KAFKASSAM – Kafkasya Stratejik Araştırmalar Merkezi

  1. Anasayfa
  2. »
  3. İran
  4. »
  5. İlqar Gülablı: Pəhləvilərin türk kökəni

İlqar Gülablı: Pəhləvilərin türk kökəni

Kafkassam Editör Kafkassam Editör - - 8 dk okuma süresi
336 0

Azərbaycanda yalnış bir fikir var ki, guya pəhləvilər farsdır və Azərbaycan düşmənidir. Bu fikiri bizim beynimizə sovet hakimiyyəti yeridib. Mən pəhləvlər yaxşıdır demirəm. Sözsüz ki, onların həm yaxşı, həm də pis işləri olub. Bu başqa məsələ. İlk əvvəl onu qeyd edim ki, pəhləvi deyə bir ailə yoxdur. Bu soyadı Rza xan sonradan qəbul edib. Pəhləvi Parfiya sözünün dəyişilmiş formasıdır. Partiyalılar isə iranlıların ulu babaları olub. Rza xan Pəhləvi Türkiyə prezidenti Mustafa Kamal Atatürk ilə yaxın dost və müttəfiq olub. M. K. Atatürk ölkəsini yunan işğalından azad edəndən sonra ərəb-fars kültürünü təbliğ edən Osmanlı sülaləsini devirib bu günkü Türkiyə Respublikasının əsasını qoyur. Türkiyə parlamenti TBMM-i ona Atatürk soyadın verir. Yəni türklerin atası. Rza xanda özünü Atatürkə bənzətdiyi üçün oda özünü Pəhləvi, yəni iranlıların babası adlandırır. Rza xanın atası Abbas Əli xan Ayrımlı və anası Nüşafərin Ayrımlı Bakıda doğulub. Amma əslən Gədəbəydə yaşayan azərbaycanlıların bir qolu olan Ayrım türk tayfalarından idilər. Anası Nüşafərin Ayrımlı ana tərəfindən İslamı qəbul etmiş gürcü qızı idi. Ancaq onlar Bakıdan İranın Mazandaran vilayətinə köç etmiş orada yaşamışlar. Rza xanın babası Murad Əli xan Ayrımlı Heratda öldürülmüşdü. Rza xanın həyat yoldaşı İranın kraliçası Nimtac xanım Ayrımlıda (Tacülmülk) Bakıda doğulub. Atası Teymur xan Ayrımlı Çar zabiti olub. Sonra onlarda İrana köçmüş və Rza xanla Nimtac xanım tanış olub evlənmişlər. Bu haqda Tacülmülk Nimtac xanım yazır:

Mələkə – ana Tacəlmülk özünün və Rza şahın milli mənsubiyyəti haqqında belə yazır:
“Mərhum atam kazak diviziyasının yüksək rütbəli zabiti idi. Kazak diviziyası Qacar xanədanının səltənət sürdüyü dövrdə (xüsusən Məhəmməd şahın hakimiyyətdə olduğu zaman) İranda asayişi və təhlükəsizliyin qorunmasını təmin edən əsas hərbi rütbə idi – o dövrdə İranın nizami ordusu yox idi və Rusiya çarı Qacar şahının istəyi ilə kazakları İrana göndərmişdi. Bu qoşunda xidmət edən hərbi qulluqçular bütövlükdə qafqazlılardan ibarət idilər, lakin onlara rus zabitləri komandanlıq edirdilər.
Atam Teymur xan Ayrımlı bu qoşunda mirpənc rütbəsində xidmət edirdi (o dövrdə mirpənc indiki sərtib – briqada generalı rütbəsinə bərabər idi). Əlbəttə, o zaman mən uşaq idim və həmin dövrü yaxşı xatırlamıram, amma anam deyirdi ki, atam İrana gəlməzdən əvvəl xeyli müddət Bakınn hərbi komendantının müavini, sonra Araz sərhəd məntəqəsinin, daha sonra isə Lənkəranın hərbi rəisi olmuşdur. Bu da yadımdadır ki, bütün əmilərim, dayılarım çar ordusunda xidmət edirdilər və Sabir xan adlı əmim bolşeviklərə qarşı savaşda həlak olmuşdur.
Mən Bakıda anadan olmuşam. Təvəllüd tarixim Qurani-Məcidin cild qabığında 1274-cü ilin ordubehişt ayının 6-sı (26 aprel 1896-cı il) kimi qeyd olunmuşdur və bu, mərhum atamin dəstxətti ilə yazıldığına görə hər zaman ona baxdıqda tam dəqiqlik ilə xəyalımda canlandırıram. Bu mənə atamdan qalan ən əziz yadigardır.”
Daha sonra:
“ Bir gün atam evə gəlib dedi ki, ingilislər tərəfindən silahlandırılmış və onların çoxsaylı qoşunu ilə birləşdirilmiş kazak diviziyası Qafqaza hücum etməyə hazırlaşır və o da acların qoşunu ilə birgə Bakı üzərinə getməlidir. Atam kazak və ingilislərlə birgə yola düşdü, müxtəlif cəbhələrdə döyüşdü və bir müddət sonra xəstə və çox yorğun halda İrana qayıtdı. Başına gələnlər barədə bizə söhbət edib dedi ki, cəbhədə bir əsgər onun həyatını xilas etmişdir. Atam Bakı ətrafında rus inqilabçılarına qarşı gedən savaşda bu əsgəri xoşlamış və onu öz şəxsi xidmətinə götürmüşdür. Rza İranda anadan olub boya-başa çatsa da əslən Bakı mühacirləri ailəsindən idi və türk dilini yaxşı bildiyinə, zarafatcıl, şən xasiyyətli adam olduğuna görə atamın ürəyinə yatmışdı. O, cəbhədə həmişə atamın yanında olur və bir dəfə atam bir neçə inqilabçının mühasirəsinə düşdüyü zaman Rza onları pulemyot atəşi ilə məhv edib onu labüd ölümdən qurtarır.
“Rza kazak diviziyasında ən mahir pulemyotçu idi və buna görə də “Rza maksim” adı ilə şöhrət qazanmışdı.”
“Rza bizə gəldikdə onun cəbhədə göstərdiyi rəşadətə və atamızı ölümdən xilas etdiyinə görə ehtiramla qarşıladıq, bu da bizim tanışlığımıza, daha sonra isə evlənməyimizə səbəb oldu.”
Mələkə – ana Tacəlmülkün Sovet hakimiyyəti və ondan sonrakı dövrlərdə fars kimi təqdim olunan Rza şah haqqında verdiyi daha bir maraqlı məlumat:
“Mən və Rza əslən Azərbaycanlıyıq. Əlbəttə, mən Bakıda anadan olmuşam, Rza isə İranda dünyaya gəlmişdi.”

Bu evlilikdən Rza xanın oğlu Məhəmməd Rza şah Pəhləvi dünyaya gəlib. Məhəmməd Rza Pəhləvinin xanımı, yəni İranın kraliçası, şahbanu Fərəh Pəhləvidə təbrizli bir Azərbaycan türküdür. Hazırda ABŞ-n paytaxtı Vaşinqtonda yaşayır. 84 yaşı var. Rza xan 1925-ci ildə ingilislərin kuklası olan Qacar xanədanını devirib müstəqil İran dövlətinin əsasını qoyur. O, əvvəl respublika yaratmaq istəsədə, cahil mollalar bunun günah olduğunu bildirdikdən sonra, cahil dindarların üsyanından qorxaraq bundan imtina etmişdir. Və referendumla şah olmuşdur. 1942-ci ildə oğlu Məhəmməd Rza Pəhləvi hakimiyyətə gəlir. O zaman o İngiltərədə ali təhsil alırdı. 1979-cu ildə İranı avropalaşdırdığı üçün mollalar tərəfindən hakimiyyətdən devrilmiş və qalan ömrünü Misirdə mühacirətdə yaşamışdır. Göründüyü kimi heçdə pəhləvilər fars olmamışdır. Pəhləvilərin ən böyük yalnışı ari irqçiliyini müdafiə etməkləri idi. Bununda səbəbi düşünürəm ki, İranda kommunizm təhlükəsinə qarşı mübarizə metodu İran millətçiliyinin və irqçiliyinin vasitə kimi baxılması idi.

İlqar Gülablı

İlgili Yazılar

Bir cevap yazın

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir