İsrail baş naziri Benyamin Netanyahunun Moskvaya səfərindən sonra, İsrail hərbi aviasiyası Suriyada “Hizbullah” silahlılarının mövqelərinə ardıcıl olaraq əməliyyatlar keçirir. Hizbullaha aid olan silah anbarları və mövqeləri bombardman edilir. Qeyd edim ki, Hizbullahın əsas hərbi-lojistik dəstəkçisi İrandı. Hazırda Hizbullah silahlıları İran tərəfindən idarə olunur. İsrail tərəfindən, Hizbullah demək, İran deməkdir. İran çalışır ki, Suriyada hərbi iştirakını genişləndirərək, burada əsas hərbi baza yaratsın. Suriyada əsas söz sahibi olmaqla yanaşı İsrailə qarşı “Hizbullah” tərəfindən təzyiqlər etsin. İranın Suriyada əsas söz sahibi olması və güclənməsi, rəsmi Kremli də narahat edir. Baxmayaraq ki, iki ölkə Əsəd rejiminin dəstəkçisidi. Buna baxmayaraq, Suriyanın gələcəyi və burada möhkəmlənmək barədə hər birinin ciddi planı var. Hətta Suriyada hakimiyyətdə olan BƏƏS partiyasının siyasi istibleşment arasında Rusiya və İran qruplarına bölünən qüvvələr var. Bu ruplar arasında da mübarizə səngimək bilmir. Bu, İran -Rusiya siyasi mübarizəsidir. Rusiya çalışır ki, İranı Suriyadan müəyyən yollarla sıxışdırsın və ölkədə Əsəd üzərində əsas söz sahibi olsun. Benyamin Netanyahunun məhz Putinlə görüşdən sonra, Suriyada “Hizbullaha”qarşı əməliyyatları, İranın dəstəklədiyi qüvvəni vurması, İranın Suriyada zəiflədilməsi planının tərkib hissəsidir. Kreml İsrailə Əsəd ordusuna qarşı əməliyyat keçirilməməsini qəti tapşırıb. İsrail səhvə yol verəndə Kreml tərəfindən ciddi xəbərdarlıq edilib. İranın Yaxın Şərqdə güclənməsi, görünür İsraili narahat edir. Qeyd edim ki, ABŞ rəsmi Təl-Əviv vasitəsilə Moskva ilə ortaq məxrəcə gəlib, Suriyada İranın zəiflədilməsinə çalışır. Dəməşqdə artıq, mötədil muxalifətlə terrorçu təşkilatlar Əsəd qüvvələrinə qarşı hücuma keçib. Görünən odur ki, ABŞ və Ərəb ölkələrinin dəstəklədiyi atəşkəs əldə olunmasa, Suriyada sülhdən danışmaq əbəs olacaq. Muhsmmed Asadullazade
İrana qarşı İsrail-Rusiya ittifaqı mı
256 0

Kafkassam Editör
Yeni bir dünyaya uyanmak, dünyayı yeniden okumak isteyenler için, söylenecek sözü olanlar için merkezi Ankara’da olan KAFKASSAM’ı kurduk. Erivan, Bakü, Tiflis, Tebriz, Grozni, Moskova, Mahaçkale, Nazrin, Nalçik, Saratov, Ufa ve Sochi’de ofislerimiz temsilcilerimiz var. Kafkassam genelde kafkasya çalışmak için kuruldu Kafkasya genelinde çalışır. Ermenice Rusça Gürcüce İngilizce dillerinde yayın yapan kafkassam genç akademisyen ve stratejistlerle çalışmaya özen gösterir. KAFKASSAM’ın internet sitesi 2 Ocak 2010’da yayına girdi. İnternet sitesinde Kafkasya’daki ülkeler ve Türkiye ile ilişkileri hakkında makaleler, ropörtajlar, analizler ve yorumlara yer verilmektedir.