KAFKASSAM – Kafkasya Stratejik Araştırmalar Merkezi

  1. Anasayfa
  2. »
  3. Azerbaycan
  4. »
  5. İndiki vəziyyətdə Ermənistan münaqişənin həlli istiqamətində heç bir adım atmayacaq

İndiki vəziyyətdə Ermənistan münaqişənin həlli istiqamətində heç bir adım atmayacaq

Kafkassam Editör Kafkassam Editör - - 2 dk okuma süresi
297 0

nu Xəzərİnfo-ya açıqlayan Atlas Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Elxan Şahinoğlu bildirib ki, indiki baş nazir Nikol Paşinyan və onun partiyasının qələbə çalmaq və öz hökumətini formalaşdırması ehtimalı çox böyükdür:

“Və hökumətin formalaşması ən azı 2 ay çəkəcək. Bu müdddət ərzində də Qarabağ haqqında heç bir danışıq olmayacaq. Bu baxımdan Azərbaycan tərəfi də əslində Ermənistan tərəfindən real addımlar gözləmir. Məlum olduğu kimi, dekabrda ATƏT-in toplantısının olacaq və burada Azərbaycan və Ermənistan xarici işlər nazirləri də görüşəcək. Həmin görüşdən də real nəticələr gözləmək yalnış olar”.

Əməkdaşımızı “Müharibənin başlaması ehtimalı varmı?” -sualını cavablandıran politoloq, müharibə riskinin hələ də qaldığını diqqətə çatdırıb:

“Düzdür, hazırda atəşkəsə riayət olunur. Çünki prezident İlham Əliyev Ermənistanın baş naziri Paşinyanla MBD ölkələrinin toplantısında görüşdü. Görüş zamanı atəşkəsə riaət olunması ilə bağlı şifahi razılaşma əldə olundu. Əgər əvvəllər atəşkəs rejimi gün ərzində 100-200 dəfə pozulurdusa, indi 20-30 dəfəyə enib. Bu müsbət haldır. Çünki, Azərbaycan Ermənistana seçkini rahat keçirməsi üçün şans tanıyır. Lakin seçkidən sonra Ermənistan hökumətinin hər hansı bir addımı atmadığı təqdirdə, bu, əlbəttə cəbhə bölgəsindəki vəziyyətin gərginləşməsinə və müharibə riskinin artmasına səbəb olacaq”.

Zemfira MANAFOVA

İlgili Yazılar

Bir cevap yazın

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir