KAFKASSAM – Kafkasya Stratejik Araştırmalar Merkezi

  1. Anasayfa
  2. »
  3. Ermenistan
  4. »
  5. İrəvan KTMT-də oyuna girdi və uduzdu

İrəvan KTMT-də oyuna girdi və uduzdu

Kafkassam Editör Kafkassam Editör - - 2 dk okuma süresi
472 0

KTMT-də Paşinyanin istəyinə nail olmamasında Azərbaycanın da rolu az deyil.

Bu sözləri Axar.az-a Qərbi Kaspi Universitetinin Tətbiqi Politologiya Mərkəzinin eksperti, siyasi şərhçi Zeynal Əmrəliyev deyib. O bildirib ki, Azərbaycanın Belarus və Qazaxıstanla çox sıx əlaqələri var:

“KTMT-yə rəhbərliyin Ermənistana verilməməsi ölkədə Paşinyana qarşı qəzəb yaradacaq. Ancaq özü bunun üstünü örtməyə çalışacaq və diqqəti başqa yerə yönləndirmək üçün addımlar atacaq. Paşinyan hətta yenidən müxalifətin üzərində müxtəlif oyunlar oynaya bilər. Ancaq hər bir halda müxalifət bu vəziyyəti yaxşı dəyərləndirə bilsə, Paşinyandan təxminən 10 faiz civarında səs qopara bilər”.

Siyasi şərhçi qeyd edib ki, hətta bununla Ermənistanda artıq Paşinyana qarşı hərbi müxalifət formalaşa bilər:
“Həm Yuri Xaçaturov, həm də Robert Köçəryanın ordu içindəki nüfuzu yüksəkdir və hər ikisi Rusiya ilə yaxşı münasibətdədir. Əslində bu açıq-aydın Kremlin Paşinyana mesajı idi. Bu hadisə ümumilikdə Ermənistanın dünya səviyyəsində nüfuzuna xələl gətirəcək. Ermənistan bir yarışa girdi və uduzdu. Bu o deməkdir ki, o təşkilatda İrəvanın zərrə qədər də sözü keçmir”.
http://axar.az/news/gundem/323202.html?fbclid=IwAR3ElkjXxHVOmYyRDkAmszLbIZSyM5GOdOybAp52Rq1SvsibrikEC1tPoR8

İlgili Yazılar

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir