Birleşik Arap Emirlikleri’nde ilk Hindu tapınağının temel atma töreni düzenleniyor

Tahran – Moskova ilişkisinin geleceği

Rusya, Suriye’ye İskender füzelerini yerleştirdi Mi

Gürcistan’ın NATO’ya neden ihtiyacı var?

İran da Türkiyə kimi Ermənistanla diplomatik və iqtisadi əlaqələri kəsməlidir

Azerbaycan, Ermenistan, Gündem, İran 18 Ocak 2019
47

İran Azərbaycan münasibətlərində diplomatik səviyyədə heç bir problem görmürəm.Bu iki ölkə beynəlxalq hüquq və yaxın qonşuiluq münasibətlərini mümkün qədər qoruyub saxlamağa çalışırlar.Lakin mənim qənaətimcə bu münasibətlər etik normadan o tərəf keçmir.Əslində İran və Azərbaycan münasibətləri “soyuq qonşuluq “ xarakteri daşıyır.Bu günlərdə iranın Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Məhəmməd baqerinin “ İran Qarabağ torpaqlarını Azərbaycan torpağı hesab edir və Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyir “bəyanatı şok effekt verəcək bir sözlər deyil.Əgər diqqət etsəniz bu sayaq bəyanatlar artıq dünyanın ən güclü dövlətləri tərəfindən də sələndirilir.İran da bu axından geri qalmamaq üçün növbətçi bir bəyanat verib.Mənim qənaətimcə İran və Azərbaycan münasibətləri yenidən qurulmalıdır.İran dərk etməlidir ki, Azərbaycan regionda ona ən yaxın dövlətdir və heç vaxt ona arxadan xain zərbəsi vurmayacağıq.Heç bir dövlət Azərbaycanı istifadə edərək İrana qarşı qaldıra bilməyəcək.Biz İranla yalnız yaxşı qonşuluq şəraitində yaşamamalıyıq həm də dost və qardaş olmalıyıq.Bundan ötrü ilk növbədə İran Azərbaycanın Ermənistana qarşı tətbiq etdiyi təzyiq politikasına qoşulmalıdır.İran Türkiyə kimi Ermənistanla diplomatik və iqtisadi əlaqələri kəsərək Azərbaycanın tətbiq etdiyi blokadaya dəstək verməlidir.
Vasif Efendi

Yorumlar