KAFKASSAM – Kafkasya Stratejik Araştırmalar Merkezi

  1. Anasayfa
  2. »
  3. İran
  4. »
  5. İrana mesaj var?

İrana mesaj var?

Kafkassam Editör Kafkassam Editör - - 2 dk okuma süresi
368 0


Bugünlərdə çox maraqlı hadisə baş verib. Rusiyanın İrandakı səfiri Levan Caqaryan və İngiltərənin İrandakı səfiri Simon Şerkliff 1943-cü il Tehran konfransının keçirildiyi tarixi kreslolarda görüşüb, foto paylaşıblar.

Bu görüş İranda birmənalı qarşılanmayıb.

İran Xarici İşlər naziri Cavad Zərif tvitter hesabında görüşə belə reaksiya verib: “Bu gün çox uyğunsuz bir şəkil gördüm. Xatırlatmalıyam ki, 2021-ci ilin avqusti nə 1941-ci ilin avqustudur, nə də 1943-cü ilin dekabrı.

İran xalqı Birgə Hərtərəfli Fəaliyyət Planı [İran nüvə sazişi] danışıqları da daxil olmaqla göstərdi ki, onların taleyi heç vaxt xarici səfirliklərin və ya xarici qüvvələrin verdiyi qərarların subyekti ola bilməz”.

Qeyd edək ki, sözügedən görüşə başqa cür qiymət verənlər də var. Bəzi politoqlar iddia edir ki, Rusiyalı səfir ABŞ-ı trollamaq istəyib və bunun üçün İrana yeni səfir təyin olunan İngiltərəli diplomat Simon Şerkliffdən istifadə edib.

Bəs yaxşı, 1943-cü ildə bu kresloda kimlər oturmuşdu? Nələr müzakirə edilmişdi?

Tehran Konfransı İranın İngiltərə-Sovet işğalından 2 il sonra, 1943-cü il noyabrın 28-dən 1 dekabr tarixinə qədər İosif Stalin, Franklin D. Ruzvelt və Uinston Çörçillin arasında keçirilən strateji görüş idi. Həmçinin, bu görüş “Böyük Üçlük” (SSRİ, ABŞ və İngiltərə) müttəfiq ölkələri liderlərinin İkinci Dünya Müharibəsi konfranslarının birincisi idi.

İlgili Yazılar

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir