KAFKASSAM – Kafkasya Stratejik Araştırmalar Merkezi

  1. Anasayfa
  2. »
  3. Azerbaycan
  4. »
  5. İlqar həsənov Bizi qələbəyə aparan inancımız

İlqar həsənov Bizi qələbəyə aparan inancımız

Kafkassam Editör Kafkassam Editör - - 6 dk okuma süresi
457 0

Bilinən kimi Azərbaycan müsəlman ölkəsidir. Əhalinin əksəriyyəti də şiədir. Baxmayaraq ki, mən məzhəbçiliyin əleyhinəyəm şiələrdə olan Hüseyn sevgisinə heyranam. Bu müharibədə şiəsi, sünnisi, müsəlmanı, xristianı, yəhudisi, dindarı, ateisti, deisti və etnik mənsubiyyətindən, dini etiqadından, siyasi ideologiyasından, sosiyal statusundan asılı olmayaraq qeyrəti olan hamı döyüşdü və şəhid verdi. Amma dindarların xüsusi bir yeri var idi. Dindarlar bu qeyrəti Hüseyn sevgisindən ilhamlanaraq almışdılar. Hüseyn sevgisi gənclərimizin beyninə elə işləyibki onlar bu yolda nə ölməkdən qorxmur, nədə müdafiə üçün öldürməkdən çəkinmirlər. Bu böyük sevgi elə bir duyğudur ki, bu vasitəsilə hər çətinliyə və hər zalım düşmənə qalib gəlmək olar. Bəs bu Hüseyn kimdir ki, belə insanlar onun yolunda belə qəhramanlıq edirlər? Hüseyn ibn Əli İslam peyğəmbəri Məhəmməd peyğəmbərin qızı Fatimə ilə Əli ibn Əbu Talibin oğludur. İslam dininə görə xalq səs vermə ilə demokratik yolla dövlət başçısı xəlifə seçirdilər. “İslam Xilafəti” əslində “Demokratik Respublika” idi. İlk xəlifələr Əbu Bəkir Siddiq, Ömər ibn xəttab, Osman ibn Affan və Əli ibn Əbu Talib idi. Əli ibn Əbu Talib dövründə demokratik respublika olan İslam Xilafətini devirib yerinə diktatura rejimi və SÜLALƏ HAKİMİYYƏTİ qurmaq istəyən seperatçı əməvi terrorçuları xalq tərəfindən demokratik yolla seçilmiş xəlifə Əliyə qarşı təxribat törətmiş və ölkə daxilində çaxnaşma yaratmışdılar. Onlar İslam dininin düşməni Əbu Süfyanın nəsilləri idilər. Əməvi seperatçıları Suriyada öz rejimlərini qurmuş və dövləti parçalamışdılar. Əli ibn Əbu Talib və onun tərəfdarları qəhrəmanca əməvi terrorçularına qarşı dövlətin ərazi bütövlüyü və müsəlmanların əmniyyəti üçün ALLAH yolunda döyüşür və düşmənə ağır zərbələr vururlar. Ancaq Əli ibn Əbu Talib başqa bir terrorçu qrup olan xəvariclər tərəfindən terror edilərək şəhid olur. Ondan sonra hakimiyyətə gələn böyük oğlu Həsən ibn Əli qan tökülməsinin qarşısını almaq üçün əməvilərlə sülh bağladı. Sülhün şərtlərinə görə əməvilər sülaləsinin nümayəndəsi Müaviyə ibn Əbu Süfyan ölənə qədər xəlifə olacaqdı. Amma ondan sonra oğlu varisi ola bilməzdi. Yenə xalq demokratik yolla öz xəlifəsin seçəcəkdi. Amma Müaviyə xəlifə olduqdan sonra şərti pozaraq oğlu Yezidi varis təyin edir. Yezid atasından sonra xəlifə olur. Ancaq Həsənin qardaşı Hüseyn qardaşı və Müaviyənin şərtlərini xatırladaraq Yezidin xilafətinə qarşı çıxır. Yezid isə onu beyət etməyə məcbur edir. Çünki düşünürdükü əgər Hüseyn beyət etsə əlində sənədi olacaq ki, Hüseyn öz haqqından imtina etdi. Və o demokratik İslam Xilafətini ləğv edib “Əməvi Krallığını” quracaqdı. Amma Allaha, İslama, Demokratik Respublikaya sadiq olan Hüseyn buna razı olmur. O, HAQQ ƏDALƏT uğrunda Yezidə qarşı mübarizə aparmaq üçün Kufə camaatının çağırışı ilə Kufəyə yola düşür. Ancaq qorxaq Kufə camaatı onu yarı yolda qoyub qaçırlar. Hüseyn onlara Allaha inanmırsınızsa, heç olmasa azadlıq uğrunda vuruşun demişdi. Sonradan bu söz təhrif olunaraq Allahınız yoxdursa, kişiliyiniz olsun kimi yozulur. Amma originalı belədir. Yəni Allah yolunda cihad etmək istəmirsinizsə, heç olmazsa şəxsi azadlığınız uğrunda mübarizə aparın. Yəni müsəlman deyilsinizsə, demokrat olun. Onlar isə bunun heç birin etmədilər. Hüseyn isə hər ikisinin uğrunda canını, övladlarını, qardaşlarını, dostlarını, qohumlarını və bütün əzizlərini, sevdiklərini qurban verdi. Hətta bu yolda susuzluğada sinə gəldi. Nəticədə hamısı şəhid oldular. Amma sınmadılar. Hazırda Əməvi Krallığı darmadağın olub. Amma Hüseyn və hüseynçilər məktəbi hələdə var. Bu gün Azərbaycan cavanlarına QEYRƏT verən, güc-qüvvət verən elə bu Hüseyn sevgisidir. Hüseyn sevgisi təkcə şiələrə yox bütün müsəlmanlara, hətta bütün qeyrətli insanlara, azadlıq sevənlərə yol göstərən bir günəşdir. Hüseyn bir günəşdir. Günəşin istiliyindən hamı faydalanır. Azərbaycan igidləridə faydalanır. Onlar bu QEYRƏTI Hüseyn sevgisindən və onun timsalındakı Azadlıq eşqindən alıblar. 44 günlük müharibədə igidlərimiz ALLAH, AZADLIQ və anavətənimiz AZƏRBAYCAN uğrunda döyüşüblər. Hüseynin sevgisindən ilham alaraq döyüşüblər. Və bizi qələbəyə aparan yolda bu sevgidir.

İlqar Gülablı

İlgili Yazılar

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir