KAFKASSAM – Kafkasya Stratejik Araştırmalar Merkezi

  1. Anasayfa
  2. »
  3. Gündem
  4. »
  5. İlyas Hüseynov: Bu səfəri çox önəmli hesab edirəm

İlyas Hüseynov: Bu səfəri çox önəmli hesab edirəm

Kafkassam Editör Kafkassam Editör - - 2 dk okuma süresi
155 0

Belarus prezidenti Aleksandr Lukaşenkonun Azərbaycana səfəri hazırki reallıqlarda mühüm əhəmiyyət kəsb edir.

Bu fikirləri Herbiand.az-a politoloq İlyas Hüseynov bildirib:

“Digər tərəfdən bizim Belarusla siyasi, iqtisadi, mədəni əlaqələrdə çox yaxın münasibətlərimiz var. Eyni zamanda xüsusi vurğulanmalidir ki, Azerbaycan Prezidenti #İlhamƏliyev və Belarus prezidenti Aleksandr Lukaşenko arasında da çox yaxın münasibətlər mövcuddur. Və bu münasibətlər dövlətlərarası əlaqəyə və xalqlar arasında bağlılığın daha da güclənməsinə xidmət edir. Ona görə də səfər çərçivəsində imzalanacaq sənədlər dövlətlərarası münasibətləri daha da dərinləşdirəcək”.

#Politoloq #Belarus dövlətinin Vətən müharibəsi dövründə Azərbaycana siyasi və mənəvi dəstək göstərdiyini vurğuladı. Qeyd etdi ki, bu, Azərbaycana ədalətin, beynəlxalq hüququn bərqərar olmasına kifayət qədər güclü təsir göstərdi:

“Belarus həm də kollektiv təhlükəsizlik müqaviləsi təşkilatının üzvüdür. Və bu xüsusda qeyd etməliyik ki, post müharibə reallıqlarında Belarus çox praqmatik davranış nümayiş etdirib. Azərbaycanla #Ermənistan arasında bütün münasibətlərin qarşılıqlı anlaşma şəraitində həll olunmasının, beynəlxalq hüququn əsas prinsiplərinə riayət olunmasının tərəfdarı olub. Bu da çox düzgün yanaşmadır”.

Politoloq Vətən müharibəsindən sonra ölkəmizə marağın bir qədər artdığını diqqətə çatdırdı. Bildirdi ki, ölkəmiz inkişafa, tərəfdaşlıga və əməkdaşlığa söykənən münasibətləri təşviq edir:

“Və bu özünü nəqliyyat və enerji sektorunda da daha açıq şəkildə ifadə edir. Buna görə də bu səfəri çox önəmli hesab edirəm və düşünürəm ki, münasibətlərin daha da inkisafına səbəb olacaqdır”.

İlgili Yazılar

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir