Kurtları seven Rus işadamı, Türklerin desteği sayesinde internetin yıldızı oldu

AVRUPA KOMİSYONU BAŞKANININ MEŞRUİYETİNİ TARTIŞABİLİRİZ… AMA ŞİMDİ DEĞİL!

ABD yeni savunma sekreter vekili Mark Esper

Esper: F 35 tam kapasite kullanılamayacak

İrana qarşı “cəbhə”yə Britaniya da qoşuldu

İran 12 Temmuz 2019
13

Bu dəfə ingilis gəmilərinə hücum oldu, Vaşinqton isə İrana qarşı dəniz koalisiyası yaradır…
ABŞ-İran gərginliyi davam etdiyi bir vaxtda bu dəfə İranla Britaniya arasında gərginlik müşahidə olunur. Ötən gün ABŞ rəsmiləri İran İslam İnqilabı Keşikçiləri Korpusu döyüşçülərinin Hörmüz boğazının cənubunda Britaniyaya məxsus “British heritage” adlı neft tankerinə hücum etdiyini bəyan edib. Məlumatda bildirilir ki, iranlı hərbçilərin olduğu 5 kater neft tankerini ələ keçirməyə çalışsa da, bölgədə Britaniya hərbi gəmisinin xəbərdarlığından sonra geri çəkilib.

Qeyd edək ki, İranla Britaniya arasında gərginlik ötən həftə yaşanıb. İyulun 4-də İngilis hökumət qüvvələri Cəbəllütariq boğazından keçən İrana məxsus və 600 min ton xam neft daşıyan tankeri saxlayıb. Bildirilib ki, tanker Suriyaya neft apardığı üçün Avropa Birliyinin Suriyaya tətbiq etdiyi sanksiyalara əsasən Krallıq donanması İrana məxsus tankerə həbs qoyub. Bu hadisə İranla İngiltərə arasında gərginlik yaradıb. İran hökuməti bu hərəkətin cavabsız qalmayacağını bildirib. Bundan sonra rəsmi London bəyan edib ki, Bəsrə körfəzində hərəkət edən İngiltərəyə məxsus ticarət gəmiləri Britaniya Hərbi Donanması gəmiləri tərəfindən müşayiət olunacaq.

Lakin bu xəbər yayıldıqdan az sonra İran hökumətindən təkzib gəlib. İslam İnqilabı Keşikçiləri Korpusu (Sepah) rəsmi açıqlama yayaraq “British Heritage” adlı gəmini dayandırmağa cəhd edilməsi ilə bağlı məlumatın yalan olduğunu bəyan edib. “Sepah”a yaxın “Fars” Agentliyində yayılan məlumatda qeyd olunur ki, son 24 saat ərzində İran patrulları hər hansı əcnəbi gəmi ilə qarşılaşmayıb. Ancaq bu hadisə yenidən Cəbəllütariqdə saxlanılan İran gəmisi ilə bağlı qalmaqalı yada salıb.

Xatırladaq ki, Cəbəllütariq muxtar bölgəsinin məhkəməsi gəminin daha 14 gün həbsdə qalacağını bildirib. Rəsmi Tehran isə buna görə Londonun cavab verəcəyini bildirib. İran prezidenti də iki gün əvvəl deyib ki, Cəbəllütariqdə İran gəmisinin həbs olunmasının “əvəzi olacağını” bildirib. Həsən Ruhani Cəbəllütariqdə baş verənləri “axmaqcasına bir davranış” adlandırıb.

ABŞ ordusu isə baş verənlərdən sonra hərəkətə keçib. Baş qərargah rəisi Cozef Danford bildirib ki, ABŞ İran və Yəmən ətrafında təhlükəsizliyi təmin etmək üçün beynəlxalq hərbi koalisiya qurmaq istəyir. General deyib ki, ABŞ gəmilərin azad şəkildə üzə bilməsini təminat altına almaq istəyir. O, artıq bununla bağlı bir sıra ölkələrlə danışıqlar aparıldığını qeyd edib. Onun sözlərinə görə, digər ölkələr də mülki gəmiləri dənizlərdə müşayiət edir.

Qeyd edək ki, ötən həftə İsrail mətbuatı ABŞ, İsrail və Böyük Britaniyaya qırıcı-bombardmançıların Suriya və İran üzərində birgə təlim uçuşları həyata keçirdiyi haqda xəbər yayıb. Iddialara görə, təyyarələr döyüş mühiti şəraitində qarşılıqlı fəaliyyət hazırlayır. Pentaqon əvvəllər 12 ədəd “F-22”-i Qətərdəki əl-Udəyd hərbi bazasına göndərib.

İsrailin diplomatik idarəsinin başçısı Kats Qretsliyada milli təhlükəsizlik, regional və beynəlxalq problemlər üzrə Konfransda İranın Fars körfəzi ölkələrinə və İsrailə qarşı savaşa başlaya biləcəyi və qabaqlayıcı hərəkətlərə hazır olmağın gərəkdiyi haqda bəyanat verib.

“Biz buna hazır olmalıyıq və İsrail dövləti buna görə də eskalasiya (hərbi münaqişə – NG.) zamanı qaçılmaz ssenarilərə reaksiya verməli olacağı hal üçün öz hərbi gücünü artırır”. Kats SAXAL radiosunun efirində çıxış edərək söz verib ki, yəhudi dövləti “hətta təkbaşına hərəkət etməli olarsa da, İrana nüvə silahın yaratmaq imkanı verməyəcək”. “Mossad”ın (İsrailin xarici kəşfiyyatı) direktoru İosif Koen bir gün qabaq həmin konfransda bütünlükdə bölgə üçün İran təhlükəsindən danışıb.

İsrailin “Haaretz” qəzeti isə hərbi qaynaqlara istinadən İsrail, Amerika və Britaniya HHQ F-35 bölmələrinin Suriya və İraq əraziləri üzərində son zamanlar həyata keçirilən birgə uçuşları haqda bildirir. Bəllidir ki, ABŞ-ın beşinci nəsil F-35 bombardmançılarını satdığı bütün ölkələr avtomatik şəkildə onlardan istifadənin Birləşmiş Döyüş Proqramına qoşulur. Bu növ bütün təyyarələrin elektron kompleksləri vahid idarə sisteminə inteqrasiya olunmaq imkanını nəzərdə tutur.

Britaniya Kral HHQ-nin altı F-35B qırıcısı mayda Kiprə “Akrotiri” bazasına gəlib. Onlar “İldırımsürətli şəfəq” əməliyyatı çərçivəsində hərəkət edirlər. Birləşmiş Krallığın Müdafiə Nazirliyinin inandırmalarına görə, Britaniya F-35-ləri artıq ümumi uçuşu 225 saat olan 95 uçuş edib. İsrailin beşinci nəsil qırıcı-bombardmançıları öz aerodromlarından hərəkət edir, Amerikanınkılar isə BƏƏ-də ABŞ HHQ-nin bazasında mənzillənib. Amerika mətbuatı ötən həftə 12 ədəd F-22 “görünməz” qırıcının Qətərdəki əl-Udəyd bazasına göndərildiyi haqda məlumat verib.

Bütün bu xəbərlər Fars körfəzində ABŞ-İran gərginliyinin yaşandığı bir zamanda yayılır. Belə görünür ki, ABŞ-ın İrana qarşı koalisiyasında Britaniya da olub. Böyük Britaniya uzun illər Yaxın Şərq regionunun əsas oyunçusu olsa da, İkinci Dünya Müharibəsindən sonra aparıcı mövqeyini ABŞ-a güzəştə getməli olub. Lakin bununla belə Britaniya Krallığı hələ də regionda əsas güc sahiblərindən biridir. ABŞ-ın ötən əsrdə İrana, daha sonra İraqa hərbi müdaxiləsi zamanı əsas müttəfiqi Britaniya hökuməti olub. İndi isə artıq İranın Fars körfəzində düşməni yalnız ABŞ deyil, həm də Böyük Britaniyadır.

Kənan Rövşənoğlu,
“Yeni Müsavat”

Yorumlar