KAFKASSAM – Kafkasya Stratejik Araştırmalar Merkezi

  1. Anasayfa
  2. »
  3. Gündem
  4. »
  5. İrana qarşı ABŞ sanksiyaları Azərbaycana təsir edə bilərmi?

İrana qarşı ABŞ sanksiyaları Azərbaycana təsir edə bilərmi?

Kafkassam Editör Kafkassam Editör - - 4 dk okuma süresi
318 0

“Noyabrın 5-dən ABŞ-ın İrana qarşı embarqolarının növbəti – ikinci və daha sərt dalğasını tətbiq etməsi, bu ölkənin neft-qaz satışını məhdudlaşdırmaqla iqtisadi-sosial, ən əsası isə siyasi problemlərə yol açacaq”.

Cebhe.info xəbər verir ki bunu siyasi şərhçi Məhəmməd Əsədullazadə deyib.

Onun sözlərinə görə, bununla Vaşinqtonun əsas siyasi hədəfi İran daxilində kütləvi etiraz aksiyalarına nail olaraq, hakimiyyətə müqaviməti artırmaqla, rejimi dəyişmək yaxud da İranı təslimçi nüvə müqaviləsinə imza atdırmaqdır:

“Vaşinqton iki hədəfindən birinə nail olmayınca, İran siyasətindən geri çəkilməyəcək. Qeyd edim ki, sanskiyaların təsirindən ağırlaşan sosial problemlər, inflyasiya, milli valyutanın dəyərdən düşməsinin nəticəsində əhali fasiləsiz etirazlara başlayarsa, Tehran rejimi nümayişlərin qarşısını ala bilməyəcək. Bu iğtişaşlar silahlı qarşıdurmaya yol açar, vətəndaş müharibəsi alovlanar. Bu da sonda hakimiyyətin devrilməsinə gətirib çıxara bilər.

Məhz İrana tətbiq olunan sanksiyalar, nüvə sazişindən birtərəfli çıxmaq, Vaşinqtonun Yaxın Şərq planın reallaşması istiqamətində İranı taktiki cəhətdən zəiflətmək, onun əl-qolunu bağlamaqdır. Artıq Vaşinqton prosesə başlayıb, siyasi hədəflərinə çatmaq üçün mümkün variantlardan istifadə edəcək”.

Politoloq vurğulayıb ki, Vaşinqtonun “SWİFT” sistemindən İranı çıxarması, maliyyə sistemində ölkədə ciddi böhrana yol açacaq:

“Bu da bank sistemini, beynəlxalq maliyyə əməliyyatlarını çətinləşdirəcək. Bir məsələni qeyd edim ki, sanksiyalar ciddi böhrana gətirib çıxarsa, neft satışında problemlər ortaya çıxarsa, İran Yəməndə husilər vasitəsi ilə Səudiyyə Ərəbistanın neft-qaz yataqlarına raket zərbələri endirəcək. Həmçinin, Birləşmiş Ərəb Əmirliklərinin neft-qaz infrasturukturunu hədəfə alacaq. Bu da regionda Yəmən müharibəsinin miqyasının genişlənməsinə gətirə bilər. Problemlərin tez bir zamanda inkişaf etməməsi üçün odur ki, Vaşinqton 8 ölkənin İrandan neft alışına bir qədər “yaşıl işıq” yandırıb. Bir müddətdən sonra 8 ölkə neft alışını dayandırsa, İran danışıqlara deyil, aqressiyaya gedərsə, körfəzdə müharibə alovlana bilər”.

Politoloq hesab edir ki, hazırda bu sanksiyalara görə İran hakimiyyət sturukturlarında ciddi fikir ayrılıqları ortaya çıxıb. İranın xarici işlər naziri Məhəmməd Cavad Zərif ABŞ-la danışıqların aparılmasının tərəfdarıdı. Bunu dəstəkləyənlər də var.

“Digər qrup isə mühafizəkar baxışlıdı, axıra kimi bu xətti qorumağı tələb edir. Sanksiyalar İran rejimini daxildən parçalamağa doğru aparacaq.

Qeyd edim ki, bu sanksiyalardan sonra İran əhalisi Fələstində Həması, Livanda Hizbullahı, Yəməndə şiə-zeydi husilər, Suriyada müharibəyə vəsait ayırmasına etiraz edəcək. Bundan əlavə İranın artıq, bu silahlı birləşmələrə vəsait ayırmağa maliyyəsi olmayacaq. Çox güman ki, İran Rusiyadan bu hərbi təşkilatların maliyyələşdirilməsini xahiş edəcək.

Göründüyü kimi, İranın Yaxın Şərqdə hərbi-siyasi hərəkətliyinə Vaşinqtonun dur demək vaxtdı çatdı. Rəsmi Tehran Körfəzdə neft daşımasının qarşısını almaq üçün boğazı bağlamağa cəhd etsə, bu regional müharibəyə gətirib çıxaracaq.

İrana tətbiq edilən sanksiyalar Azərbaycana ciddi təsir etməsə də, İranla birgə müəssisələrin və ortaq layihələrə təsir edəcək”.

Alçina Amilqızı
Cebhe. info

İlgili Yazılar

Bir cevap yazın

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir