KAFKASSAM – Kafkasya Stratejik Araştırmalar Merkezi

  1. Anasayfa
  2. »
  3. Rusya
  4. »
  5. İlqar Gülablı: Post-Putin dövrü

İlqar Gülablı: Post-Putin dövrü

Kafkassam Editör Kafkassam Editör - - 3 dk okuma süresi
211 0

Heç kimə sirr deyil ki, qərb Rusiyanı çökdürmək üçün Putini Ukrayna müharibəsinə sürükləyib. Putində axmaqcasına qərbin bu oyununa gələrək özünü Ukraynada çətin bir vəziyyətə salıb. Putin elə bilirdi ki, isə NÜVƏ silahı ilə dünyanı hədələyəcək heç kim heç nə deməyəcək. Amma heç də Putinin gözləntisi baş vermədi. Bütün dünya Rusiyaya qarşı birlikdə mübarizəyə başladı. Bir tərəfdən ağır sanksiyalar, bir tərəfdəndə Ukraynaya güclü silahların verilməsi Rusiyanı çox ağır vəziyyətdə qoydu. Müharibənin başlarında Rusiya Xarkovu, Zaporojiyanı Maripulu və Xersonu işğal etmiş, Kiyevə qədər gəlmişdi. Amma Ukrayna ordusu Kiyevdə rusları ağır məğlubiyyətə uğradıb geri çəkilməyə məcbur etdi. Bir qədər sonra isə əks-hücuma keçərək Xarkovu tamamilə azad etdi. Bir müddət əvvəl isə Xerson şəhəri başda olmaqla Xerson vilayətinin əksəriyyətin azad etdi. Belə davam edərsə Ukrayna Zaporojiyanıda, Maripuluda, 2014-cü ildə işğal olunmuş torpaqları Luqans, Donetsk və Krımıda geri alacaq. Putində NÜVƏ silahından istifadə etməyə cürəti çatmaz. Buna görə böyük ehtimalla hakimiyyətdən istehfa verəcək. Bundan sonra qərbpərəst qüvvələr Rusiyada hakimiyyəti ələ keçirib yeni Rusiya quracaqlar. Yeni Rusiyada demokratik və liberal islahatlar keçiriləcək. Əvvəlcədən gələcək haqqında nəsə demək çox çətindir. Amma gözlənilən odur ki post-Putin dövründə MDB adlı qurum ləğv ediləcək. Ora daxil olan ölkələr qərblə müttəfiq olacaq və demokratik və liberal islahatlar keçiriləcək. Azərbaycan-Ermənistan arasında məsələ həll olunmalıdır. Rusiya sülhməramlı qüvvələri Qarabağdan çıxarılacağı təqdirdə Türkiyənin vasitəsilə Azərbaycan və Ermənistan arasında razılaşma əldə oluna bilər. Azərbaycan hökuməti Xankəndi, Xocalı, Xocavənd və Tərtər (Ağdərə) rayonlarında nəzarəti bərpa etməli və oranın erməni əhalisi ya Ermənistana köçürülməli, yada Azərbaycan vətəndaşlığını qəbul etməlidir. Bundan sonra Türkiyə-Azərbaycan-Ermənistan üçtərəfli dostluq və əməkdaşlıq siyasəti yeritməlidilər. Və bu hər üç dövlətin xeyrinə olacaq. Biz özümüzü post-Putin dövrünə hazırlamalıyıq. Azərbaycan iqtidarı və müxalifəti qarşılıqlı anlaşma və əməkdaşlıq edərək gələcək demokratik və liberal Azərbaycan qurma yolunda birgə çalışmalıdırlar.

İlqar Gülablı

İlgili Yazılar

Bir cevap yazın

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir