Rus uzman: DTÖ neden ABD’nin Türkiye’ye yönelik yaptırımlarına sesini çıkarmıyor?

Nikol Paşinyla Respublikaçılar Partiyası arasındakı gərginlik getdikcə qızışır

Türkiye’de dinlerarası diyolog fetöcülerden sonra Selefi RABITA tarafından yürütülüyor!

Rus televizyon: O gece NATO neden Erdoğan’a yönelik olası suikasta göz yumdu

“İran və ABŞ Türkiyəni Kürdüstanın müstəqilliyi ilə təhdid edir”

Gündem 7 Kasım 2016
516

“Yaxın Şərqdə vəziyyət davamlı olaraq dəyişir. Hər yeni yaranan siyasi vəziyyətin iştitakçısı olmağa çalışan İraq regional hökuməti(Kürdüstan muxtariyyəti) bəzən daha ön plana çıxaraq əvvəlcədən yazılmış ssenaridə rol oynayan kimi görünür”. Bunu SİA-ya açıqlamasında Ankarada fəaliyyət göstərən Qafqaz Strateji Araşdırmalar Mərkəzinin (KAFKASSAM) sədri, politoloq Hasan Oktay Kürdüstan dövlətinin yarana bilmə ehtimalını şərh edərkən bildirib.

Onun sözlərinə görə, 1992-ci ildən başlayaraq bu, belə davam etməkdədir: “İraq regional hökumətinin(İraq Kürdüstanı) müstəqilliyi gündəmə gələndə, bunun ilkin olaraq Türkiyəyə zərər verə biləcəyi deyilir. Bu fakt üzərindən Türkiyə adətən təhdid edilir. Halbuki hazırda tək Türkiyə tərəfindən İraqdakı regional hökumətin ayaqda qalmasına çalışılır. Bunun səbəbi isə Türkiyənin kürd məsələsinə yanaşmasıdır. Türklər bütünlüklə kürdlərə qarşı deyil, separatçı, bölücü, Türkiyə ərazisində terror törədən kürdlərə qarşıdır. Bu kimi hərəkətlər hansı tərəfdən törədilirsə, Ankaranın reaksiyası eynidir. İŞİD-ə qarşı Türkiyənin apardığı mübarizə də bu çərçivədədir. İraq regional rəhbərliyinin hazırda ən böyük düşməni Türkiyə yox, İrandır. Çünki ABŞ- İran ittifaqı İraqın ərazi bütövlüyü prinsipi üzərində əldə olunan bir razılaşmadır. İran İraqla bağlı söz sahibi olmaq istəyir, bunun üçün də İraq regional hökumətinə qarşıdır. Türkiyə regional rəhbərliyə daha isti münasibət göstərərkən, İran qəti olaraq bunun əleyhinə gedir və ona son qoyulmasını istəyir. İran və ABŞ Türkiyəni regional rəhbərliyin müstəqilliyini gündəmə gətirərək təhdid edirlər. Bu təhdid üzərindən Türkiyə regional hökumətlə əlaqələrini kəsərsə, onun varlığına son qoyular və bununla da İranın bütünlüklə İraqa hakim olması kimi gözləntisi var”.

Politoloq hesab edir ki, Mosuldakı hadisələrdən Türkiyəni uzaqlaşdırmaq üçün ABŞ-İran ittifaqı Ankaranı regional rəhbərliyin müstəqilliyi ilə təhdid edir: “Bu, Türkiyə üçün ciddi bir təhdid olmaqla bərabər, həm də mümkünsüzdür. Bərzani hökuməti də belə bir şansın olmadığını bilir. Müstəqil olsa belə, qısa zamanda İran tərəfindən yıxılar. Ona görə də regional hökumət adı altında varlıqlarını davam etdirən kürdlər Türkiyə ilə daha yaxşı əlaqələr yaratmaqla bölgədə yox olmaq deyil, xilas olmaq yolunu seçəcəklər”.

Yorumlar