidir. Əks cəbhə isə əksini, daha aktiv xarici siyasət və daxilə hesablanmış “müdafiə iqtisadiyyatı” qurmağı təklif edir. Digər bir iddialı namizəd isə İran ali dini lideri İslam inqilabının qurucusu Ayətullah Ruhullah Xomeyninin nəvəsi Əli Xomeyni ola bilər. Bu istiqamətdə müəyyən proseslər artıq özünü büruzə verir. Məsələ ondadır ki, Əli Xomeyni inqilab liderinin nəvəsidir. Dini təhsili var, dini dairələrdə qəbul olunur. Maraqlıdır ki, indiki dini lider də ayətullah Xomeyninin qardaşı, “islahatçılara” yaxın Həsən Xomeynidən fərqli olaraq Əli Xomeyniyə daha isti münasibət göstərir. Seyid Əli Xomeyni xalq arasında “Kiçik Əli” kimi tanınır.
Ayətullah Ruhullah Xomeyni xəstəxanada olarkən çəkilmiş şəkilləri ilə məşhurlaşıb. Deyilənə görə, Əli Xomeyni baba Xomeyninin ən çox sevdiyi nəvəsi olub. Ruhullah Xomeyni onun barəsində “Mən Əlinin üzündə nur və nur üstünə nur görürəm”, yazıb. Əli Xomeyni həmçinin Ayətullah Seyid Əli Sistaninin kürəkəni və tam ixtiyarlı nümayəndəsi Seyid Cavad Şəhristaninin kürəkənidir. Onların kəbinini Seyid Əli Sistani özü kəsib. Bundan başqa, çıxışlarında Ruhullah Xomeyninin qurduğu Vilayəti-Fəqih sistemini ciddi müdafiə edən Əli Xomeyni həmçinin İranla düşmən mövqedə olan Amerika rəhbərliyini də sərt tənqid edir. Trampın İrana qarşı sərt çıxışlarına kəskin mövqe sərgiləyən Əli Xomeyni həmçinin “Xalqın Mücahidləri” terror qruplaşmasının inqilabdan sonra edamlarını da müdafiə edən sözlər danışıb. Ölkədə olan iqtisadi və siyasəti vəziyyəti də tənqid edən Əli Xomeyni, hökuməti xalqın rifahının yaxşılaşdırmasına çağırır və xalqın problem və çətinliklərinin dinlənilməsinin zəruri olduğunu bildirir. Ruhani tələbələrlə görüşlər keçirən Əli Xomeyni ruhaniləri xalqın problemlərinin həllində yaxından iştirak etməyə dəvət edib. Ruhanilərlə sıravi camaat arasında yaranmış məsafəni yığışdırmanın zəruriliyini diqqətə çatdırır və xalqla sıx ünsiyyətdə olmağa səsləyir. Belə görünür ki, son zamanlar Əli Xomeyni sürətlə babasının qurduğu sistemin olimpinə yaxınlaşır. Bir çox kriteriyalara görə dini lider statusuna Əli Xomeyni xeyli dərəcədə uyğundur. Sadəcə yaşı bir qədər gəncdir. Əli Xomeyninin 33 yaşı var. Ancaq hələlik zaman var, ayətullan Xameneyi iş başındadır və Əli Xomeyninin yaş və təcrübə qazanması üçün zamanı çoxdur.

Turan Rzayev,
Qərbi Kaspi Universitetinin Tətbiqi Politologiya Mərkəzinin eksperti

İlgili Yazılar

Bir cevap yazın

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir