KAFKASSAM – Kafkasya Stratejik Araştırmalar Merkezi

  1. Anasayfa
  2. »
  3. Gündem
  4. »
  5. İran daxilində İslahatçılarla Mühafizəkarlar arasında ziddiyətlər

İran daxilində İslahatçılarla Mühafizəkarlar arasında ziddiyətlər

Kafkassam Editör Kafkassam Editör - - 16 dk okuma süresi
304 0

2017-ci ilin dekabr ayının 28-də İranda başlayan etiraz aksiyalarının səbəblərini daxili siyasətdə əvvəl yaşanmış bir neçə faktda tapmaq olar. Bu prizmadan məsələyə yanaşaraq, İrandakı hadisələrə fərqli aspektdən analiz etmək maraqlı olardı. Düşünürəm ki, hazırda İranda yaşananları səbələrini Rəfsəncaninin ölümündə, eləcə də mühafizəkarla fikir toqquşmalarında axtarmaqda böyük fayda var. İran dövlətinin daxilində, xüsusən də xarici siyasətlə bağlı iğtişaşlar fonunda, hər ötən gün differansial baxışların mövcud olduğu üzə çıxır. Görünən odur ki, mühafizəkarlar və islahatçılar arasında hakimiyyət daxili müəyyən mənada ziddiyyətlər yenidən baş qaldırıb. Əslində bunun səbəblərindən biri İranın dünyadan təcrid olunması, iqtisadi sankiyalar timsalında mühafizəkar kəsimin apardığı marginal siyasətdir ki, bu da nəticə etibarı ilə islahatçıları narahat edən ciddi məqama çevrilib. Elə bunun nəticəsidir ki, hal-hazırda İranda yaşanan siyasi-sosial proseslər digər tərəfdən də, mühafizəkarlarla islahatçılar arasındakı, belə demək mümkündürsə, antoqonist münasibətlərin ən yüksək formada təcəssümüdür. Bəzi nüanslara diqqət etsək görərik ki, İranın mərhum Prezidenti Haşimi Rəfsəncani 2012-ci ildə görüşlərinin birində açıq şəkildə belə bir fikir səsləndirdi. O, deyirdi ki, ölkədə problemlərdən çıxış yolu azad seçkilərin keçirilməsindədir. Azad seşkilərin keçirilməsi xalqda etimad və inam yaradacaq. O, daha sonra bildirmişdir ki, İran daxilindəki inflyasiya və milli valyutanın dəyərinin düşməsi ilə müşahidə olunan iqtisadi çətinliklərdən xilas yolu azad seçkilərin keçirilməsidir. Bu fikirlərdən aydın görünür ki, İran hökuməti daxilində seçkilərlə, eləcə də hazırkı rejimin hədsiz qapalı və sərt olması ilə bağlı narazıçılıqlar var. Bu etiraz özü də İslam İnqilabında vacib rol oynamış bir fiqur tərəfindən dilə gətirilir. Başqa bir fakta diqqət yetirsək görərik ki, 2009-cu ildə Rəfsəncani Obama hökumətini siyasətini dəyişməyə səslədi. Bu əslində konstruktiv danışıqlara dəvət, başqa adla bir masa ətrafında problemləri müzakirə edib həll yolu tapa bilərik mahiyyəti daşıyan çağırış idi. O, əslində nüvə danışıqlarına, “altılıq ölkələri”nə böyük ümid bəsləyirdi. Elə bunun nəticəsi idi ki, Rəfsəncani 2009-cu ildə ABŞ-ın İranda danışıqlarda təmsil edən İsveçrəyə göstərdiyi fəallığa görə, ayrıca təşəkkür etmişdir. Bundan savayı o, Səudiyyə Ərəbistanı ilə də münasibətlərin bərpasına cəhd edirdi, məsələn, 2014-cü ilə onun Səudiyyə Ərəbistanına səfər edəcəyi ilə bağlı xəbərlər yayılmışdır. Məhz onun yazdığı məktub sayəsində 2014-cü ildə Səudiyyə rəhbərliyi Şeyx Nəmrin edam olunmasını ləğv olunmuşdur. Nüvə sazişi, Rəfsəncaninin ölümü və yüksələn Ruhani Nəhayət, 12 il davam edən nüvə müzakirələri 2015-ci ildə İranla “altılıq” ölkələri arasında imzalandı. Bu, Rəfsəncani-Ruhani tandem başda olmaqla islahatçıların böyük uğuru idi. Təbii ki, daxildə mühafizəkarları əldə olunmuş bu razılaşma o qədər də qane etmədi. Nüvə razılaşmasından sonra İran ilə Avropa arasındakı buzlar tədricən əriməyə başladı. Hər iki tərəf hərəkətə keçərək bir sıra iqtisadi razılaşmalar imza atdılar. Bəs, sonra? Sonrası Ruhanin bacarığını həzm edə bilməyən mühafizəkarlar tərəfindən müxtəlif yollarla əngəlləndi. Bütün bunlar İran hökumətində kulis arxası siyasi ziddiyyətlərin olmasına dəlalət edir. Rəfsəncani Ruhaninin Prezident seçilməsi zamanı belə bir münasibət bildirmişdir: “Çox sevinirəm ki, məndən daha enerjili olan bir şəxs prezident postuna seçilib. Əlimdən gələn köməyi edəcəyəm, nə qədər ki, sağam, yeni prezident Həsən Ruhaniyə dəstək verəcəyəm”. O, sonra əməkdaşlıqla bağlı çox vacib fikirlər səsləndirmişdir: “Ümid edirəm ki, başqaları da Həsən Ruhani ilə əməkdaşlıq edərək ona yardım göstərəcək. Bizim ölkədə çox problem var. Lakin arzu edirik üzümüzə elə bir yol açılsın ki, mövcud problemləri aradan qaldırmaqla yanaşı dünya birliyi ilə də dil tapa bilək. Hesab edirəm ki, biz özümüzə düşmən yaratmamalıyıq. Yaxşısı budur dünyada başqaları ilə dil taparaq hamı ilə ünsiyyətdə olaq”… Birinci məqam – Rəfsəncani yenə öndə Məsələn, nüvə sazişindən qısa müddət sonra Almaniya xarici işlər naziri nümayəndə heyyəti ilə İrana səfər etdi. Səfərin standart tərəfləri bəllidir. Maraqlı tərəfi o zamankı Almaniya XİN rəhbəri Ştaymayerin özəlliklə Rəfsəncani ilə görüş keçirtməsi idi. Bu fakt bir daha İranda islahatçıların, həmçinin Rəfsəncaninin reputasiyasına bir işarədir. İkinci məqam – Avropa turnesi (Fransa, İtaliya, reallaşmayan Almaniya) Həsən Ruhani 2016-cı ildə, sanksiyaların aradan qalxdığı bir ərəfədə Avropaya (Fransa, İtaliya) iqtisadi-siyasi turneye çıxdı. Maraqlıdır ki, Ruhaninin bu fəallığını İran daxilində mühafizəkarlar heç cürə qəbul edə bilmirdilər. Nəticədə mühafizəkarların eqalitar davranışları hökumət daxildəki uçurumu bir qədər də kəskinləşdirdi. Ruhanin Avropa səfərini İslam İnqilabı Keşikçiləri Korpusu ən yüksək səviyyədə təniq etdi. Mühafizəkarlara görə, bu səfər Xamaneyinin “dirəniş iqtisadiyyatı”na qarşı xəyanətkar addım idi. Hətta həmin səfərlə bağlı bəzi mühafizəkarlar Ruhanini və onun administrasiyasının İran üçün ən böyük təhtid adlandırdılar. Bundan başqa mühafizəkarlar Ruhanin Fransa və İtaliya səfərlərini ciddi bir şəkildə, əsası olmayan arqumentlərlə tənqid etdilər. Beləcə, İrana çox şey qazandıracaq, yəni Fransa ilə 22 milyard, İtaliya ilə isə 17 milyard avro dəyərində imzalanmış müqavilələr kənarda qaldı. Bütün bunların fonunda Almaniyanın Ruhanini səfər dəvət etməsi isə təsirsiz oldu. Çünki İran daxilində artıq Ruhaniyə qarşı təzyiqlər artmışdır və Almaniya səfəri şübhəsiz ki, vəziyyəti bir qədər də paroksistik istiqamətə yönəldə bilərdi. 2016-cı ildə Hameynin yazdığı məktub ziddiyyətlərə bir qədər də işıq saldı. Belə ki, ABŞ-ın İranla əlaqədar iqtisadi sanksiyaları aradan qaldırması məsəlində dini lider Xamaneyi Ruhaniyə məktub yazaraq Birləşmiş Ştatlara inanmamağa çağırdı. Məktubda deyilir: “Ölkə iqtisadiyyatının problemlərinin artması timsalında iqtisadi embarqoların aradan qaldırılması yetərli deyil. Bu işlərə cavabdeh şəxslər daha çox səy göstərməlidirlər. Birdaha vurğulayıram, başda ABŞ olmaqla, imperiyalist ölkələrin verdiyi vədləri yerinə yetirmək və hiylələri məsələsində həmişə olduğu kimi, bu dəfə də diqqətli olmalısınız”… Digər bir faktı nəzərdən keçirdək. Deməli, 2016-cı ildə Amuli Laricani Prezident Həsən Ruhaniyə qarşı çıxmağa başladı, hətta Ruhanini ali dini liderə əks getməkdə günahlandırdı. Səbəb isə, İran məktəblərində ingilis dilinin tədrisi idi. Tədrisi müdafiə edən Həsən Ruhani mühafizəkarların bu dilinin ölkə daxilində genişlənməsi ilə əlaqədar ittiham edirlər. Hələ, o zaman dini lider Xamaneyi öz çıxışlarında bildirmişdir: “Təəssüflər olsun ki, bəzi yerlərdə Fars dili əvəzinə ingilis dili tədris edilir. Vəziyyət o həddə çatıb ki, artıq ingilis dili məktəbə qədərki uşaqlara belə məcburən öyrədilir”… Qısası, elə bunun nəticəsi idi ki, İranda dekabr ayında baş qaldıran etirazların məntiqi nəticələrindən biri ki, İran dövləti 2018-ci ilin 7 yanvar tarixində ingilis dilinin İranda tədrisini qadağan etdi. Əslində, bu fakt islahatçılarla-mühafizəkarlar arasında təhsil sistemində də intiriqaların olduğunu sübut edir və Ruhaninin sıxışdırılması üçün növbəti bir həmlənin olduğunu düşünə bilərik. Buradan da təkrar aydın olur ki, dini liderin də islahatçılara yanaşması ehtiyyatlı və tərəddüdlüdür. Bu təzyiqlərə qarşılıq xarici işlər naziri Cavad Zərifdən Ruhaniyə dəstək gəldi. O, açıqlamasında bildirdi ki, “nüvə razılaşması bir tərəfin təslim olması deyil, bu, qarşılıqlı kompramisdir. Müzakirələrdə ölkəmizi zərər vurmadığına inanırıq. Bu gün qazandığımız bu imkanı tənqid etməkdənsə, ondan istifadə etməliyik”… Bu fikirlərdən də bəlli olur ki, artıq hökumətdə Ruhani-Rəfsəncani cütlüyü, Ruhani-Zərif ikiliyi ilə əvəzlənməkdədir. Bunu 2017-ci ilin dekabr ayında, İranda baş verən iğişaşlarda Ruhaninin açıqlamaları ilə Zərifin açıqlamaları arasında həqiqətən də simmetrik bənzərliklər var. Bunu açıq-aşkar görmək mümkündür. Rəfsəncaninin qürubu, şübhələr və Ruhaninin təklənməsi 2016-cı ildə Rəfsəncani İranin dini lideri Xamaneyi tərəfindən ən sərt şəkildə tənqid olundu. Buna səbəb isə, Rəfsəncaninin “Tvitter” üzərindən “Sabahın dünyası dialoq dünyasıdır, mərmi dünyası deyil” fikri olmuşdur. İranın ali dini lideri bu ifadəni İran qarşı xəyanət adlandırdı. Bu məqam eyni ilə mühafizəkarların Həsən Ruhaninin Avropa turnesinə çıxdığı zaman bunu şərh edərkən “xəyanət” adlandırmasını yada salır. Tərəflər arasındakı tərsmütənasib fikir və bəyanatlar İran daxilindəki siyasi çəkişmələrə bir daha işarə edir. Rəfsəncani, ümumiyyətlə, Qərblə dialoqu və İranın nüvə proqramında ABŞ-la danışıqların aparılmasını birmənalı dəstəkləyirdi. O, 2005-ci ildə “Al Monitor” nərşrinə müsahibəsində qeyd edirdi: “Amerikalılar keçmişdən uzaqlaşmaq istədiklərini göstərir”. Bu ifadədən də belə aydın olur ki, İrandakı islahatçılar, başda Rəfsəncani, hazırda isə əsas fiqurlar Həsən Ruhani, Cavad Zərif olmaqla ABŞ və Qərblə dil tapmağın tərəfdarıdırlar. Əlbəttə, Rəfsəncaninin ani ölümü islahatçılar düşərgəsi bir qədər zəiflətdi. Hələ, o zaman “Nyu-York Tayms” qəzeti yazırdı ki, “Rəfsəncaninin ölümü siyasi vəziyyətə təsir edəcək və bu amil İranda islahatçı hərəkatına böyük zərbədir” Maraqlı tərəf odur ki, bəzi mühafizəkar siyasətçilərin fikrincə, Rəfsəncaninin ölümü ABŞ-la aparılan gizli görüşlərin sonu deməkdir. Bu andan etibarən mühafizəkarlın əl-qolu daha da güclənəcək. Hətta mühafizəkarlar 1980-ci ildə Ruhaninin Rəfsanini xahişi ilə ABŞ-la gizli danışıqlar (İran-Kontras) apardığını da iddia edirlər. Ruhani isə bütün bunların olan qarşı yönəlmiş siyasi manipuliyasiyadan savayı başqa bir şey olmadığını bəyan etmişdir. Rəfsəncani ailəsi – “Teokratik rejimi qəbul etmirik”… Rəfsəncani Haşimin övladlarına qarşı İran rejimin davranış və gördüyü tədbirlər hər kəsə məlumdur. Lakin diqqət çəkən məqamlardan biri də Rəfsəncaninin qızı Faizə Haşimin məhz İranda inqilabi ab-havası xatırladan iğtişaşlardan bir müddət öncə səsləndirdiyi fikirdir. O, deyirdi: “Dinimiz ziyan görməsin və insanlarımız dinə bundan artıq qıcıqlanmasın deyə dini rejimi qəbul etmirəm. Bəlkə İnqilabın başlarında iddialar olmuşdur ki, biz əsl islamı tətbiq edəcəyik. Lakin zaman keçdikcə gördük ki, hakimlər nəinki əsl dini tətbiq etmədilər, həm də insanımız dindən uzaq düşdü. Məsələn, xanımların hicabına baxın. Onlar inqilabın ilk 15 ilində daha hicablı idilər. İndi isə hicabdan qaçırlar. Mənə görə dini rejim həm dinin mahiyyətinə, həm də insani dəyərlərə böyük zərbələr endirir”. Beləliklə, Faizə Rəfsəncani yenə, 2017-ci ilin dekabr ayında, İranda yaşanan hadisələrdən bir balaca əvvəl yeni fikirlərlə çıxış etməsi nəzərə çarpır. O, yeni mövcud rejimə qarşı çıxdı: “Hicab şah dövründə qadağan edilməsinə qarşı çıxdığım kimi, məcburi olmasına da qarşıyam. İran inqilabından 40 il keçdi. Baş örtməyin məcbur edilməsi bir işə yaradı? Əksinə, islama uyğun olmayan qapanma forması artdı. Bu müddət ərzində din güclənmədi”… Bu fikirlərdən də belə məlum olur ki, İran əhalisi arasında hazırkı teokratik rejimə qarşı münasibətdə seqreqasiya yaşanmaqdadır. Bütün sadalanan bu faktlar İran daxilində siyasi çarpışmaların olduğunu göstərir. Ehtimal etmək olar ki, İranda 2017-ci ilin dekabr ayında baş verən olayların yaşanmasında yuxarıda göstəridiyim faktlar aparıcı faktorların sırasına daxildir və bu, sadəcə bəzi önəmli məqamlardır. Əlbəttə, digər amillər də var, bunu inkar etmək düzgün olmazdı… Ayrıca düşünürəm ki bu amillər içərisində, başda Səudiyyə Ərəbistan olmaq üzrə aparıcı Ərəb dövlətlərinin Qüds məsələsində səssiz qalması ilə izah olunur. Böyük ehtimal Qüdsü İsrailə verməklə İran məsələsinin həll edilməsi barədə razılaşma əldə oluna bilər.Bu da Azerbaycan və Türkiyə üçün siyasi arenada yeni risqlər və fürsətlər deməkdir.
AŞIRLI Ehtiram
Dış Politika Analisti

İlgili Yazılar

Bir cevap yazın

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir